Azərbaycanca

Erməni fədaizmi və terrorizm

22.05.2013 | 13:40

1369214838_qa3Fədai (ərəb. الفدائي‎‎, əsli “fidai”dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrində işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. Ermənilər də bu kəlməni işlədirlər.   Ehtimal ki, kəlmə ərəbcədən türkçeye, oradan da ermənicəyə keçmişdir.  Erməni alimi Hraçya Acaryanın  erməni dilinə keçmiş türkçe sözlərlə bağlı çalışmasında  bu kəlməyə də rast gəlinir. Yeri gəlmişkən, deməliyik ki, erməni dilinə Türkçədən 10 minə yaxın kəlmə keçmişdir. Onun 4200- dən çoxunu Acaryan Türkoloji qurultayda bəyan etmişdir. Fədai də bu sırada olan kəlmələrdən biridir.

 

 Həmçinin “Fētahi” və ya “Fedayee” (ermənicə Ֆետայի) eyni zamanda  kamavor ( կամավոր), “könüllü” anlamına  da  gəlir.   Hay Fedayi kimi tanınan qeyri-qanuni  silahlı dəstələr, hərbi briqadalar erməni tarixində xüsusi rol oynayır.  Fədai silahlı dəstə yaratmaq üçün ailələrinin tərk edən mülki erməni idi. Erməni fedayisi  (فدائيون Fedayee – ərəb) “həyatını qurban verməyə hazır olan” bir könüllüdür .  Fədai ermənilər  nəzarətdə olmayan  cinayətkarlardan ibarət qruplar halında  dağda-daşda dolaşmış və kənd-kənd gəzərək,  qəsəbə və şəhərlərə girərək talançılıqla məşğul olmuşlar. Osmanlı İmperiyasında II Əbdülhamid  dövründə   onlar yayğın olmuşlar.

      Fədailik inancdır, bilgi yerinə inancı önəmli sayan,  onun yerinə qoyulan düşüncələrin ümumi adıdır. Onlar Erməni xalqının mübarizəsində ölməyə and içərək ən ağır döyüşlərə sorğu-sualsız gedən könüllülərdən ibarər terrorçulardı.

Fədaizm qarşısına  sosial, milli, həm də azadlığa nail olmağı qoyur. Fədai spirtli içkilər içməklə dağ dərələrdə dolaşır ,  insanların əllərindən hər şeyini alır və onları fedaizmə yardım etməyə məcbur edirdilər. Erməni xalqı  fədailərə mahnı  həsr edir , onları tərifləyirdilər.  Şair və yazarlar  D. Varuzhan, H. Tumanyan, A. Isahakyan və  başqaları onlara əsərlər həsr etmişlər. H. Daştents ” Əkinçinin  çağırışı” adlı kitabını fədailərə həsr etmişdir.  Fədailərin həyatına erməni rəssamlarının rəsmləri də  həsr olunub. Fədailiyə  Ermənistan milli partiyaları fəal yardım etmişlər.

  Fədailər İlk erməni legioner birliklərinin təşkil olunmasında da  rol oynamışlar.

 İlk Erməni legionlarından olan Fransız legionunnu da əsas hədəfi Osmanlı dövləti idi.  (Fransızca: La Légion Arménienne ), ilk adı: Şərq legionu, La Légion d’Orient), Musa  Dağı ermənilərini  müqavimət göstərməsini  planlayan Şərq Lejyonu içərisində  ermənilərin yanında Müsəlman və Xristian Suriyalılar və Livanlılar da yer almışdılar.

 Erməni Fədai legionu I Dünya  Müharibəsi əsnasında, 1916-cı ildə Fransız ordusunu dəstəkləyən bir güc olaraq yaradılmışdır. Fransızlar Amerikaya daha əvvəldən yerləşmiş erməniləri və suriyalıları da birliklərə almaq istəsələr  də buna  tam müvəffəq olmamışlar.

