Azərbaycanca

Erməni Diasporu tarixi təhrif etmə izində..

05.11.2012 | 18:34

1352125919_nesrinErməni Diasporu tarixi təhrif etmə izində…

 

Erməni Diasporu Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrin subyekti olmaq etibariylə eyni zamanda bu münaqişəsinin informasiya-təbliğat fəaliyyətinin də subyekti və iştirakçısıdır. Yəni geniş imkanlara malik olan erməni diasporu Dağlıq Qarabağ münaqişəsi mahiyyətini təhrif edir,  erməni cinayətlərini beynəlxalq auditoriyadan gizlətməyə çalışaraq dünya ictimaiyyətində, böyük dövlətlərin siyasi elitasında antiazərbaycan təsəvvürləri formalaşdıran siyasət izləyir. Bu fəaliyyətin daha ifrat şəkildə icrası üçün indi dünya erməni diasporunun bütün potensialı səfərbərliyə alınıb.

Erməni diasporu hazırda dünyanın ən yaxşı təşkil olunmuş, maliyyə baxımından da yaxşı təmin olunmuş, yerləşdikləri ölkələrin ictimai-siyasi həyatına fəal müdaxilə edən toplumlardan biridir. Millətçi hisslər, xəyali ideyalar ətrafında birləşməsi, kilsə tərəfindən idarə olunması, arasında yaşadıqları xalqları məişətinə, yerli şəraitə tez uyğunlaşa bilməsi erməni diasporunun xarakterik xüsusiyyətlərindəndir.

Erməni diasporunun formalaşması daha çox XX əsrin əvvəllərinə aid edilir. XX əsrin əvvəllərində, Birinci Dünya müharibəsi illərində isə ermənilərin Qərbdə məskunlaşması xeyli genişləndi. Bunlardan Hnçak, Daşnaksutyun,Ramqavar seçilirdi. Erməniliyi birləşdirən ən nüfüzlu təşkilat isə heç şübhəsiz ki, erməni kilsəsi idi.

Mövcud olan məlumatlara görə hazırda dünyanın 60 ölkəsində təşkilatlanmış erməni diasporu təşkilatları fəaliyyət göstərir. Bu ölkələr arasında Livan, Suriya, İran və Misirdə yerləşənlər daha yaxşı təşkilatlanıblar. Bu təşkilatların Qarabağ münaqişəsinin qızışdırılmasında və mürəkkəbləşməsində iştirakı az olmamışdır. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəviyə keçməsi üçün Livan və Suriyadakı erməni diasporları Dağlıq Qarabağa həm silah, həm də canlı qüvvə göndərirdilər.

Bu gün,Yaxın və Orta Şərqdə erməni məktəbləri açılmış, erməni informasiya vasitələri təsis olunmuş, erməni kitablarının nəşri tənzimlənmişdir. Bu müsəlman ölkələrində erməni kilsəsinin azad fəaliyyəti, erməni ictimai təşkilatının qurulması üçün geniş imkanlar yaradılmışdır. Bütün bunlardan isə erməni millətçi təbliğatının aparılmasında məharətlə istifadə olunur.

XX əsrin ortalarından etibarən Misir, Suriya, Livan və sonralar İranda daxili siyasi hadisələrin inkişafı erməni disporluğunun ağırlıq mərkəzinin Qərbə keçməsinə səbəb oldu. Lakin bu ölkələrdə onların fəaliyyəti dayanmadı. Livanda və İranda erməni diasporlarının ixtiyarlarında bir sıra mətbuat orqanları və bir sıra elektron ehtiyatlar vardır ki, onlar Dağlıq Qarabağ münaqişəsinin ermənipərəst informasiya modelinin formalaşmasında öz imkanlarından istifadə edirlər. Livanda çap olunan mətbuat qəzet Xankəndində en yaxşı mətbuat orqanı elan olunmuşdur.

İrandakı erməni diasporunun uzun müddət çap etdirdiyi “Alik” (alikonline.com) da səhifəsi də daim Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlayır. Bu səhifənin bir də qəzeti var və 1931-ci ildən nəşr olunur və tirajı 3000-nə çatır. İran höküməti də ölkədəki erməni diasporunun mətbu orqanlarının çapına müəyyən yardımlar göstərir.

