Azərbaycanca

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşüb

26.09.2014 | 11:00

XİN Elmar Məmmədyarov (3)Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ilin 25 sentyabr tarixində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ilə görüşüb.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının XİN-nin mətbuat xidmətindən əldə etdiyi məlumta görə, tərəflər Azərbaycan-ABŞ münasibətlərinin cari durumu və bu əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin haqqında fikir mübadiləsi aparıblar.

 

Görüş əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.

 

Görüşdə qarşılıqlı maraq doğuran regional və global məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

“KarabakhİNFO.com”

 

 

26.09.2014 11:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*