 Bu Fədai Birliyi 1918-ci ildə Mondros Müqaviləsindən sonra fransızların yanında  Kilikiya bölgəsinin işğalına qatılmışdır. Türk xalqına şox böyük  faciələr yaşatmışlar, qırğınlar, dağıntılar, yağmalamalar törətmiş  və oğurluq etmişlər. 1920-ci il  Yanvar ayının ilk günlərində Henri Gouraud  Parisə çəkdiyi telegrafında Şərq legionunun bağlanılması lazım olduğunu söyləyərək erməni fədailərinin azğınlığından şikayət etmişdi. Lakin  Baş nazir Georges Clemenceaunu  buna razılaşdıra   bilməmişdi.

Erməni legionu 10.150 əsgərdən ibarət idi.  Antep’te 2.500, Maraş’ta 2.000, Urfada 1.000, Şarda (Tufanbeyli) 350, Saimbəylidə 1.500, Zeytunda (Süleymanlı) 500, Kozanda 300, Osmaniyə, Bağça və Haruniyedə 1.000, Adana və Mərsində 1.000.

20 Oktyabr 1921 tarixində TBMM Hökuməti ilə Fransa arasında imzalanan Ankara müqaviləsi ilə legion  ləğv edilmişdir. Bunu indiyə qədər də ermənilər Fransanın xəyanəti olaraq görürlər.  Bu fədai legionunu ləğvindən sonra onlar dünyanın müxtəlif yerlərinə dağılaraq antitürk fəaliyyətə start vermişlər.

Fədai  hərbi dəstələrini daha sonra II Dünya müharibəsi illərində SSRİ-yə qarşı vuruşmalarda görürük. Nasistlərlə  ermənilər, özəlliklə  daşnaklar arasındakı əməkdaşlığın ideoloji zəmini 1930-cu illərdə qoyulmuşdu. Almaniyanın o zamankı  İşğal Edilmiş Şərq Bölgələri naziri Alfred Rozenberq 1926-1936-cu illərdə Şərqşünaslıq İnstitutunun rəhbəri olan Dr. Artaşes Abegyana ermənilərin antropolojisini və tarixini araşdırmaq üçün  bir komitə qurmağı tapşırmışdı. Təbii ki, bu fürsəti ermənilər əla dəyərləndirmişdilər.  Dərhal hesabat verilmişdi ki, onlar almanlarla eyni irqdən gəlirlər. Komitənin 1934də qurulmasından beş ay sonra Rozenberq Hitlerə ermənilərin  almanlarla eyni irqdən-ari irqdən gəldiyini göstərən bir hesabat təqdim etmişdi.

 Bu arada faşist erməni gənclik təşkilatları da quruldu. Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı  olan “Tsegakron” un ( bundan geniş bəhs ediləcək-Q.Ç.) üzvlərindən  ibarət döyüşçü qruplar yaradıldı. “Tsegakron”, II Dünya  Müharibəsi üçün  dünyadakı bütün erməniləri  nasistlərlə əməkdaşlığa çağırdı. Bir çox tarixçi, bu təşkilatı ermənilərin “Hitlerjugend” i olaraq xarakterizə etməsi çox doğrudur. Bu işdə almanlara yaxın olan ikinci bir qeyri-alman təşkilatı olmamışdı. I. Dünya  müharibəsi zamanı  və ondan  sonra Türkiyəyə qarşı döyüşən və müsəlman əhaliyə  divan tutan general  Drastamat Kanayan (Dro) da 15 dekabr 1942-ci ildə Erməni Milli Komitəsini qurdu. Komitənin məqsədi, Avropadakı erməniləri Alman iqtidarı nəzdində təmsil etmək idi. Bu komitə, II. Dünya  Müharibəsi zamanı ermənilərin SSRİ əleyhdarı və Alman tərəfdarı təbliğatının mərkəzi oldu. 1944-cü ilin  fevralında Rozenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı da qurulmuşdu.

1943-cü ilin aprelin sonunda  erməni hərbi qrup, müstəqil bir status qazandı. Qrupun başında olan Dronun köməkçisi Kuro (Nikolay Tarxanyan), qərargah rəisi  isə Tiqran Bağdasaryan idi. Kəşfiyyat və təxribat hərəkətlərindən məsuliyyəti Misak Torlakyan  öz  boynuna götürmüşdü. AG-114 casus qrupu da daşnak Ermənistanının (1918-1920) ordusunun mənsublarından ibarət idi.

