Azərbaycanca

Erməni əsgərləri məhv etdik

02.03.2015 | 16:09

 

 

84994

Əsgərlərimiz eyni anda açılan atəşlə erməni hərbçilərini öldürüb

 

 

 

 

 

 

Ermənistan KİV-nin verdiyi məlumata görə, 28 fevral 2015-ci ildə işğal olunmuş Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının Trend-ə istinadən  verdiyi məlumata görə, düşmən hərbçilərinə qarşı həyata keçirilmiş həmin əməliyyatın görüntülərini təqdim edib.Əldə etdiyimiz kadrlardan görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeyindən eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülür.

Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, fevralın 28-də saat 14:25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi – 1995-ci il təvəllüdlü Ayk Baroyan və 1979-cu il təvəllüdlü Artak Aqekyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ölüblər.

02.03.2015 16:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*