Azərbaycanca

Elmar Məmmədyarov BMT Baş məclisinin prezidenti ilə görüşüb

25.09.2014 | 11:14

bmt bas meclisi gorusXarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cü ilin 24 sentyabr tarixində BMT Baş məclisinin prezidenti Sam Kutesa ilə nəzakət görüşü keçirib.

 

 

XİN-nin mətbuat xidmətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına daxil olan məlumata görə, görüş əsnasında BMT Baş məclisinin 69-cu sessiyası və onun gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılmış və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

 

 

Nazir Elmar Məmmədyarov Azərbaycanın fəal üzv dövlət kimi 69-cu sessiya ərzində də BMT Baş məclisi və onun komitələrinin işində fəal iştirak edəcəyini deyərək, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət adlı gündəlik maddəsinin 69-cu sessiyanın gündəliyində olduğunu qeyd edib.

 

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və BMT Baş məclisinin qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

 

 

BMT Baş məclisinin prezidenti Sam Kutesa 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin və Afrika qitəsinin aid məsələlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

 

 

 

O, əminliyini ifadə etmişdir ki, 69-cu sessiya çərçivəsində də Azərbaycan ilə sıx əməkdaşlıq davam etdiriləcəkdir.

 

 

 

“KarabakhİNFO.com”

 

 

25.09.2014 11:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*