Azərbaycanca

Erməni diversantının meyiti ölkəsinə təhvil verilib

10.10.2014 | 15:07

Red_Cross_Azerbaijan_140612_2Azərbaycanda dünyasını dəyişən erməni diversantın meyiti ölkəsinə təhvil verilib.

 

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verilən məlumata görə, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 7 avqust 2014-cü il tarixdə Respublikanın ərazisində saxlanan və 8 avqust 2014-cü il tarixdə saxlanma yerində qəflətən ölən Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşini qarşı tərəfə qaytarıb. Proses 10 oktyabr 2014-cü il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində baş tutub.

 

 

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

 

 

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilib.

 

 

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub.

 

 

 

“KarabakhİNFO.com”

 

 

10.10.2014 15:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*