Azərbaycanca

Erməni diversantları iki istiqamətdə hücuma keçib

26.07.2014 | 08:25

doyusMüdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

 

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

 

“KarabakhİNFO.com”

26.07.2014 08:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*