Azərbaycanca

Erməni diasporunun yayılma coğrafiyası

23.05.2013 | 12:53

 1369293779_world_political_mapErmənistandan kənarda yaşayan erməni icmaları erməni diasporu sayılır. Dünyada yaşayan ermənilərin ümumi sayı 8–10 milyon arasındadır. Bunlardan 8 milyonu erməni diasporunu təşkil edir. Birinci dünya müharibəsindən sonra erməni diasporunun sayı artır, bu artım Avropaya, ABŞ-a və Yaxın Şərq ölkələrinə mühacirət edən ermənilərin hesabına olur. Həmçinin Yeni Zelandiya, Avstraliya, Hindistan, Argentina və Cənubi Afrika Respublikası kimi ölkələrdə mütəşəkkil erməni diasporu mövcuddur.

 

Müxtəlif ölkələrdə yaşayan ermənilərin təqribi sayı

Rusiya – 1130 min

Fransa – 500 min.

İran – 200 min.

ABŞ – 385 min

Gürcüstan – 248 min

Suriya – 190 min.

Livan – 160 min.

İşğal olunmuş Azərbaycan əraziləri – 80-90 min arasında.

Argentina – 90 min.

Ukrayna – 99 min

Türkiyə – 40 min.

Özbəkistan – 70 min.

Avstraliya – 45 min.

Almaniya – 42 min.

Kanada – 40 min.

Braziliya – 40 min.

Yunanıstan – 35 min.

İordaniya – 35 min.

Türkmənistan – 30 min.

Bolqarıstan – 30 min.

Belarus – 25 min.

Qazaxıstan – 25 min.

İraq – 20 min.

Uruqvay – 19 min.

Böyük Britaniya – 18 min.

Macarıstan – 15 min.

Belçika – 10 min.

Çexiya – 10 min.

İsrail – 9 min.

Misir – 8 min.

Moldova – 7 min.

Niderland – 6 min.

Tacikistan – 6 min.

Latviya – 5 min.

İsveçrə – 5 min.

İsveç – 5 min.

Kuveyt – 5 min.

Qırğızıstan – 3 min.

Birləşmiş Ərəb Əmirlikləri – 3 min.

Danimarka – 3 min.

Avstriya – 3 min.

Kipr – 3 min.

Venesuella – 2500 nəfər.

Litva – 2500 nəfər.

İtaliya – 2500 nəfər.

Estoniya – 2 min.

Rumıniya – 1700 nəfər.

Polşa – 1 min.

İspaniya – 1 min.

Norveç – 1 min.

Çili – 1 min.

Finlandiya – 1 min.

Sudan – 1 min.

Tayland – 1 min.

Honduras – 1 min.

Yeni Zelandiya – 600 nəfər.

Meksika – 500 nəfər.

Albaniya – 500 nəfər.

Hindistan – 500 nəfər.

Kolumbiya- 300 nəfər.

C.A.R. – 200 nəfər.

Qatar – 150 nəfər.

Kuba – 100 nəfər.

Efiopiya – 100 nəfər.

1878-ci ildən başlayaraq Osmanlı imperiyasının zəifləməsi nəticəsində ermənilər buradan mühacirət etməyə başladılar. Qalan ermənilər isə rus və ingilis təbliğatının nəticəsi olaraq Osmanlı dövlətindən ərazi tələb etməyə başladılar. Bu işdə isə əsas rolu Rusiyada, İngiltərədə, Fransada yaşayan ermənilər oynayırdılar. Məhz erməni diasporunun fəaliyyəti nəticəsində “xristian bacı və qardaşların köməyinə ehtiyacı olan kiçik qardaş imicini iri dövlətlərdə formalaşdıra bildilər.

Ermənilərin məskunlaşdıqları Amerika, Avropa, Asiya, Afrika və Avstraliya qitələrində onların yaşayış tərzi bir-birlərindən fərqlənsə də, onların fəaliyyəti bir istiqamətdə aparılır.

 

Şərqi Avropa – Burada erməni diasporunun fəaliyyəti passiv hesab olunur. Onların çox hissəsi Assimilyasiyaya uğrayıblar. Polşa, Macarıstan, Rumıniyada, Bolqarıstanda, onların sayı olduqca azalıb.

Ukraynada bir qədər ermənilər çoxluq təşkil edir. Buradan erməni gəncləri zamanla Qərbə doğru mühacirət edirlər.

Təqribən 5 min erməni Rumıniyada, 8 minə yaxını Bolqarıstanda, qalanları isə digər ölkələrdə qalıb.

