Azərbaycanca

Erməni diasporunun kriminal qanadi – “ERMƏNI GÜCÜ” – “ARMENIAN POWER”

11.02.2013 | 17:34

1360589368_ermeni-1Mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun təzahür formalarından olan, artıq milli dövlət sərhədlərini adlamış terroizm bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilərək dünya ictimaiyyətini təhdid edir.

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cumlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

90-cı illərin əvvələrində Ermənistanın rəsmi dairələri «Daşnaksütyun», ASALA, MAQ, «Erməni birliyi», «Erməni Azadlıq Cəbhəsi» və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.

Lakin zaman dəyişir və müasir terrorçu təşkilatlar güclü, ciddi tabeçilik strukturlarına və təchizata malik cinayətkar qurumlara çevrilirlər.  Belə təşkilatlardan biri də ABŞ-ın Kaliforniya ştatında «Erməni gücü» (Armenian Power) cinayətkar dəstəsidir. SSRİ-nin dağılması ərəfəsində post-sovet məkanından miqrasiya edən ermənilərin hesabına Los-Ancelesdə erməni kriminalı güclənməyə başlad və Amerikada erməni diasporunun gücü iki qat artdı. Amerikada erməni diasporunun formalaşmasına qısa nəzər salaq:

Ermənilərin Amerika ilə tanışlığı 1810-cu ildən başlayır. Amerika ilə Türkiyə əlaqələri inkişaf etdikcə zəngin erməni tacirləri hissə-hissə Amerikaya köçməyə başladılar. Ermənilərin Amerikaya köçməsini isə missioner təşkilatlar təşkil edirdi. İlk əvvəllər ziyalı və varlı təbəqədən sonra erməni gəncləri və uşaqları bu ölkədə yaşamaq, təhsil almaq üçün mühacirət edirlər. Ermənilərin Amerika vətəndaşlıq alması digər etnik qruplardan daha asan olurdu. 1840-cı ildə Amerikanın nüfuzlu universitetlərində erməni gənclər təhsil alırdılar. Onlar xüsusi olaraq Nay Tah-ümumerməni məsələsi üçün hazırlanırdılar. Məhz bu ermənilər gələcəkdə Türkiyədə və Qafqazdakı qırğınların təşkilatçıları idilər.1840-1910-cu ildə tərkibi ziyalı, tacir, həkimlərdən ibarət 10 min erməni Amerikada qediyyatda idi. 1915-ci ildən sonra Amerikaya axını güclənən ermənilər onlara yaradılan şəraitdən istifadə edərək diasporların formalaşdıra bildilər.

Bu tarixdə 25 min erməni Amerikanın Qərb sahillərində məskunlaşdı. Ölkə prezidenti Vudra Vilsonun ermənliərə xüsusi rəğbəti var idi və bu rəğbət onun anti-türk baxışlarından yaranmışdır.

1924-cü ilə Amerika mühacirlər üçün sərt qoşunları qəbul edən tarixə qədər burada 200 minə yaxın erməni qeydiyyatda idi. 1965-ci ildə isə artıq bu say 400 minə çatmışdır.

1965-ci ildə Liberal mühacirət qanunlarının qəbul olunması ilə digər etnik qruplar kimi ermənilərində bu ölkəyə axını başlandı. Yaxın Şərq və Rusiya bölgəsindən Amerikaya gələn ermənilər burada qüvvətli diaspor tərəfindən qarşılanır, işlə və evlə təmin olunurdu. Bir-birlərilə sıx əlaqə quran ermənilər diasporun qüvvətlənməsi istiqamətində işlərin cəmləşdirdilər. Əlaqələndirici rolunda isə erməni kilsəsi çıxış edir. Kilsə burada ümumerməni fonduna rəhbərlik edir maliyyə toplanmasını təşkil edir, ideoloji iş aparır. Erməni diasporu sayəsində hər il ABŞ Ermənistan üçün külli miqdarda maliyyə yardımı ayırır. Amerikada erməni diaspor təşkilatlarının fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Diaspor təşkilatların lobbiçilik fəaliyyətilə yanaşı, mədəni, elmi, ictimai işlərlə məşğul olurlar. Bu təşkilatlar aşağıda adları sadalananlar fəallığa və üzvlərinin sayına görə seçilirlər:

ABŞ FTB-sinin məlumatına görə, onların böyük əksəriyyəti «professional cinayətkar» deyillər. Səhərlər onlar müxtəlif iş sahəsində (tikinti, avtoservis, kənd təsərrüfatı və d.) çalışır, gecələr isə müstəqil və yaxud da ki, sifarişli cinayətləri icra edirlər.«Armenian Pover» öz strukturuna görə 3 yerə bölünür:

  • Küçə bandaları – çirkli işləri görənlər (reket, adam oğurluğu, soyğunçuluq, quldurluq, narkobiznes, fahişəlik və s.;
  • «Ağ yaxalıqlar» – Onlar əsasən ABŞ-da  çirkli pulların yuyulması, sığorta şirkətlərinin aldadılması, vergidən yayınma, saxta sənədlərlə müxtəlif növ sosial yardımların alınması, iqtisadi dələduzluqla məşğul olurlar;
  • Elita- əsasən imkanlı kriminal ünsürlərdən – ABŞ-ın erməni diasporunun başçıları ilə ünsiyyətdə olanlardan, transmilli kriminal bosslarından ibarətdir ki, onların da çox vaxt adları heç bir yerdə hallanmır.

Bu təşkilat ilk olaraq kiçik qrup formasında Kaliforniyada Meksikan qanqster qruplarından qorunmaq üçün yaradılıb və vaxt keçdikcə güclənib. Əvvəllər küçə davaları, silahlı basqınlarla tanınan qrup son dövlərdə “ağ yaxalı” cinayətlərlə, yəni müasir texnologiyadan istifadə edərək soyğunçuluqla (kredit kart oğurluğu, kimlik oğurluğu vəs.) məşğul olmuşdur. Texnologiya inkişaf etdikcə mafiya qrupları da öz fəaliyyətlərini gücləndirir, müxtəlif sahələrə əl atırlar və onların ifşası çətinləşir. Qanunların olması o demək deyil ki, heç kəs onları pozmayacaq. Əsas məsələ qanunsuzluqla mübarizə aparmaqdadır. ABŞ-ın əlaqədar qurumları da belə qruplarla həmişə mübarizə aparır. Xüsusilə son bir neçə ildə Mərkəzi Kəşfiyyat Orqanı ilə polisin əməliyyatları nəticəsində bir neçə “ağ yaxalı” böyük mafiya qrupu ifşa olunub. Bunların arasında böyük rus qruplaşmaları və Medicaid dövlət proqramı tarixində ən böyük soyğunçuluğa qarışmış erməni qrupunun ifşasını qeyd etmək olar. Hər il cinayətə qarışmış minlərlə, o cümlədən onlarla erməni immiqrant ölkədən deportasiya edilir. . Qeyd edək ki, ABŞ-da “Medicare” tibbi sığorta şəbəkəsindən qocaların və əlillərin tibbi sığorta pulunu mənimsəyən 40 erməninin yaratdığı sindikatın üzə çıxarılması, Hollandiyada erməni mənşəli kibercinayətkarın tutulması faktları, həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın və eks-prezident Robert Köçəryanın cinayətkar dəstə rəhbəri olan “qanuni oğru” Armen Kazaryanla əlaqəsi barədə artıq sübutlar var.

“Tibbi lisenziyalar saxta klinikaların açılışı üçün istifadə olunurdu, hansılar ki, mövcud olmayan pasiyentləri qəbul edib. Tibb müəssisələrinin ünvanları kimi isə ən çox poçt qutuları istifadə olunub. Virtual xidmətlər üçün hesablar tibbi sığortanın federal fonduna göndərilib. Hər klinika ən çox üç ay mövcud olub. Belə ki, dələduzlar saxta xidmət üçün ödənişi alaraq, müəssisəni bağlayır və yenisini açırdılar”, – deyə Federal prokuror Prit Bxarara isə hesab edir ki, qeyri-leqal gəlirlər və beynəlxalq təsir nöqteyi-nəzərindən ənənəvi mafiya bu qruplaşmaya paxıllıq edə bilərdi.

