Azərbaycanca

Erməni ailəsi:”Qoy, azərbaycanlılar gəlib bizim ölkənin idarəçiliyini ələ alsınlar”

28.04.2014 | 15:11

1398683516_10287078_493104877458022_1635693072_n12 uşaq atası olan  Qarabağ veteranı Qagik  Hovhannisyan  erməni mediasında dərc olunan reportajda  hökumətin biganə münasibətindən gileylənərək mövcud durumda Sarkisyan hakimiyyətini günhalandırıb. “KarabakhİNFO.com” istinadən reportajı təqdim edir:

“Maddi gücümüzü nəzərə alaraq daha çox buğda, makaron yeyirik”

 

12 uşağı  boya -başa  çatdırmaq  Hovhannisyan  və  həyat  yoldaşı  Armenuhi  Manukyan  üçün  elə də  asan  olmayıb. 47 yaşlı  Hovhannisyan  hökumətin diqqətsizliyindən danışaraq övladlarını əzab-əziyyət, borc içində böyütdüyünü deyir: “Övladlarımı  borc  içində  böyütmüşəm. 168 dollar  hərbi  təqaüd, 163 dollar  yardım  belə  böyük  ailənin  ehtiyacının  hətta  kiçik  bir  hissəsini  belə  qarşılaya bilmir. ..20 ildir ki, atəşkəs elan olunub.  Bu illər ərzində hər gün yaşamaq uğrunda çarpışırıq”.

Peşəsi dərzilik  olan  Q.Hovhannisyan  1993-cü  ildə, döyüşlərin birində əlil olub, psixoloji sarsıntı yaşayıb. Əlindən  yaralanan, başından güllə alan Hovhannisyan iş qabiliyyətini də itirib. Bununla belə o hökumətdən sosial yardımdan daha çox mənəvi dəstək,  hörmət gözlədiyini deyir: “Təqaüdü əldə edən kimi 3 kisə  un, 5 kisə  kartof  alırıq. Maddi gücümüzü nəzərə alaraq daha çox buğda, makaron yeyirik. Övladlarımın qayğısına qalmaq üçün hökumətdən heç nə  tələb  etmirəm. Onları biz dünyaya gətirmişik, biz də böyüdüb boya-başa çatdıracağıq. Amma  dövlət  də  bir  az  diqqət  yetirməlidir”.

Q.Hovhannisyan hökumətin12 övlad anası olan həyat yoldaşı Armenuhi Manukyana da diqqətsiz yanaşdığını deyir: “Həyat  yoldaşım  12 uşaq  anasıdı. Heç olmasa 12 övlad dünyaya gətirdiyi üçün onu nəzərə alsınlar. Bu  qədər  uşağı  geyindirib, yedizdirib məktəbə yola salmaq var”.

“Təqaüdlərimiz qaldırılmazsa inqilab edəcəyik

 

Borc-xərc içində yaşadıqlarını deyən Armenuhi Manukyan bəzən yaşamaq, övladlarına istədiyi geyimi geyindirmək üçün kimlərdənsə borc aldıqlarını da deyir: “Övladlarımızı sevirik. Onlara istədikləri geyimi almağa çalışırıq. Lazım gəldikdə borc da alırıq.  Nə edim, bu təqaüdlə dolanmaq mümkün deyil.  Kommunal xidmətlərə də borcumuz var.  Ailəmi qorumaq, onları təmin etmək üçün həyatla mübarizə aparıram. Deyə  bilərlər  ki, mən  dəli  olmuşam, amma yox. Vətənpərvər  və  övladını  sevən  valideynəm. Buna görə kənardan bəzən belə qiymətləndirilirəm”.

42  yaşlı  qadın  erməni prezidenti Serj  Sarkisyanın  fevralda, Yerkrapah  Könüllülər  Birliyinin  iclasında  sosial  şəraitin  yaxşılaşdırılması  üçün  tətil  edən  üsyançılara  ünvanladığı  sözlərdən  hiddətləndiyini söyləyir: “Təəssüf  ki,  hələ  də  meydanlarda  ağlayıb-sızlayan  fərdlər  var, onlar  ölkəni  qorudular, qan  axıtdılar. Biz  yaxşı  bilirik  ki, kim  harada  nə  qədər  qan  töküb. Onların iş qabiliyyətindən də xəbərdarıq. Yalnız hörmət tələb edirik”.

