Azərbaycanca

Elxan Süleymanovun Avropa rəsmilərinə müraciəti

14.06.2014 | 16:39

1402749432_elxan-suleymanovElxan Süleymanov

 

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

AŞPA prezidenti xanım Ann Brössora,

Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda,

AŞPA-nın Baş Katibi cənab Voytsex Savitskiyə,

Avropa Şurası Sədarət Komitəsinin üzvlərinə,

Avropa ŞurasınınBüro üzvlərinə

 

 

 

Hörmətli xanımlar və cənablar,

 

Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxil olmaqla 20% ərazisi işğal edilmiş, bu ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrilmişdir.

 

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qeyri-qanuni xarakteri BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatların qətnamə vəsənədlərində təsdiq edilmiş, dərhal qeyd-şərtsiz işğala son qoyulması tələb edilmişdir.

 

AŞPA 1416 (2005) qətnaməsində “üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu” xatırlatmış və işğal edilmiş ərazilərin qeyd-şərtsiz azad edilməsini tələb etmişdir.

 

Lakin Ermənistan beynəlxalq təşkilatların qətnamə və sənədlərində, o cümlədən AŞPA qətnaməsində Azərbaycan ərazilərinin qeyd-şərtsiz olaraq işğaldan azad edilməsi tələblərinə məhəl qoymamış və qonşu dövlət olan Azərbaycanın ərazilərini işğal altında saxlamaqda israrlı olduğunu sübuta yetirmişdir.

 

Odur ki, mən Azərbaycan ərazilərini silahlıişğal altında saxladığına görə Ermənistannümayəndə heyətinə qarşı AŞPA-da sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi hazırladım. Qətnamə layihəsində Ukraynada baş verən hadisələrlə bağlı AŞPA-nın 10 aprel 2014-cü ildə qəbul etdiyi 1990 (2014) saylı Qətnaməsi ilə Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsi sitat gətirilmiş, AŞPA-da eyni standarta hörmət edərək Azərbaycan ərazilərinin silahlı işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə eyni sanksiyaları tətbiq etməyə çağırış edilmişdir.

 

Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalanmış və 7 iyun tarixində elektron formada AŞPA Katibliyinə göndərilmişdir. İyun ayının 10-da Katiblik həmin imzaların elektron versiyalarını aldığını təsdiq etmişdir. Prosedur Qaydalarına əsasən 17 iyun tarixində qətnamə layihəsi 58 deputatın orijinal imzası ilə Katibliyə təqdim ediləcək.

 

Qeyd edilənlərlə yanaşıəminəm ki, AŞPA-nın baş katibi cənab Savitski qurum çərçivəsində Azərbaycan torpaqlarının işğalı ilə bağlı müzakirəyə çıxarılan bu məsələdə ayrıseçkiliyə yol verməyəcəkdir. Ümid edirəm ki, AŞPA rəhbərliyiAzərbaycan torpaqlarının 22 il ərzində işğal altında olduğunu, bununla əlaqədar beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, eləcə də Krımın işğal olunması səbəbindən AŞPA-da  Rusiya nümayəndə heyətinə sanksiya tətbiq edilməsi faktını nəzərə alaraq 14 ölkəni təmsil edən 58 AŞPA üzvünün imzası ilə təqdim olunmuş Qətnamə layihəsi ilə bağlı obyektivlik nümayiş etdirəcəkdir.

 

Prosedur Qaydalarına əsasən təqdim olunmuş qətnamə layihəsi Sədarət Komitəsi və Büro iclaslarında müzakirə olunduqdan sonra məruzəçi təyin olunması üçün Siyasi Komitəyə və ya Monitorinq Komitəsinə göndərilir. Hesab edirəm ki, AŞPA rəhbərliyi və baş katib cənab Savitski 58 deputatın imzaladığı bu sənədin Sədarət Komitəsi və Büro iclaslarına çıxarılmasının vacibliyini dərk edərək mövcud prosedurların əməl olunmasına AŞPA rəhbərliyinin diqqətini artıracaqdır.

 

Fürsətdən istifadə edərək mənim müəllifliyimlə təqdim edilmiş qətnamə layihəsini imzalamış AŞPA üzvlərinə  dərin minnətdarlığımı bildirirəm.

 

Bununla bərabər hamınızı Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinin ümumiyyətlə müzakirələrdən kənarlaşdırılması istiqamətində ədalətsizliyin və ayrı-ayrı qüvvələrin korporativ maraqlarının Avropa Şurasının prinsiplərindən üstün tutulmasının qarşısını almağa çağırıram.

 

 

“KarabakhİNFO.com”

 

 

14.06.2014 16:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*