Azərbaycanca

Erməni dilində təhsil alan türk tələbəsi ermənilər haqda nələr dedi?

15.07.2013 | 14:22

1373893131_1–         Bu ixtisası seçməyim bu sahə üzrə Türkiyədə mütəxəssis azlığı ilə əlaqədardı. Məlumdur ki, Türkiyədə çoxlu sayda erməni yaşasa da erməni dili üzrə mütəxəssis çox azdı və mən qərara gəldim ki, bu sahəni seçim. Düşünürəm ki, biz bu yolla ölkəmizdə yaşayan və zaman-zaman müəyyən iddialarla çıxış edənlərin niyyətini elə onların öz dilində öyrənmiş olarıq. Bunun daha məqbul olduğunu fikirləşirəm.

–         Universiteti bitirdikdən sonra hansı istiqamət üzrə çalışmağı düşünürsünüz?

 

–         İxtisasımı daha da təkmilləşdirmək və universitetdə qalıb elmi fəaliyyətimi davam etdirməklə məşğul olmaq istəyirəm.Bayaq da qeyd etdiyim kimi, məncə bu sahə üzrə kadr azlığı var.

 

–         Ermənistan-Türkiyə münasibətlələri, eləcə də Ermənistanın Azərbaycana təcavüzü barədə yəqin ki, məlumatlısınız…

 

–         Əlbəttə. Düzdür, bu bir qədər siyasi mövzudu. Amma ermənilərin törətdiyi faciələr var ki, onları bilməmək ayıbdı. Məsələn, Xocalı soyqırımını tanımamaq mümkün deyil.

 

–         Ermənilər zaman-zaman türklərə qarşı qondarma iddialarla çıxış edib. Bu barədə fikirləriniz maraqlı olardı…

 

–         Ermənilər bütün dövrlərdə Türkiyəyə qarşı torpaq iddiasında olub. Amma Türkiyədə çoxlu sayda erməni yaşayır və düşünürəm ki, belə bir vəziyyətdə onların torpaq iddiasına düşmələri yersizdi. Bundan başqa, ermənilər qədim tarixilərinin belə, başqa millətlərin tarixindən daha qədimlərə gedib çıxdığını deyirlər. Məgər bu belədirmi ki? Başqa xalqlara məxsus dəyərlər var ki, ermənilər onları öz adlarına çıxmaqla məşğuldular. Bu doğru bir gediş deyil. Amma təəssüf ki, ermənilər bu üsulla özlərinə maraqlı olan hər şeyi mənimsəməkdən çəkinmirlər.

 

Zaur Qəriboğlu

Türkiyə – Kayseri

 

“KarabakhİNFO.com”

 

Erməni dilində təhsil alan türk tələbəsi ermənilər haqda nələr dedi?Erməni dilində təhsil alan türk tələbəsi ermənilər haqda nələr dedi?

 

 

 

15.07.2013 14:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*