XX əsrin ortalarından etibarən isə qeyd edildiyi kimi, Amerika və Avropada erməni disporunun təşkilatlanması və ictimai-siyasi fəalliğı xeyli genişləndi. 1991-ci ildə dünya erməniliyi arasında təşkilatlanması ilə seçilən Amerika Erməni Milli Komitəsinin (EMK) əsası qoyuldu. Daşnaksütyun partiyası tərəfindən Nyu-Yorkda əsası qoyulan bu komitə “Ay-Dat” komitəsi adı ilə məşhurlaşdı. Əsas hədəfi də Böyük Ermənistan qurmaq idi. EMK mövcd olduğu illərdə Amerikanın siyasi və biznes dairələri arasında dərin kök salaraq lobbiçilik edir və Ermənistan dövlətinə və erməniliyə Amerika siyasi aləmində dəstək formalaşdırır. Dağlıq Qarabağa olan erməni iddiaları EMK tərəfindən həmişə ciddi şəkildə dəstəklənmişdir və bu münaqişə başlananda EMK bütün qüvvələrini səfərbərliyə aldı. Dağlıq Qarabağa olan erməni iddialarının və daölıq Qarabağda ifrat millətçi-separatizm həyata keçirilməsi üçün EMK Amerikadan Ermənistana, Dağlıq Qarabağa ən müxtəlif yardımların göstərilməsinə nail oldu. EMK-nın birbaşa təzyiqləri ilə, hətta Amerika büdcəsində Dağlıq Qarabağ separatçılarına ayrıca maliyyə vəsaiti müəyyənləşdirildi.

EMK öz məkirli niyyətini həyata keçirmək üçün tədqiqat mərkəzi açır. Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsi, erməni separatçılığının dəstəklənməsi istiqamətində kitablar çap etdirir. Bu komutənin ixtiyarında “Trans Caucasus”, a Chronology ANC Neüsletter kimi dövri orqanlar vardır. Amerikada EMK-nın 2 şöbəsi var-Şərq və Qərb şöbələri. Bundan başqa EMK-nın Vaşinqtonda, Bostonda, Los-Ancelesde, San-Fransiskoda və Amerikanın digər şəhərlərində ofisləri var. Bu komitənin bir sıra Avropa, Asiya və Afrika ölkələrində yerli komitələri vardır. 2001-ci ildə isə Avropa İttifaqının nəzdində EMK komitəsi yaradılmışdır. Bütün bu qurumların qarşısında dayanan əsas məsələ Dağlıq Qarabağ münaqişəsi haqqında təhrif olunmuş təsəvvürlərin yayılması və bununla da Dağlıq Qarabağda erməni separatizminə dünya birliyinin dəstəyinin təmin edilməsidir.

XXəsrin 2-ci yarısından sonra çoxlu sayda erməni qurumlarının açılmasına başlandı. 1972-ci ildə Amerika Erməni Assambleyasının əsası qoyuldu. 1965-ci ildə Neü-Yorkdakı Columbiya Universitetində, 1969-cu ildı Los-Ancelesdəki Kaliforniya Universitetində ermənişünaslıq kafedraları açıldı. 1982-ci ildə Kembricdə Zoryan İnstitutu yaradıldı. 1985-də Miçiqan Universitetində Ermənişünaslıq tədqiqatları İnstitutut və nəşrlər mərkəzi açıldı. Vaşınqtonda erməni milli institutu fəaliyyət göstərir. Hal-hazırda Dünyanın ən aparıcı universitetlərində artıq Ermənişünaslıq mərkəzləri fəaliyyət göstərir. Harvard Universitetində hətta sözdə erməni soyqırımına həsr olunmuş müzey də fəaliyyət göstərir.

Erməni Diasporunun Amerika siyasi həyatında göstərdiyi təsir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səfərbər olunmaları qısa müddətdən sonra özünü göstərməyə başladı. Erməni disporunun təzyiqi altında Amerika senatı 1989-cu il noyabr ayının 19-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qətnamə qəbul etdi. Qətnamədə Dağlıq Qarabağ əhalisinin 80 faizinin erməni olması, Sumqayıtda baş verən hadisələrin düzgün qiymətləndirilməsi, Xüsusi İdarəetmə Komitəsinin fəaliyyətinin yarıtmazlığı əks olunur və təklif olunurdu ki, ikitərəfli diskusiyalar zamanı Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağ xalqının mənafeyinə uyğun həll olunsun.

Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasının başlanğıcında Amerikadakı erməni diaporu Amerik siyasətçilərində Dağlıq Qarabağ münaqişəsinin tamamilə təhrif olunmuş informasiya modelini yaratmağa müvəffəq oldular.

Erməni disporunun Amerika ictimayyəti və siyasi dairələri arasında apardığı təxribatçı informasiya fəaliyyətinin ciddi nəticələrindən biri 1992-ci ildə Azadlığa dəstək aktına 907-ci Düzəliş oldu. Azadlığa Dəstək aktı keçmiş SSRİ respublikalarına iqtisadi yardımın göstərilməsi ilə bağlı idi. Həmin düzəlişə görə, guya, Azərbaycan Ermənistanı və Dağlıq Qarabağ blokadaya alınmış və Ermənistana qarşı tıcavüzkar siyasət aparır. Bu düzəlişə görə Amerika hökuməti tərəfindən Azərbaycana kömək göstərilməsinə qadağa qoyulur.

