Azərbaycanca

Erməni əsgəri manqa yoldaşları tərəfindən vəhşicəsinə güllələnib

06.05.2014 | 09:58

1399366050_bezymyannyyErməni mətbuatında Ermənistan ordusunda baş vermiş cinayət işinin təfərrüatları barədə türkürpədici məlumatlar dərc olunub. Məlumata görə, Ermənistan ordusunun Hayk K. adlı sıravi əsgəri tağım komandiri başda olmaqla manqanın əsgərləri tərəfindən alçaldılaraq vəhşicəsinə güllələnmişdir. Hadisə baş verdikdən sonra komandirlər Haykın guya özünəqəsd etdiyini bildirməklə cinayətin izini itirməyə çalışıblar. Valideynlərinin səyi nəticəsində faktla bağlı cinayət işi açılsa da günahkarlar hələ də məsuliyyətə cəlb olunmayıblar. Əsgər Santur Dombryan: «Leytenant Movsisyanı anbarların yanına çağırıb bıçaqla onun sol hissəsinə zərbələr vurdum» Apelyasiya məhkəməsində cinayətdə əli olduğu iddia olunan manqanın pulemyotçusu, Santur Dombryanın və daha iki nəfər təqsirləndirilən şəxslərin işi üzrə apelyasiya şikayətinin müzakirəsi davam etdirilib. İşi Syunik vilayətinin ümumi səlahiyyətli məhkəməsinin hakimi Lernik Atanyan aparıb. İttihama əsasən Santur Dombryan 2012-ci ilin iyul-avqust aylarında bölüyün digər əsgərləri Armen Yeremyan və Narek Serobyan ilə birgə sıravi Hayk K-nı məsxərəyə qoyub. Qrup şəklində məsxərəyə qoyduqdan sonra Hayk K. “zarafatları” dayandırmağı xahiş etsə də Yeremyan onun formasının yaxasından tutaraq dartışdırmışdır.

 

Narek Serobyan isə Hayka zafatla “Evin tikilsin, o qədər kökəlmisən ki, elə bil hamiləsən” demiş, Hayk isə belə zarafatları xoşlamadığını və bir də təkrarlanmamasını tələb etmişdir. Bundan başqa sıraya gecikdiyinə gorə tağım komandiri, leytenant Movsisyan Santur Dombryana irad tutmuş və onlar arasında mübahisə yaranmışdı. 31 dekabr 2012-ci il saat 12:00 radələrində isə Santur Dombryan leytenant Movsisyanı hərbi hissənin anbarının yanına, təkbə-tək söhbətə çağırıb və üzərində olan bıçaqla onun sol hissəsinə zərbələr vuraraq sağlamlığına orta ağır dərəcədə bədən xəsarəti yetirib. 2012-ci il sentyabr ayının 6-sı səhər əsgərlər atış üçün əraziyə yollanıblar. Hayk K atışı həyata keçirən sonuncu əsgər olub. Üç ədəd patron atandan sonra Hayk pulemyotu götürərək əsgərlər tərəfə çevirmişdir. Məhkəmə aktına əsasən Hayk elə həmin anda öz pulemyotu ilə özünəqəsd etmişdir. Santur Dombryan hərbi qulluqçular arasında qarşılıqlı münasibət və nəzakət qaydalarını pozduğuna və leytenantı bıçaqladığına görə həbs edilmişdir. Onun barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzanın başlanğıcı 14 yanvar 2013-cü il tarixindən hesablanmışdır. Armen Yeremyan və Narek Serobyan hərbi qulluqçular arasında qarşılıqlı münasibət və nəzakət qaydalarını pozduqlarına görə həbs edilmişlər.

 

