Azərbaycanca

Elxan Süleymanov: “100 min səs tələbini keçmək bizim üçün uğurdur, amma…”

14.04.2016 | 17:12

img2055242

Qarabağa dair petisiya ilə bağlı BDU-da tədbir keçirildi

Aprelin 14-də Bakı Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı tədbir keçirilib.

 
 
Aprelin 14-də Bakı Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı tədbir keçirilib. 
Rektor, akademik Abel Məhərrəmov bildirib ki, aprelin 6-da Ağ Ev Administrasiyasının internet resursunda yerləşdirilən petisiya 100 mindən artıq imza toplayıb.
Petisiyada AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Obama Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.
AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov çıxışında qeyd edib ki, qısa müddət ərzində 100 min nəfərdən artıq insanın petisiyaya səs verməsi, onun bu qədər geniş əks-səda doğurması insanların ölkəmizin gələcəyinə görə məsuliyyət daşıdıqlarının aydın təzahürüdür: “Əlbəttə, prosedur qayda kimi 100 min səs tələbini keçmək bizim üçün uğurdur, amma bizim vətəndaşlar fəal olmalı, bir neçə yüz min səs toplamalıyıq. Səsvermə mayın 6-dək davam edəcək və Obama administrasiyası bundan sonra müvafiq araşdırmaya başlayacaq”.
Səsvermə prosesinə aid video-çarx nümayiş etdirildikdən sonra “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova iştirakçıları petisiya qaydaları ilə tanış edib.
Sonda BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov çıxış edib. Bildirib ki, universitet tələbələri petisiyanın ilk günündən aktiv iştirakları ilə diqqət çəkiblər və bu günə kimi 14 min BDU tələbəsi səsvermədə iştirak edib.
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya
musavat.com
14.04.2016 17:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*