Azərbaycanca

Elmar Məmmədyarov: “Ərazi bütövlüyü bütün ölkələr üçün əsas şərtdir və beynəlxalq səviyyədə tanınan sərhədlər dəyişdirilə bilməz”

09.09.2014 | 15:22

elmarmemmedyarov777Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və QHT-lərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

APA-nın məlumatına görə, nazir bildirib ki, Azərbaycan QHT-lərlə bağlı daha çox şəffaflığa nail olmaq istəyir: “QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər. Azərbaycan demokratik və açıq cəmiyyət yaradır. İnsan hüquqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar Azərbaycanı bu sahədə tənqid edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil”.

 

 

E. Məmmədyarov qeyd edib ki, ərazi bütövlüyünün toxunulmazlığı bütün ölkələr üçün əsas şərtdir və beynəlxalq səviyyədə tanınan sərhədlər dəyişdirilə bilməz.

 

 

Nazir “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin Bakı görüşünün maraqlı və səmərəli keçdiyini vurğulayıb. O, tərəflərin enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, viza rejiminin sadələşdirilməsi prosesi və digər məsələləri müzakirə etdiklərini deyib.

 

 

Qeyd edək ki, Ş. Füle Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanın Avropanın ən nüfuzlu təşkilatlarından biri olan Avropa Şurasına sədrlik etdiyini xatırladaraq ümid etdiyini bildirib ki, Azərbaycan sədrliklə yanaşı, öz ölkəsində həmin dəyərləri və prinsipləri daha dərin bərqərar edəcək.

 

“KarabakhİNFO.com”

 

 

09.09.2014 15:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*