Mütəxəssislərin fikrincə, Azərbaycana qarşı belə bir qeyri-obyektiv qərarın qəbul edilməsi bir neçə səbəbi vardır-Amerikadakı erməni diasporunun güclü lobbiçilik fəaliyyəti, parlament və prezident seçkilərində erməni disporunun dəstəyinin vacibliyi, Amerika administrasiyasının Cənubi Qafqazla bağlı aydın siyasətinin olmaması və erməni disporunun da bundan məharətlə istifadə etməsi. Sonrakı illərdə bu düzəlişə münasibət dəyişməyə başladı. 2001-ci ildə 907-ci Düzəliş dondurulması haqqında qanun qəbul edildi.

Amerikadakı erməni disporunun dəstıyi və maddi yardımı ilə Dağlıq Qarabağda elan olunmamış qondarma qurumun bu ölkədə nümayəndəliyi açılmışdır. Bu nümayəndəlik erməni diasporu ilə birlikdə qondarma qurumun tanınmasında müəyyən işlər görür. Nüməyəndəliyin “nkrusa.org” saytı bütün gücü ilə fəaliyyətdədir.

Erməni diasporu həm də çalışır ki, qondarma quruma maliyyə dəstəkləri alsın. Məsələn erməni diasporunun apardığı təbliğatdan sonra Konqress 2009-cu ildə 8 milyon, 2010-cu ildə 10 milyon ABŞ dolları maliyyə vəsaiti ayrılması haqqında qərar qəbul etdi.

2010-cu ildə Amerika erməni diasporu və Konqresdə bu diaspora ilə bağlı olan erməni lobbiçiliyi Metyu Brayzanın Azərbaycana səfir göndərilməsinin qarşısını almaq üçün xeyli fəaliyyət göstərdi. Erməni disporunun fikrincə, Metyu Brayza Minsk Qrupunun həmsədri olduğu illərdə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə dərindən bələd olmuşdu. Onlar şübhı etmirdilər ki, münaqişə beynəlxalq hüquq çərçivəsində həll olunacağı təqdirdə Ermənistanın işğalçılıq sıyasəti ifşa olunacaq və Azərbaycanın ərazi bütövlüyü qorunacaq. 2010-cu ildə senatın xarici əlaqələr komissiyası iclasında ermənipərəst deputatlar Barbara Boker və Robert menanades Metyu Brayzayanın Azərbaycana səfir təyin olunmasına veto qoydular. Ancaq 2010-cu ilin sonlarında Obama Metyu Brayzanı senatın səsverməsindən keçirtmədən Azərbaycana səfir təyin etdi.

Erməni diasporunun digər intelektual və ictimai-siyasi mərkəzləri isə heç şübhəsiz ki, Fransa və Rusiyadır. Rusiyadakı ermənilərin ictimai-siyasi tarixi daha çox Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdırsa, Fransadakı erməni diasporunun millətçilik tarixi daha çox qondarma soyqırımın tanıdılması cəhdləri ilə bağlı idi.

Əslində hazırda qondarma erməni soyqırımının tanıdılması və Dağlıq Qarabağ məsələsi erməni disporu üçün bir vəhdət təşkil edir. Bu gün erməni diasporu artıq 2 gündən sonra Amerikada baş verəcək prezident seçkilərinə o qədər də əhəmiyyət vermirlər. Erməni diasporunun artıq bəlli oldu ki, Amerika xarici siyasi strategiyasına qondarma soyqırımın tanınmasını daxil etməmişdir.

Erməni Disporu yeni rakurs seçərək bütün güclərini  Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına daha çox təsir edəcək dövlətlərdə fəal olmağa çalışacaqları açıq aydın bəlli etdilər. ABŞ, Fransa, Rusiya ilə yanaşı bura həm də İran və Türkiyənin özünü belə təsir dairəsinə salıblar.

Araşdırmamı çin atalar sözü ilə bitirmək istəyirəm- “İki yəhudi bir araya gələrsə şirkət, iki türk bir araya gələrsə dövlət qurur.” Bes iki erməni bir araya gələrsə diaspora qurub lobbiçilik fəaliyyəti ilə bu dövləti yixarmı? Ən azından Tarix buna şahidlik edir BU GÜN !!! Erməni Diasporunun qarşısı dünyaya səpələnmiş qüdrətli Türk Dövlətləri ilə alına bilər ! Bu isə hər bir Türk soyundan gələn vətəndaşın Vətən qarşısında bir başa borcu olmalıdır!

Nəsrin Süleymanlı

 

 

 

05.11.2012 18:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*