 Armen Kazaryanın ABŞ-da əldə etdiyi oğurluq pulları Ermənistanda biznes sahələrinə yatırması faktı da təsdiqlənib. “Erməni gücü” cinayətkar sindikatının da Ermənistanla bu kimi əlaqələrdə olmasını güman etmək olar. Ona görə də çox güman ki, elə bu dəstənin də əldə etdiyi 20 milyon dolların Ermənistanla dolayı yolla əlaqəsi olub.

Jurnalist Sevda Əsgərovanın araşadırmalarına görə Los-Anceles və onun ətrafında yeni erməni mühacirlər hesabına formalaşan “Erməni Gücü” – “Armenian Power”  adlı kriminal birləşməsini FTB-də “Silent” (ing. “saylent”- sakit) ləqəbi ilə tanınan Armen Petrosyan yaratmışdı. 1987-ci ildə onun rəhbərliyi altında Los-Ancelesin erməni kriminal avtoritetləri, eləcə də SSRİ-dəki millətcə erməni olan qanuni oğruların toplantısı keçirilmişdi. Toplantıda Los-Anceles küçələrindəki erməni bandalarını birləşdirmək məsələsi müzakirə edildi. Beləliklə, həm iqtisadi cinayətkarlıqla məşğul olan «ağ yaxalıqlı» erməni caniləri küçələrdə reket, narkobiznes, qətl, adam oğurluğu ilə məşğul olan erməni küçə bandaları bir sindikatda birləşdi.

Dəstə Los-Anceles ətrafında yerləşən və özünün ən iri erməni icması ilə məşhur olan Qlendeyle qəsəbəsində məskunlaşıb.

1988-ci ilin yayında sindikatın idarə heyətinə daxil olan 20-dək erməni kriminal bossu Şərq Hollivuddakı şosselərin birində yerləşmiş yanacaqdoldurma məntəqəsinin yanındakı mini-ticarət mərkəzini öz mənzil-qərargahlarına çevirdilər. Tezliklə ətraf dükan və restoran sahibləri ya onlara aylıq ödəməyə, ya da onlardan qorunmaq üçün Los-Anceles polisindən təqaüdə çıxmış keçmiş zabitləri mühafizəçi götürməyə məcbur oldular.

ABŞ-ın hüquq-mühafizə orqanları Ermənistandan gəlmələrdən ibarət cinayətkar qrupa qarşı irimiqyaslı xüsusi əməliyyat keçiriblər. Nəticədə “Armenian Power” etnik qruplaşmasının 74 üzvü həbs olunub. ABŞ Ədliyyə Nazirliyinin məlumatında həbs olunanların sayının 80-dən çox olduğu bildirilir.  “İşığın söndürülməsi” (Operation Power Outage) adlı əməliyyat çərşənbə günü, fevralın 16-da keçirilib. Əməliyyatda ABŞ-ın müxtəlif güc strukturlarının, eləcə də polis və FTB-nin mindən artıq əməkdaşı iştirak edib. Əksəriyyətinin mafiyaçı olduqları ehtimal olunan bu şəxslər Kaliforniya ərazisində saxlanılıb. Lakin həbslər ABŞ-ın digər regionlarında, o cümlədən, Mayami və Denverdə də olub. Ümumilikdə ittiham olunan 102 nəfərin həbsinə order verilib. 80-ə yaxın mafiyaçı dəmir barmaqlıqlar arxasına düşüb. 20-dən çoxu azadlıqdadır.

Arsen Bedjanyan və Sarkis Tadevosyan Los-Ancelesdə, Mayamidə və Denverdə reket, bank fırıldaqları, şəxsi məlumatların oğurlanması, adam oğurluğu və narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan erməni cinayətkar qrupuna rəhbərlik edirdilər.

Hüquq-mühafizə orqanların təqribi hesablamalara görə dəstənin reket, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri və digər cinayətlərin törədməsi nəticəsində, ABŞ vətəndaşlarına 20 milyon dollardan artıq ziyan vurulub. ABŞ-ın hüquq-mühafizə orqanları Kaliforniya ştatının cənubunda “Erməni gücü” (Armenian Power) adlı mütəşəkkil cinayətkar dəstənin 102 üzvü barədə cinayət işi qaldırıblar. Axtarılan ermənilərin arasında “Erməni gücü”nün rəhbərliyindəki 18 nəfər də var. Kaliforniya prokurorluğunun nümayəndəsi Tim Mrojekin dediyinə görə, tutulanların hamısı ermənilərdir.

