Azərbaycanca

Erməni Baş nazir: “Daşnaksütyun partiyasının varlığına son qoymaq lazımdır”

11.06.2014 | 06:51

1402469084_ermeni-bas-nazirOvan Katçaznuni kimdir ?

–   1918-1919-cu illərdə Ermənistan Respublikasının ilk Baş naziri;

–   Daşnaksütyun partiyasının həmtəsisçisi və sədri;

–    “Daşnaksütyun partiyası çarəsizdir” kitabının müəllifi.

Bu tarixi tezis 1923-cü ildə Buxarestdə təqdim olunub və Ermənistanda qadağaya məruz qalmış kitablardan biridir. Xarici dillərdə olan nəşrləri Avropa kitabxanalarından yoxa çıxıb.

 

Bu əsər İstanbul Universietinin tədqiqatçısı M.Mehmet Perinçək tərəfindən Moskvadakı Lenin kitabxanasından tapılıb. Rus dilindən türk dilinə Türkiyəşünas M.Arif Acaloğlu, türk dilindən fransız dilinə isə Orhan Altan tərəfindən tərcümə olunub.

 

Ermənistanın ilk Baş naziri “erməni soyqırımı”nın müharibə olduğunu bildirir və səmimi olaraq etiraf edir ki, onlar imperialistlər tərəfindən manipulyasiya ediliblər.

 

Katçaznuninin bu tezisi imperializmin böyük yalanlarına son qoyur.

 

Bu şəxs qondarma erməni soyqırımı baş verən illərdə Ermənistan siyasətçiləri arasında öndəgedən simalardan biri olmuşdur. 1917-ci ildə 50 yaşında olarkən Daşnaksütyun partiyası Milli Şurasının üzvü idi.

 

Məhz bu partiyanın üzvləri 150 min müdafiəsiz mülki türkün qətlində məsuliyyət daşıyırlar. Bundan əlavə 1896-cı il avqustun 26-da İstanbuldakı Osmanlı bankında baş verən və həmin şəhərdə iğtişaşlara səbəb olan qırğını da onlar təşkil etmişdilər. Bu iğtişaşlar sentyabrın 3-də yatırıldı. Qurbanların sayı dəqiq bilinməsə də, məlumdur ki, 120 əsgər öldürülmüş, 25-i isə yaralanmışdır.

 

Onlar eyni zamanda Birinci Dünya Müharibəsindən öncə başlamış bu günə qədər də davam edən bir çox iğtişaşlar, üsyanlar, sui-qəsdlərin təşkilində  məsuliyyət daşıyırlar. Məcburi inqilab vergisinin yığılması da onların adı ilə bağlıdır.

 

1923-cü ilin aprelində, yəni qondarma erməni soyqırımının başa çatmasından dərhal sonra Daşnak partiyasının sədri Ovan Katçaznuni partiyanın Buxarestdə baş tutan iclasında idarə heyəti qarşısında öz tezisini oxudu.

 

Bu çıxışında o, illər ərzində baş verən hadisələri çox aydın şəkildə izah edir. O, faktların təhlilini hərtərəfli, realist, təhrifsiz şəkildə inkişaf elətdirir:

 

–         O, mülki türk əhalisinin öz partiyasının üzvləri tərəfindən qırğına məruz qaldığını təsdiq edir.

–         O, təsdiq edir ki, erməni döyüş dəstələrinin Rusiya ordusunun tərkibində Türkiyəyə qarşı vuruşması səhv addım idi.

–         O, türklərin erməniləri deportasiya etmək qərarının düzgün olduğunu bildirir, çünki onlara başqa seçim şansı qoyulmamışdır.

–         O, etiraf edir ki, Daşnaksütyun partiyasının terrorçu fəaliyyətinin məqsədi Qərbin rəğbətini qazanmaq idi.

–         O, partiyanın bütün səhvlərini etiraf etdi. Bu səhvlər saatlarla izah və təhlil olundu. Sonda o, qeyd-şərtsiz Daşnaksütyun partiyasının fəaliyyətinə xitam verilməsini tələb etdi.

 

Onun şərhlərindən bəzilərini təqdim edirik:

 

“Bəli, mən inTihar etməyi təklif edirəm!

Mən təklif edirəm edirəm ki, partiya intihar etsin.

Yeganə çıxış yolu səhnəni tərk etməkdir”.

 

Onun həmkarlarına verdiyi məsləhətlərdən çıxarışlar:

 

” Türklərlə münasibətimizi qoruyub saxlamaq lazımdır.

Əgər bir gün türklərlə razılaşmaq lazım gələrsə, gərək səhnəyə keçmişi başqa olan və ya heç olmayan insanlar gətirək.

Mən təkid edirəm ki, Daşnaksütyun partiyası hakimiyyətə gəlməməlidir”.

 

Sonra sədri olduğu partiya üçün qeyd-şərtsiz bu qərarın verilməsini istədi : ” Daşnaksütyunun nə bu günü,  nə sabahı var. Bu qurum üçün ediləcək bir şey yoxdur. Onun varlığına son qoymaq lazımdır. Bunu partiyanın həm keçmişini, həm də şərəfini qorumaq üçün etməliyik”.

 

Bu şəxs sədri olduğu partiyanın idarə heyəti qarşısında belə bir nitqlə çıxış edərək cəsarətli bir addım atdı. Təəssüf ki, həmkarları ona qulaq asmadılar. Bu gün də  Daşnaksütyun partiyası Ermənistan Respublikasının majoritar partiyasıdır.

 

mənbə: www.yvesbenard.fr/ovan.htm

 

Fərid Əliyev

“KarabakhİNFO.com”

 

 

 

11.06.2014 06:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*