Azərbaycanca

Erməni əsir Azərbaycanda başına gələnlərdən danışdı

03.06.2014 | 12:15

1401787376_ermeni-esiri
23 yaşlı Arsen Xocayan son günlərdə qarın, əl və ayaqlarındakı ağrılardan şikayətlənib. O, yerli jurnalistlərə Azərbaycanda əsirlikdə saxlanılmasından danışıb və ona neft iynəsi vurulması ilə bağlı iddiaları təkzib edib, ağrılarının əsirliklə heç bir əlaqəsinin olmadığını deyib: “Bu iddialar doğru deyil. Mənə heç bir iynə vurmayıblar. Bəli, bəzən döyülmüşəm, amma bədənimə heç bir maye daxil etməyiblər”. Arsenin həkimləri də həmin məlumatları təkzib edib: “Bu, müayinə zamanı ortaya çıxmasa belə, Arsenin bədənində iynə izi mütləq qalardı. Ancaq bunlar mövcud deyil.

Arsen Xocayanın xəstəxanada yatmadan müalicə alması, nəzarətimizdə qalması və müalicə kursunu keçdikdən sonra təkrar yoxlamalardan keçməsinə qərar vermişik”. Xatırladaq ki, Arsen Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. Aprelin 10-da isə Arsen Xocayan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

 

“KarabakhİNFO.com” 

03.06.2014 12:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*