Federal prokuror Prit Bharara Nyu Yorkda keçirdiyi mətbuat konfransında deyib ki, qruplaşma hədə-qorxu, zorakılıq metodlarından istifadə edib, “klassik mafiya üslubunda” işləyib. Banda yaradıcılarının – 35 yaşlı Davit Mirzoyan və 36 yaşlı Robert Tercanyanın şərəfinə “Mirzoyan-Tercanyan qruplaşması” adlandırılır. Lakin mafiyanın “xaç atası” 46 yaşlı keçmiş Bakı ermənisi, ittiham sənədlərində “vor zakon” kimi göstərilən Armen Kazaryandır. Kazaryan 1996-cı ildə ABŞ-a köçüb, tez-tez Ermənistan və Azərbaycana səfər etməsinə baxmayaraq, qaçqın statusu alıb. Federal prokuror P.Bharara deyib ki, mafiyanın Ermənistanla sıx əlaqələri olub, onun rəhbərləri müntəzəm olaraq bu ölkəyə gediblər və orada özlərinə daşınmaz əmlak alıblar.

Ermənistan mətbuatının yazdığına görə, “Pzo”nun prezident Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanla olduqca yaxın münasibətləri olub. Bildirilir ki, A.Kazaryan 1990-cı illərin əvvəllərində Bakıdan qaçaraq İrəvanda məskunlaşıb. Lakin 1996-cı ildə o vaxtkı daxili işlər naziri Vano Siradeqyanın kriminal aləmə müharibə elan etməsindən sonra Azərbaycan pasportu ilə ABŞ-a mühacirət edib. 1998-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən və Robert Köçəryanın komandasının hakimiyyəti ələ almasından sonra Kazaryana bu ölkədə bütün qapılar açıq olub. Onun Ermənistanda son illər azı iki dəfə saxlanıldığı məlumdur, lakin hər dəfə şəxsən prezident Sərkisyanın, xüsusən onun qardaşı, zəngin kriminal bioqrafiyaya malik “Saşik”in müdaxiləsindən sonra azadlığa buraxılıb. Qəzetlərin yazdığına görə, “Pzo” “Saşik”in Amerikadakı biznesinə nəzarət edən adamdır. Məlumatlara görə, “Pzo” Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlunun toyunda da iştirak edib və olduqca bahalı hədiyyələr gətirib.

Qruplaşmaya qarşı əməliyyatda Kaliforniya ştatının polisləri ilə yanaşı, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları da iştirak ediblər. “Erməni gücü”nun mafioz üzvləri Qleyndeyl şəhəri və Los-Anceles şəhərinin bir səmti olan Şərqi Hollivudda tutulublar. Qruplaşma üzvləri reketçilik, qətllər, qətlə cəhdlər, adam oğurluğu, quldurluq və başqa cinayətlərdə ittiham olunurlar.

Erməni-Amerikan Ticarət Palatasının Los Anceles bölgəsi üzrə nümayəndəsi Zaven Kazazyan bununla bağlı deyib ki, onların baş verənlərlə heç bir əlaqələri yoxdur. «Əlbəttə, bundan utandıq, amma onlarla hər hansı bir əlaqəmiz yoxdur. Onlar həqiqi erməni xalqını təmsil etmirlər».

200 min erməninin yaşadığı bir şəhərdə özünə mərkəz qurmuş bir mafiyanın erməni diasporu ilə hər hansı bir əlaqə yaratmaması inandırıcı görünmür. Çünki erməni diasporu Ermənistanı bəsləyib, silahlandırıb təkcə Azərbaycanın deyil, həmçinin Gürcüstan və Türkiyənin üzərinə göndərmək üçün hər il milyonlarla dollar pul toplayır. Bunu sadəcə erməni əhalisindən toplamağın mümkün olmadığı isə hər kəsə bəllidir. Deməli, diaspora bunun üçün istənilən qədər cinayətə də əl atmaqdadır.

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

“KarabakhINFO.com”

11.02.2013 17:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*