“İrs”in parlament fraksiyasının rəhbəri Ruben Akopyan prezident Serj Sərkisyanla “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyanın görüşünü tənqid edib
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı Modern.az-a istinadən xəbər verir ki, Akopyan bu görüşü “qanuni oğrularlın “sxodkası”na bənzədib: “Ermənistanda yığılıb qalan daxili problemləri “oğru “sxodkası” səviyyəsində görüşüb həll edirlər”.
Akopyanın fikrincə, görüş zamanı Sərksiyan hədələyici sözlərdən isitfadə edib: “Əsas olan odur ki, görüşdə xalqı narahat edən problemlər müzakirə olunmayıb. Görüşün siyasi legitimliyi şübhə altındadır”.
“KarabakhİNFO.com”