Azərbaycanca

ERMƏNİ ƏSİRLİYİNDƏ QUL OLAN AZƏRBAYCANLI GİROVLAR – FAKTLAR

08.01.2015 | 12:56

hhhh

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar yazını faktlarla sizə təqdim edir:

 

 

 

 

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası” –nın saytında yazılır: “1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfərdir.  Onlardan 3256 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil”.

 

 

1993-cü ildən bu günə qədərAzərbaycan əsirləri onların taleyi haqqında.

 

 

Araşdırmalarımıza görə, Dağlıq Qarabağda qanlı müharibələrin
başladığı ilk günlər Azərbaycan əsirlərini Şuşa və Xankəndi həbsxanalarında saxlayan ermənilər Qırımızı Xaç və digər beynəlxalq təşkilatların gözlərindən onları gizlətmək üçün bir neçə əsas gizli məkan seçir. Onlardan biri Spitak rayonunda  zəlzələ nəticəsində yararsız hala düşən binaların birində yaradılan gizli düşərgə(Ermənistan), ünvan; 306-cı məhəllə, ikinci Əsgəran rayonunda (Qarabağ) yerləşən Bankın zirzəmisi, Kəlbəcər rayonunda qızıl yataqları çıxarılan mədənlərin içərisində, Leninakan və Gümrüdə keçmiş hərbi bazalarda.

 

jhgj

 

 

Əsirlərin ilk olaraq işğal olunan rayonlarda ermənilərin talançılıq məqsədi ilə fəhlə kimi işlədilməsi olub. Hətta bəzi girov və əsirlərin Azərbaycan qəbirlərinin  dağıdılmasına etiraz olaraq intihar etməsi bildirilir.

 

 

Henri Böll Fondunun layihəsi əsasında 18-31 oktyabr 1998-ci ildə Qarabağ müharibəsi zamanı əsir və itkin düşənlərin taleyi ilə maraqlanan ekspertlərin hesabatında diqqəti cəlb edən bir iki məqamı yazmaq yerinə düşər:

 

 

 

№ 65 adı ilə əsir sayılan Məmmədəli Qasımov 16 iyun 1994-cü ildə “guya qaçış zamanı öldürülüb”.  Əslində bu şəxs Azərbaycan məzarını qazmaqdan və başdaşlarını sökməkdən imtina etdiyi üçün güllələnib. (1993-1995-ci illərdə Şuşa, Xankəndi və Xocavənd rayonlarında əsir saxlanılmış Rəsul Nemət oğlu Ramazanov Dövlət Komissiyasına ünvanlandığı 474/DK saylı izahatında qeyd etmişdir: “Şuşa şəhərində saxlandığım dövrdə oradakı azərbaycanlıların qəbiristanlığındakı baş daşların, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam. Bundan başqa, qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar İrəvana aid nömrə maşınlarla birbaşa Ermənistana daşınırdı. Göstərilənlərlə yanaşı, Ağdam rayonundakı tikililərin də sökülüb daşındığını görmüşəm”).          

 

 

                                                                                                                                                                                                                                                                                                                       Elxan Əhmədov adlı girov Qarabağda işlərdən imtina etdiyi üçün 1994-cü ilin yanvar ayında İrəvan polis idarəsinə gətirilib və o da  “guya qaçış zamanı öldürülüb”. Lakin həqiqət budur ki, İrəvan mərkəzində hərbi polis idarəsindən qaçmaq barədə hətta ən düşüncəsiz adam belə edə bilməz. Real həqiqət: fəhlə kimi Qarabağda işləməkdən imtina edən Elxan yerindəcə güllələnib. (1993-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vəlhəd Adil oğlu özünün 30.06.2003-cü il   tarixli 474/DK saylı izahatında əsirlərin azərbaycanlılara məxsus tarixi abidələrinin sökülməsində işlədildiyini təsdiq edərək Şuşa məscidinin döşəməsinin söküldüyünü, Bülbülün büstünün güllələnmiş halda muzeyin həyətinə atıldığını, M.P.Vaqifin heykəlinin ətrafındakı döşəmənin mərmər lövhələrinin qoparıldığını və müsəlman qəbiristanlıqlarının dağıdıldığını bildirmişdir).

 

 

Azər adlı 15 yaşlı mülkü şəxs. 1994-cü ildə Xankənində bir qadın tərəfindən erməni zabitlərindən pulla alınmış və onun mülkündə xidmətçi kimi işləməyə cəlb edilmişdir.