 

Qərbi Avropa – XX əsrin sonlarında buradakı erməni diasporunun fəaliyyəti bir qədər aktivləşib. Xüsusilə, Fransada “soyqırımı” tanıdılmasını qeyd etmək olar. İtaliya, Hollandiya, Almaniya, İngiltərədə erməni diasporunun fəaliyyətində də intensivlik hiss olunur. Belçika və Hollandiyada ermənilər mədəni, Fransada hərtərəfli, Avstriya, İngiltərədə ticari sahədə daha aktivdilər. Digər dövlətlərdə onların fəaliyyəti ticari, mədəni və elmi sahədə bir qədər fəaldır.

Qərbi Avropa erməniləri elm, incəsənət və iqtisadi sahələrdə xeyli uğurlar əldə ediblər. Bu isə onların müəyyən məsələlərdə irəlidə olmasına şərait yaradır.

 

Yaxın Şərq – Bu ərazidə ermənilərin fəaliyyəti olduqca fəaldır. Xüsusilə Livan və Suriyada ermənilərin dayaqları güclüdür. Livan prezidenti M. Kəddafinin yoldaşı erməni qızıdır. Beyrut dünya ermənilərinin əsas mərkəzlərindən biridir. Misir, Sudan, İordaniya, Efiopiyada onlar azlıq təşkil etmələrinə baxmayaraq imkanlı etnik qrup hesab olunurlar. Xartumdakı erməni kilsəsi Yaxın Şərq bölgəsində ən böyük erməni kilsəsidir. Fələstin lideri Yasir Ərəfatın ermənilə “qardaş” olması isə çoxlarına məlumdur. İranda da ermənilər az olmalarına baxmayaraq 30 milyon Azərbaycanlıdan qat-qat üstün güzəştlərə malikdirlər.

 

Cənubi Asiya və Avtsraliya – Kəlkütdə də daha çox fəal olan ermənilər bu bölgədə az saylı məskunlaşıblar. Buranın erməniləri Qərbə daha çox meyllidirlər. Çin, Sinqapur, Malaziya, Fillipində ermənilər varlı qrupa aiddilər. Burada 35.000 erməni yaşayır. Qəzet, jurnal nəşr edir, klub və kitabxanalara malikdirlər.

 

Cənubi Amerika – XX əsrin əvvəllərindən bu bölgəyə mühacirət edən ermənilər Braziliya, Uruqvay, Argentina, Kolumbiyada çoxluq təşkil edirlər. 1940-cı ildən isə onlar bu bölgənin ictimai-siyasi həyatında iştirak edirlər. Burada erməni kilsələri, məktəbləri, KİV orqanları fəaliyyət göstərir. Braziliya ilə Ermənistan arasında ikitərəfli əlaqələr güclüdür. Kolumbiyada isə Armeniya adlı şəhər də var.

Erməni diasporunun yayılma coğrafiyası

Rusiya – Buradakı erməni diasporunun fəaliyyəti uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmışdır. 1990-cı illərin əvvəllərindən başlayaraq ermənilərin bu ölkədəki durumu və fəaliyyəti xüsusi olaraq tədqiqat obyektinə çevrildi.

X-XI əsrdən ermənilər Kiyev Rus dövlətinə, XIV əsrdən isə Moskvaya mühacirət etməyə başladılar. Bu şəhərlərdə məskunlaşan ermənilər ticarət və tibb sahəsində çalışırdılar. XIII əsrdə artıq Lvov şəhərində erməni məhəllələri var idi.

XIV əsrdə Ermənilər Moskvada siyasi mövqe qazanmağa başladılar. Onların Rusiya içərilərinə doğru mühacirəti fəallaşdı. Rusiyada güzəştlərə malik olan ermənilər torpaq sahələri almaq və evlər tikməkdə sərbəst idilər.

1659-cu ildə Zaxar Saqradyan adlı tacir Rusiya çarına qiymətli hədiyyələr verməklə 1607-ci ildən ermənilərin Avropa və Asiya bazarında mövqeyini möhkəmləndirdi. Ermənilərin Osmanlı imperiyasında sayca çox olması I Pyotrun Şərq siyasətində onlara xüsusi diqqət verməsinin əsas səbəbi idi. 1695-ci ildə I Pyotr İran şahına erməni tacirləri üçün əlverişli şərait yaratması üçün 4 məktub göndərmişdir. 1711-ci ildən isə ermənilər Rusiyadan vergi ödəmədən qiymətli daşlar çıxarmaq hüququ əldə etdilər.

