Azərbaycanca

Erməni deputat: “Ermənistan ciddi təhlükə ilə üzləşib”

24.10.2014 | 16:17

ARAMErmənistan parlamentinin deputatı, müxalifətdəki Erməni Milli Konqresinin üzvü Aram Manukyan ölkəni tərk edənlərin sayının artmasından narahatlığını bildirib.Ermənistan mətbuatı yazır ki, parlamentin brifinq zalında jurnalistlərin qarşısına çıxan Manukyan hər il ölkəni 110-120 min insanın tərk etdiyini və buna görə Sarkisyan hakimiyyətinin günahkar olduğunu deyib: “Ermənistan ciddi təhlükə ilə – mühacirətlə üzləşib. Bunda günahkar indiki ölkə rəhbərliyidir”.

 
Manukyan bildirib ki, bu ilin 9 ayında ölkəni 113 min insan tərk edib. Deputatın fikrincə, onların 60 mini daimi əsasda ölkədən gedənlərdir.

 
Erməni Milli Konqresinin üzvü sadə xalqın Sarksiyan hakimiyyətinin dəyişməsini arzuladığını vurğulayıb: “Xalq arasında elə insan yoxdur ki, hakimiyyətin dəyişməsini istəməsin. Bunu yalnız dövlət orqanlarında vəzifəsi olan şəxslər istəmir”.

 
BMT hesabatlarında 3 milyon əhalisi olan Ermənistan yüksək mühacirət, aşağı doğum faizi və bu səbəblərdən əhali tərkibinin sürətlə qocaldığı ölkələr sırasındadır.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

24.10.2014 16:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*