 

 

Rəhimov Rəhim adlı bir azərbaycanlı girov geri qaytarılan əsgərlərin biri ilə 1993-cü ildə ailəsinə gizlincə məktub ötürə bilmiş və Xankənində saxlandığını yazmışdır. Erməni tərəfi belə bir adamın yoxluğunu iddia etsə də, həmin şəxs hazırda erməni girovluğunda qalmaqda və qul kimi ağır işlərdə çalışmaqdadır. (Əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət Beynəlxalq işçi qrupu və BQXK bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi və sonrakı taleləri barədə məlumatların gizlədilməsinə dair faktları təsdiq edirlər).                                                                                                                                                                                                                                                                                                        

                                                                                                                                                                                                                              

Osmanov Nadir-1992-ci ilin 16 iyununda Beynəlxalaq Qızıl Xaç Komitəsi tərəfindən girov kimi qeydə alınmasına baxmayaraq, erməni tərəfi onun da varlığını inkar edir. Hazırda bu şəxsin da qul kimi işlədilməsi ehtimalları var. (Erməni tərəfinin bu davranışı düşmən ölkənin müharibə zamanı əsir götürülmüş hərbçilər və girov düşmüş mülki şəxslərlə necə davrandığını ört-basdır etməyə hesablanıb. Çünki rəsmi rəqəmlərdə də deyildiyi kimi, əsir götürülənlərin və girovların bir çoxu Ermənistanda amansız işgəncələrə, qeyri-insani rəftara məruz qalıb, qətlə yetirilib, daxili orqanları çıxarılaraq xarici ölkələrə satılıb, bir çox hallarda isə tibbi eksperimentlər üçün istifadə edilib).

 

 

 

Səfər Babayev. № 30 kimi qeydiyyata alınıb. Qarabağda qul kimi işləməkdən imtina etdiyinə görə öldürülüb və 1992-ci ilin aprelində meyiti ailəsinə  təhvil verilib.

 

 

Xocalı soyqırımının təşkilatçısı və iştirakçılarından biri olan general Manvel Qriqoryan panorama.am saytına açıqlamasında deyir: “Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı əsirlə qayıtmışam, onlardan birini, 15 yaşlı yeniyetməni iki il Qarabağda, iki il Ermənistanda evində saxlayıb ona “Simon” adını vermişdim”.

 

gggg

 

 

 

61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olmuşdur.

 

 

 

İndi isə keçək əsas mətləbə.

 

 

Bu  günlərdə  google.az axtarış sistemində əsirlərlə bağlı yazı axtaran zaman təsadüfən “Azinform.az” saytında belə xəbəri oxudum:

 

 

Qonşu ölkələrdən birinin vətəndaşları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Zod kəndi yaxınlığındakı ərazilərdə yerləşən mədənləri gəziblər. Ermənistanda mədənlərdə işləyən ac, səfil vəziyyətdə çox çoxlu insan görüblər. Dəmir məftillərlə çəpərlənmiş bölgədə işləyənlərin şəxsiyyəti ilə maraqlananlar heyrətə gəlib. Onlara rəhbərlik edən erməni, Zod qızıl mədənlərində işləyənlərin azərbaycanlı əsirlər olduğunu deyib.”

 

 

 

Bu sözlər işğal altında olan Qarabağda yaşayan  ermənilərin Gürcüstana turist kimi gələnləri bildirib.  Qeyd ediblərki, Ermənistan və Qarabağda çox azərbaycanlı əsir saxlanılır. Amma onlar bu adamları konkret saxlanma yeri açıqlamağa qorxurlar. Onların dediklərinə görə, hazırda onların bir çoxu Kəlbəcər rayonunun Zod kəndi, Ağduzdağ və Tutxun qızıl yataqlarnda qul kimi işlədilir. O bildirib ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. “Bizə dedi ki, İrəvanda, Leninakanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan əsasən ağır fiziki işlərdə istifadə olunur. Təəssüf ki, fotoşəkillər çəkməyə imkan vermədilər. Yoxsa, gördüklərimizi lentə alıb, bütün dünyaya yayardıq”.

 

jhhj

 

 

Zod kəndi yaxınlığında ermənilərin qızıl çıxartdığı bir yataq var, o da Zod aşırımının Azərbaycan yamacındadır. Coğrafi koordinatı belədir: 40°14’13.94″N, 45°58’3.85″E. Bura Hinaldağ cəbhə xəttindən cəmisi 8-9 kilometr məsafədədir.  Həmin qızıl yatağı Qarabağı Ermənistanla birləşdirən əsas magistral yolun düz kənarındadır.

 

 

 

Biz bur barədə araşdırma aparırıq. Yazının ikinci hissəsində ətraflı məlumatlar qeyd ediləcək. Son olaraq qeyd edək ki,  “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə konvensiyalarını kobud şəkildə pozduğunu təsdiqləyir. Əsir-döyüşən şəxslərə deyilir. Döyüşə qatılmayan, əsgər olmayan mülki əhali “girov” adlanır. Konvensiyayaya görə,  müharibə və münaqişələr zamanı mülki əhalinin girov götürülməsi qadağandır və girovlar dərhal geriyə qaytarılmalıdır.

 

 

Yazı “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”, Светлана Ганнушкина, Bernhard Clasen,  Паата Захаришвили “Отчет о поездке в зону Карабахского конфликта18 – 31 октября 1998 года” və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin və beynəlxalq təşkilatların hesabatları əsasında hazırlanıb.

 

 

 

 

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com”

 

 

 

 

08.01.2015 12:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*