Armenuhi Manukyan ötən ilin mayından etibarən  müxtəlif  hökumət  binalarının  qarşısında  sosial  problemlərin  həlli üçün müharibə əlillərinin keçirdiyi tətillərin də nəticəsiz qaldığını deyir:  “Azadlıq  mübarizləri artıq  20 ildir  ki susur. Bu qədər yetər. Artıq  bu  etinasızlığa  dözmək  fikrində  deyilik…Təqaüdlərimiz qaldırılmazsa inqilab edəcəyik”.

Bugünki  hökumət  hansı şəraitdə olmasından asılı olmayaraq vətənin qayğısına qalmır. Sarkisyan hökuməti yalnız  oğurluqla  məşğuldur”

 

Azadlıq müharibəsinin iştirakçılarından olan, Qagik Sarukhanyan da hökuməti ittiham edir. O, soyub-talamaqla məşğul olan Sarkisyan hökumətini oğru adlandırır: “Hazırda  Ermənistanda  1990-1994-cü  illədə  Qarabağda  hərbi  yürüşlərdə  iştirak  etmiş  ümumilikdə  15000  müharibə  veteranı  qeydiyyatdan  keçib.  Fərdi  təqaüdlər  96-192  dollar arasında dəyişir. Etirazlardan hələ bir nəticə çıxaran olmayıb. Üsyanlara qatılanları müxtəlif adlarla şərləyib şübhəli şəxs kimi saxlayırlar. Ötən ilin oktyabrında üsyankar  tətillərin  təşkilində  iştirak  edən,  təqaüdçü  Volodya  Avetisyan  xuliqanlıq maddəsi ilə ittiham olunmuşdu. Hazırda iş üzrə istintaq davam edir.  Bu səbəbdən bir çox  veteranlar  Avetisyanın  həbs  olunmasına  etiraz əlaməti olaraq  nümayiş  keçirirlər. Nümayiş  iştirakçılarından  olan  Qagik  Sarukhanyan  deyir  ki, onlar haqqlarını tələb edərək mübarizəni davam etdirəcəklər: “Bugünki  hökumət  hansı şəraitdə olmasından asılı olmayaraq vətənin qayğısına qalmır. Sarkisyan hökuməti yalnız  oğurluqla  məşğuldur. Kim  onları  narahat  edirsə ondan  canını  qurtarmağa çalışırlar”.

“Qoy, azərbaycanlılar  gəlib  bizim  ölkənin  idarəçiliyini  ələ  alsınlar

O, hökumətin min bir bəhanə gətirərək insanların sosial təminatı naminə daşıya biləcəkləri məsuliyyətdən boyun qaçırdıqlarını deyir: “Məqsədimiz  yalnız  təqaüdlərin  qaldırılması  deyil. Bu, ölkəmizin  necə  çürüməkdə  olduğunu  göstərən  bir  bəhanədir. Onlar  deyirlər, “büdcə  boşdur, biz  sizə  kömək  edə  bilmərik…”  Nazirlər  isə milyon  dollarlıq  saraylar  tikdirirlər. Bəs, bu necə olur? Halbuki,  nazirlər  belə  saraylarda yaşamaq üçün 150 il  bu  vəzifədə  işləyib  yüksək  əmək haqqı  almalı  idilər”.

Sarukhnayanın həyat yoldaşı isə bir gənclə olan maraqlı söhbətini xatırlayır: “23  yaşlı  oğlan  deyir  ki, qoy, azərbaycanlılar  gəlib  bizim  ölkənin  idarəçiliyini  ələ  alsınlar… 20 ildir  ki  müharibə  gedir, onun  valideynləri  müharibənin  səbəbini  ona  deməyibmi?”

Telman Qasımov

“KarabakhİNFO.com”

 

28.04.2014 15:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*