İsrail Ori Rusiya çarı ilə görüş zamanı Ermənistan dövləti yaradılması barədə xüsusi razılıq aldı. I Pyotrun ona söz verməsinə baxmayaraq, Qafqaz bölgəsində Rusiyanın müəyyən zaman zəif olması bu razılaşma həyata keçmədi. Erməni diasporu Rusiyada XIX əsrin ortalarında “Uysais” və “Araks” adlı qəzet dərc edirdilər.

Bosfor və Dardanel boğazlarında gözü olan I Pyotr Osmanlı imperiyasını daxildən parçalamaq üçün ilk dəfə olaraq erməni məsələsini ortaya atdı. Plana görə ermənilər üsyanlara başlamalı, Rusiya isə Balkan və Qafqaz torpaqlarındakı “xristian bacı və qardaşları xilas üçün” məsələyə qarışırdı.

Gözlənilənlərin əksi olaraq erməni məsələsi beynəlxalq müstəviyə çıxdı. Burada isə Avropadakı ermənilərin rolu çox idi. Ermənilərin ikibaşlı siyasəti İngiltərənin və Avropanın məsələyə qarışmasına şərait yaratdı.

Ərzurumdakı Rusiyanın baş konsulu Moyevski çara göndərdiyi məktubda aşağıdakıları qeyd edirdi.

“Əslində Rusiya hökumətinə ermənilər tərəfindən onların dözülməz şəraitdə yaşamaları barədə göndərilən məktublar əsassızdır. Burada onlar hər cür azadlıqdan istifadə edirlər. Erməni kəndlilərinin vəziyyəti Rus kəndlilərindən daha yaxşıdır”.

1813-cü il Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrindən sonra Rusiya hökuməti İrandan və Rusiyadan 140 min ermənini zorla İrəvanda yerləşdirdi. Bu addım Asiyadakı erməni diasporu tərəfindən narazılıqla qarşılandı. Buna baxmayaraq 1916-cı ildən sonra Rusiya ərazisindəki ermənilər “qurban” kimi xüsusi imtiyazlar əldə etdilər.

Sovetlər Birliyi qurulduqdan sonra Erməni diasporu yeni dövlətdə yüksək dövlət postlarında işləyirdilər. Onların fəaliyyəti xüsusilə 1930-40, 1945-1960, 1960-62, 1962-91-ci illər və Sovet Birliyi dağıldıqdan sonrakı dövrdə daha güclü idi.

1930-40-cı illər – Bu dövrdə erməni diasporunun fəaliyyətinin nəticəsi olaraq İrəvandan azərbaycanlılar çıxarılaraq orada ermənilər yerləşdirildi.

1945-1960-cı illər – Erməni diasporu Molotovun rəhbərliyi altında Türkiyədən torpaq tələb etməyə başladılar. 26 min km2 ərazi iddiasında olan erməni diasporu 20,500 km– Ermənistana verilməsini planlaşdırmışdı. Lakin Xruşovun hakimiyyətə gəlməsindən sonra bu plan pozuldu.

1960-1962-cı illər – Ermənilərin yenidən İrəvanda yerləşdirilməsi dövrü azərbaycanlılar Kürqırağı ərazilərdə məskunlaşmalı oldular.

1962-1991-ci illər – 1965-ci ildə İrəvanda “soyqırım” hadisəsi 400 min ermənin iştirakı ilə keçirilir. Erməni diasporu bununla Sovetlər Birliyində Milli məsələlərin başlanğıcını qoydular. 1970-ci ildən isə erməni alimləri Zori Balayan, Abel Aqenbekyan kimi nüfuzlu ermənilərin fəaliyyəti 1988-ci ildə Azərbaycana qarşı açıq-aşkar təcavüzkar müharibənin başlanmasına səbəb oldu. Nəticədə Sovetlər Birliyi parçalandı və Ermənistan Respublikası yaradıldı.

Hazırda Rusiyadakı erməni diasporunda fikir ayrılığı var. Diaspor təşkilatları arasında rəqabət mövcuddur. Təbliğat və mədəni sahədə Rusiyada iş aparan ermənilər siyasi cəhətdən fəallıq göstərmirlər.

 

Rusiya XİN-nin Diplomatik Akademiyasının əməkdaşı T.Poloskova Rusiyadakı erməni diasporunun durumun aşağıdakı kimi izah edir.

1. Rusiyada erməni diasporu sosial və etnomədəni anlamda müxtəlif tərkiblidir. Yenidənqurmaya qədər Rusiyada məskunlaşan ermənilər ictimaiyyətə tam adaptasiya olunublar. Onlar isə 90-cı illərin mühacirlərinə münasibətdə bir qədər ehtiyatlı davranırlar. Eyni zamanda Ermənistandan olan ermənilərlə digər MDB erməniləri arasında icmadaxili münaqişə var. Bakı, Kiev, Moskva erməniləri Ermənistanın hazırkı xarici siyasətini pisləyirlər.

