Azərbaycanca

Erməni diplomat öz dövlətinin xarici siyasətini tənqid edib

24.07.2014 | 12:37

10544959_607491936030960_218413330_nRuben Karapetyan: “Ermənistanın təhlükəsizliyi ciddi şübhə altındadır”
“Ermənistanın beynəlxalq nüfuzu, çəkisi yoxdur. Bu vəziyyət Qarabağ məsələsinin həllinə də təsir edir. Ermənistanın xarici siyasətinin, diplomatiyasının son illərdə etdiyi kobud səhvləri düzəltmək üçün bizə on illər lazımdır”. Bu fikirləriErmənistanın məşhur diplomatı, səfir statusu daşıyan, tarix elmləri doktoru Ruben Karapetyan erməni mətbuatına verdiyi müsahibəsində deyib.

 

 
R.Karapetyan  Ermənistanın xarici siyasət kursunu ciddi şəkildə tənqid edərək bildirb ki,daxili siyasətin ağırlığı xarici siyasəti də yükləyir: “Nəzərə almaq lazımdır ki, Ermənistan ciddi çağırışlar, təhlükələr qarşısındadır. Biz elə xarici siyasət həyata keçirməliyik ki, iqtisadi münasibətlərimizi inkişaf etdirə bilək. Amma Ermənistanda olan monopoliya bu istəyimizi reallaşdırmağa imkan vermir. Bu sahədə özümüzü aldatmaqla məşğuluq, başqa heç nə yoxdur. Xarici siyasətin əsas prinsipi müstəqillik, müstəqil qərar qəbul etməkdir. Bu isə bizdə yoxdur”.

 

 

Diplomatın fikrincə, Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında olmadığı kimi, sərbəst şəkildə daxili siyasət də həyata keçirə bilmir: “Təsəvvür edin ki, bir dövlətin daxili siyasətinə başqa bir dövlət nəzarət edir, bütün iqtisadi və siyasi rıçaqlar həmin dövlətin əlindədir. Hansı müstəqil xarici siyasətdən danışmaq olar? Heç bir dövlət Ermənistana investisiya yatırmaq istəmir. Doğrudur, ölkəmiz blokada şəraitində yaşayır, kommunikasiya əlaqələri yox dərəcəsindədir. Amma daxili siyasəti böhran vəziyyətində olan Ermənistanın xarici siyasəti də dərin sistem böhranı keçirir. Ölkənin xarici siyasəti ona qarşı yönələn təhdidlərə, çağırışlara cavab vermək iqtidarında deyil. Sentyabrın 3-də baş verənlər Ermənistanın xarici siyasətindəki böhranın bariz nümunəsidir”.

 

 

 

Heç bir müstəqil xarici siyasət kursunu həyata keçirən dövlət 4 il Avropa İttifaqı ilə danışıqlar apardıqdan sonra bir gecədə fikrini dəyişməz. Elə bunun nəticəsidir ki, Ermənistanın təhlükəsizliyi ciddi şübhə altındadır: “Bizim müttəfiq dediyimiz dövlətlər Azərbaycana müasir silahlar satır. Amma tərəfdaşlarımız, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarımız Ermənistana hücum olanda belə, susurlar. Bir sözlə, Ermənistan çox zəif dövlətdir. Hərçənd Rusiya ilə bizim dərin hərbi-strateji əlaqələrimiz var. Amma biz Moskvadan heç bir bəyanat eşitmirik. Bu, bir daha bizim xarici siyasətin nə qədər aciz olduğunu göstərir. İqtidar tez-tez bəhanə edərək deyir ki, müharibə vəziyyətindəyik. Qarabağ problemi var və s. Problem bunlarda deyil, problem Ermənistanın effektsiz xarici siyasətindədir”.

 

 

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

24.07.2014 12:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*