Azərbaycanca

Erməni ailəsi Azərbaycan prezidentinə müraciət edib

10.06.2014 | 06:27

1402399809_lyubikBir neçə gün öncə “KarabakhİNFO.com”elektron jurnalının erməni bölməsində Ermənistanın Tavoüş rayon başçısının keçmiş məsləhətçisi Lyubik Çibuxçyanın ona qarşı edilən haqqsızlıqlara görə Ermənisan prezidenti Serj Sarkisyana məktubla müraciət etdiyini və cavab almayacağı halda Azərbaycanın prezidenti İlham Əliyevə vətəndaşlıq almaq üçün müraciət edəcəyini bildirmişdik. Bu gün isə əldə etdiyimiz mənbədən deyilir ki, Lyubik Çibuxçyan BBC- in Ermənistan üzrə nümayəndəsi Aleksandr Manvelyana zəng edərək bildirib ki, bu gün iyun ayının 10 da saat 11.19 da Azərbaycanın prezidentinə müraciət edərək özü və ailəsi üçün siyasi sığınacaq istəyib. Lyubik Çibuxçyan deyib ki, onun müraciətinin səs yazısı da mövcuddur. Xatırladaq ki, Lyubik Çibuxçyan Azərbaycanın muğam ifaçısı Elnarə Abdullayeva haqqında “Elnarə” adlı kitab yazıb.

 

“KarabakhİNFO.com” 

10.06.2014 06:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*