2. Uzun müddət Rusiyada yaşayan və artıq adaptasiya olunan ermənilər ümumerməni məsələsində külli-miqdarda vəsait xərcləməkdən çəkinirlər. Yalnız iqtisadi məsələlərdə onlar lobbiçiliyə əl atırlar.

3. Rusiyada erməniləri birləşdirici diaspor-partiya münasibəti və mübarizəsi yoxdur. Bu rolu öz üzərinə götürən Daşnaksütyun, Hnçak, Ramkavar partiyalarının şəbəkə strukturu yoxdur.

Hal-hazırda erməni diasporunda ikili fəaliyyət mövcuddur. Bir qrup passiv, iqtisadi maraqlar güdən və Assimilyasiya olunmuşlardır. Onlar Ermənistanın və ümumerməni işinin apardığı siyasətin əleyhinədir. Türkiyə ilə sıx əlaqələri olan bu qrup “soyqırım” məsələsinin çürüdüyünü bildirirlər.

İkinci qrup isə əsasən 90-cı illərin mühacirləri vətənpərvərlik, odlu çıxışlar edir, erməni işinə yeni çalarlar gətirilməsini tələb edirlər. Romantizm hissələrini yersiz hesab edərək, bu qrup yaşlı təbəqəni passivlikdə ittiham edirlər.

Erməni diasporunun Rusiyadakı təşkilatlarından: “Moskva Ermənilər Birliyi”, “Erməni Gənclər Mərkəzi”, “Beynəxalq Erməni Tələbələr Birliyi”, “Rusiya Erməni Əlaqələr Mərkəzi”, “Rusiya-Erməni Dostluq Federasiyası” ilə yanaşı “Erməni ailəsi”, “Erməni xəbərləri” və digər qəzetləri nəşr olunur. Ermənilərin Rusiyanın ziyalı, siyasi və ictimai xadimləri ilə tez-tez görüşləri keçirilir. Bu cür görüşlərdə ermənilərin Rusiyadakı durumu, lobbiçilik fəaliyyəti, uydurma “soyqırım”, Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunur.

Kriminal qrupların çoxunu yüksək çinli ermənilər himayə edir. Onların biznesləri güclü inkişaf edir və Moskva erməniləri azərbaycanlılarla əlaqələr qurmaqla müharibə barədə danışmırlar.

Erməni diasporunun yayılma coğrafiyası

Amerika Birləşmiş Ştatları – Dünya ermənilərinin ən güclü dayaqları və fəaliyyətinə görə aktiv hesab olunan diasporu ABŞ-da yerləşir. Hərtərəfli fəaliyyətlərinə görə Amerikada 10 əsas etnik qrupdan biri və lobbiçiliyə görə 5 əsas lobbi qrupuna malik olan erməni diasporunun keçdiyi yol çox maraqlıdır.

Ermənilərin Amerika ilə tanışlığı 1810-cu ildən başlayır. Amerika ilə Türkiyə əlaqələri inkişaf etdikcə zəngin erməni tacirləri hissə-hissə Amerikaya köçməyə başladılar. Ermənilərin Amerikaya köçməsini isə missioner təşkilatlar təşkil edirdi. İlk əvvəllər ziyalı və varlı təbəqədən sonra erməni gəncləri və uşaqları bu ölkədə yaşamaq, təhsil almaq üçün mühacirət edirlər.

Ermənilərin Amerika vətəndaşlıq alması digər etnik qruplardan daha asan olurdu. 1840-cı ildə Amerikanın nüfuzlu universitetlərində erməni gənclər təhsil alırdılar. Onlar xüsusi olaraq Nay Tah-ümumerməni məsələsi üçün hazırlanırdılar. Məhz bu ermənilər gələcəkdə Türkiyədə və Qafqazdakı qırğınların təşkilatçıları idilər.

1840-1910-cu ildə tərkibi ziyalı, tacir, həkimlərdən ibarət 10 min erməni Amerikada qeydiyyatda idi. 1915-ci ildən sonra Amerikaya axını güclənən ermənilər onlara yaradılan şəraitdən istifadə edərək diasporlarını formalaşdıra bildilər.

Bu tarixdə 25 min erməni Amerikanın Qərb sahillərində məskunlaşdı. Ölkə prezidenti Vudra Vilsonun ermənilərə xüsusi rəğbəti var idi və bu rəğbət onun anti-türk baxışlarından yaranmışdır.

