Azərbaycanca

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşüb

24.09.2014 | 12:18

XİN Elmar Məmmədyarov (3)Azərbaycan XİN rəhbəri  Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cü ilin 23 sentyabr tarixində Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüşüb.

 

 

 

XİN-nin mətbuat xidmətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verilən məlumata görə, argentinalı nazir beynəlxalq təşkilatlar çəçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.

 

 

Nazir Elmar Məmmədyarov argentinalı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

 

 

Nazir Elmar Məmmədyarov Hektor Markos Timermanı ölkəmizə rəsmi səfərə dəvət edib və o, bu dəvəti məmnuniyyətlə qəbul edib.

 

 

Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları və regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

“KarabakhİNFO.com”

 

 

24.09.2014 12:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*