Onlar ümumi əfv fərmanının tətbiqi ilə barələrində təyin olunmuş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdirlər. «…güllə yaraları yuxarıdan aşağıya doğru istiqamətlənib» Lakin Haykın ölüm təfərrüatlarının araşdırılması zərərçəkən tərəfi qane etməyib. Zərərçəkən tərəfin fikrincə əsgərin ölüm səbəbini dəqiq bilmək üçün səngərdə ətraflı, dəqiq istintaq işləri aparılmayıb. Zərərçəkən tərəfin təmsilçisi, vəkil Artur Sakuntsi məhkəmənin qərarının ləğvini, işin aşağı instansiya məhkəməsinə göndərilməsini və daha dərindən araşdırılmasını, həmçinin günahkarların ədalətli cəzalandırılmasını tələb edib. Vəkil Sakuntsi bildirib ki, ilkin istintaq və birinci məhkəmə zamanı əsgərin intiharının təfərrüatları aydın olmayıb. Şahidlərin bir qismi öz ifadələrində Haykın intihar etməsini təsdiqləməyiblər. Bəzi şahidlər bildiriblər ki, Hayk atış zamanı səhvə yol verdiyinə görə, bölük komandiri ona qarşı alçaldıcı təhqiramiz ifadələr səsləndirib. Bu söyüşlərin Haykın sonrakı hərəkətlərinə təsiri aydın deyil. Haykın intihar etməsini heç kimin görməməsi şübhəlidir. Sakuntsinin fikrinə görə, əsgərin intihardan sonra düşdüyü yer, ona birinci kimin yaxınlaşması, silahın onun sağ və ya solunda olması dəqiq deyil və atəşin istiqaməti onun düşdüyü yerə uyğun deyil. Şahidlərin heç biri onun özünü necə öldürdüyünü görməyib. Əsgərin başqası tərəfindən öldürülməsi ehtimalı araşdırılmayıb. Ola bilsin ki, Hayk pulemyotu əsgərlər tərəfə çevirən zaman əsgərlərdən biri özünümüdafiə məqsədi ilə Haykın üzərinə atəş açıb və ya komandiri tərəfindən güllələnib. Haykın düşdüyü mövqe ətraflı araşdırılmayıb. Onun başında və bədənindəki güllə yaraları yuxarıdan aşağıya doğru istiqamətlənib, bu cür yaranın movcud olması üçün atəş mütləq yuxarı mövqedən açılmalıdır. Ekspert bu məsələyə fikir bildirərək söyləmişdir ki, nəticə iqlim şərtləri ilə əlaqəli ola bilər. Ancaq atəşin nəticəsinin iqlim şərtlərindən asılı olub-olmaması aydın deyil. Haykın üzərində zirehli gödəkçə olmayıb. Halbuki, atəş sahəsində əsgərlərin əynində zirehli gödəkçənin olması məcburidir və bölük komandiri buna görə cavabdehdir. Zabitin səhlənkarlığının ağır fəsada, əsgər ölümünə səbəb olması məsələsi müzakirə olunmayıb.

 

Hadisəyə qədər Hayk sağlamlıq problemi ilə əlaqədar olaraq bir neçə dəfə tibb məntəqəsinə müraciət etsə də, orada onun xidmətdən yayınmaq üçün simulyasiya etdiyi bildirilmişdir. Həmin vaxta qədər əsgər diz ağrılarından şikayət etmiş, həmçinin onun sidik saxlama problemi olmuşdur. Bir dəfə gecə vaxtı sidiyini saxlaya bilməmiş, alt çarpayıda yatan əsgərin üzərinə sidik ifraz etmişdir. Bir dəfə də, hər kəsin gözünün qabağında sırada durduğu yerdə şalvarını islatmışdır. Bu səbəbdən şübhəsizdir ki, o, özünü əsgərlərin gözündə alçalmış hiss etmişdir. Bu problemə görə o məsxərəyə qoyulsa da istintaqın gedişində məsələ diqqətə alınmamışdır. Xidməti xasiyyətnaməsində Haykın problemli, özünəqapanan bir əsgər olduğu qeyd olunsa da, komandir heyəti bunları nəzərə almayıb. Xəstəlik probleminə görə bölük komandiri əsgəri həkim müayinəsinə göndərməyib. Əsgərin ölümündə komandanlığın günahı müzakirə edilməmiş və araşdırılmamışdır. Bəzi şahidlər bildiriblər ki, onları on gün müddətində hərbi polisd idarəsində saxlayıb, döymüş və ifadə verməyə məcbur etmişdilər. Bu təfərrüatı məhkəmə diqqətdən kənar saxlamışdır. Sakuntsinin fikrincə məhkəmə əsassız olaraq bir sıra məsələləri araşdırmamış, Haykın ölüm səbəblərini aydınlaşdırılması istiqamətində ədalətli araşdırma aparılmamışdır: «Dövlət əsgərin intihar etməsini biz, zərərçəkən tərəfə inandıra bilməyib. Müdafiə Nazirliyi istintaqının nəticələrinə təsir edib».

 

Telman Qasımov

“KarabakhİNFO.com”

06.05.2014 09:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*