1924-cü ilə Amerika mühacirlər üçün sərt qoşunları qəbul edən tarixə qədər burada 200 minə yaxın erməni qeydiyyatda idi. 1965-ci ildə isə artıq bu say 400 minə çatmışdır.

1965-ci ildə Liberal mühacirət qanunlarının qəbul olunması ilə digər etnik qruplar kimi ermənilərin də bu ölkəyə axını başlandı. Yaxın Şərq və Rusiya bölgəsindən Amerikaya gələn ermənilər burada qüvvətli diaspora tərəfindən qarşılanır, işlə və evlə təmin olunurdu. Bir-birlərilə sıx əlaqə quran ermənilər diasporun qüvvətlənməsi istiqamətində işlərin cəmləşdirdilər. Əlaqələndirici rolunda isə erməni kilsəsi çıxış edir. Kilsə burada ümumerməni fonduna rəhbərlik edir, maliyyə toplanmasını təşkil edir, ideoloji iş aparır.

Maccarycentc Armenian Evangelical Churchov martyrs, 1889-cu ildə Rod-Aylender Armenian EUPN Rates Evangelical Church və s. ilə daim əlaqə saxlamaqla lobbiçilik fəaliyyətində “xeyir-dua” alırlar.

Bura məktəblərin açılması, kitabxanaların qurulmasını da daxil etmək olar.

Amerika erməniləri milli komitəsi Amerikan erməni assambleyasına nisbətən daha çox nümayəndəlik və ofis şəbəkəsinə malikdir. Hər iki təşkilatın mənzil qərargahları Vaşinqtonda yerləşir həmçinin onlar Yerevanda və Xankəndində də ofislərə malikdirlər.

AEMK ABŞ–ın 25 ştatında 45 filiala malik olmaqla yanaşı iki  regional ofisə malikdir, bunlar Qərbdə Qlendeyl (Kaliforniya) və Şərqdə Utertaun (Massacusets) şəhərlərində yerləşən ofislərdi.

Bu təşkilatın Fransada, Böyük Britaniyada və İtaliyada da nümayəndəlikləri fəaliyyət göstərir, bir müddətdir ki AEMK Avropa Birliyi nəzdində nümayəndəyə də malikdir.

Erməni assambleyası mənzil qərargahdan savayı, Beverli Xillzdə (Kaliforniya) regional ofisə malikdir, bundan əlavə Kembridjdə “Erməni ağacı” layihəsi ilə məşğul olan kiçik ofis və Nyu-Yorkda BMT ilə bağlı olan məsələlərlə məşğul olan ofis fəaliyyət göstərir.

Amerikanın erməni assambleyası  özündə 10000 üzvü birləşdirərək üç milyon beş yüz min dollarlıq illik büdcəyə malikdir.

Hər iki təşkilat müxtəlif gənclər təşkilatlarının, mətbu orqanların və institutların təsisçisidir.

AEMK aylıq “Zaqafqazye xronoloqiya” dərgisini dərc edir. Həmçinin, «Hairenik» və «Armenian weekly» qazetləri ilə yaxın əlaqələrə malikdir. Daşnaksütyun həftəlik «Azbarez» dərgisini nəşr etdirir.

Erməni assambleyası «Massis Weekly», «Armenian Liberty», «Snark New Agency» və «Armenian News» kimi KİV-lərlə yaxın əlaqələrə malikdir.

1982-ci ildə Kembridjdə Zoryan institutu (Zoryan Institute) təsis edilir, bu institut Ermənistanın, erməni diasporunun və qondarma soyqırımın tədqiqi ilə məşğuldur.

1997-ci ildə Erməni assambleyası qondarma soyqırımı daha yaxşı tədqiq və təbliğ etmək üşün “Erməni milli institutunu” (Armenian National Institute) təsis edmişdir.

Kilsənin başçılığı altında fəaliyyət göstərən Erməni diasporu istənilən məsələni öz xeyrlərinə dəyişə bilər. Erməni diasporunun gücü isə 2003-cü ildə məlum oldu. Ədliyyə Nazirliyinin Ermənistanı terroru dəstəkləyən dövlətlər sırasına aid etməsi lobbini hərəkətə gətirdi. Nəticədə nazirlik öz qərarını dəyişməli oldu. Erməni diasporu sayəsində hər il ABŞ Ermənistan üçün külli miqdarda maliyyə yardımı ayırır. Amerikada erməni diaspor təşkilatlarının fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Diaspor təşkilatların lobbiçilik fəaliyyətilə yanaşı, mədəni, elmi, ictimai işlərlə məşğul olurlar.

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

KarabakhİNFO.com

 

 

23.05.2013 12:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*