Beynəlxalq Mətbuat Mərkəzində AVCİYA-nın təşkil etdiyi mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, tədbirdə millət vəkili, AŞPA -dakı Azərbaycan nümayəndə heyətininin üzvü Elxan Süleymanov da iştirak edir. O bildirib ki, AŞPA-da Azərbaycanın düşmənləri çoxdur: “Sovetski bu düşmənlərin başında dayanır. Sərsəng su anbarı ilə bağlı qətnamə hazırlanarkən bizlərə qarşı təhdid və şantajlar edildi. Hətta onlar bizə Ramil Səfərovla bağlı məsələni AŞPA-da Azərbaycana qarşı təzyiq kimi istifadə edəcəklərini dedilər. Biz böyük çətinliklərlə üzləşdik. Volterin məruzəsi böyük güclərin diktəsi ilə qəbul olunmadı. Bu məsələdə ATƏT-in Minsk qrupunun mövqeyi də həlledici oldu. ABŞ və Rusiya bu məsələnin müzakirəsini belə ATƏT-in işinə qarışmaq kimi qiymətləndirdilər, hətta ultimatum da verdilər. Məruzənin qəbul olunmaması üçün bütün anti-Azərbaycan qüvvələr səfərbər olmuşdu. ATƏT-in Minsk qrupu öz dövlətlərinin göstərişi ilə bu məruzəyə qarşı çıxdı.
sia.az