Daşnakların nasistlərə  əhəmiyyətli xidmətlərəndən biri də Sovet  arxa cəbhəsində və işğal bölgələrində təbliğat fəaliyyətləriydi. Bu qrupların birinin başında məşhur daşnak lideri Seton Celalyan’ın SS zabiti olan oğlu Nikolay Gevorkyan (Doktor Sikorskiy, Gevorkov) dururdu. İşğal bölgələrində erməni əhalinin arasına agentlərini yerləşdirərək  kəşfiyyat fəaliyyəti göstərirdilər. Almanlara görə ermənilər millət olaraq kəşfiyyatçılığı yaxşı bacarırdı.  Bütün Qafqazda almanlar onların verdiyi məlumatlardan yararlanırdilar. Yəhudilərin aşkar edilməsində və almanlara təhvil verilməsində ermənilərin çox xidməti olmuşdu. Əsirləri də testdən keçirərək yəhudi olduğunu belə təsbit etmişlər. Özünü erməni olaraq təqdim edən və bununla ölümdən xilas olmaq istəyən yəhudi əsirə  ermənicə  kitab və ya İncili  verərək  gerçək milliyyətələrini öyrənir və onların erməni olmadığını və yəhudi olduğunu bildirirdilər.

“Dromedarçılar” (onlar, fədailər  belə adlandırılırdı) yeni tip bir Alman uniforması geyirdilər. Silahları isə qarışıqdı. (Alman və Sovet istehsalı) Generalından əsgərinə qədər  bu qrupda iştirak edən hər kəs, hərbi formasının  sağ qolunda Daşnak Respublikasının üç rəngiylə “Armenien” yazısı olan bir gerb daşımaq məcburiyyətində idi. Əvvəllərdə  daşnak legioner  gerblərində  Ararat -Ağrı Dağı fiqurunu və ya Daşnak Ermənistanının dövlət simvolunu da istifadə edirdilər. Ermənilər üçün xüsusi məktəblər qurmuşdular. Bu məktəblərdə uşaqlara 3-cü Reyxin himayəsində qurulacaq “Böyük Ermənistan”ın təbliğatını aparırdılar.

 Erməni təşkilatı EMK üzvləri   alman işğalı altında olan Krımda çox fəal idilər. Erməni  Komitənin fəaliyyəti Krımın alman rəhbərliyi tərəfindən də dəstəklənirdi. Yalnız ermənilərin, almanlar və könüllülərin ailələrinin gedə biləcəyi kafelər, restoranlar açmışdılar, yalnız ermənilərin gedə bildiyi xəstəxanalar qurmuşdular.

Komitə, digər tərəfdən faşist -alman ordularının ehtiyacları və erməni könüllü birlikləri üçün erməni əhalidən kömək də toplayırdı. Bu sahədə heç bir problem olmurdu, çünki erməni əhali də almanları dəstəkləyirdi. Bu , onu gçstərirdi ki, ermənilər kim güclü isə onun yanında olmaq xasiyyətini dəyişməmişdilər.  Dərhal təşkilatlanarak şeytanı belə müdafiə etmək bu millətin xarakterindən irəli gəldiyini yazan müəlliflər yanılmırlar.  Krımda Daşnakların başında olduğu EMK-si  “Azat Hayastan – Ազատ Հայաստան” ( Azad Ermənistan) və “Hay azq- Հայ ազգ” (Erməni milləti) adlı jurnallar çıxarmış, yarımadanın kişi əhalisini alman ordularının yanında döyüşməyə çağırmışdılar.( Eduard Abramyan, “Kavkaztsı v Abwehre”, İzdatel Bıstrov, Moskva, 2006.)

Erməni fədaizmi və terrorizm

      Ermənistanda ən məşhur fədailər kimlər hesab olunur?  Dünyanın qaniçən, terrorçu və qatil kimi tanıdığı şəxsləri onlar qəhrəman olaraq qələmə verirlər. Məs: Arabo (ermənicə Արաբո;  əsil adı Arakel -1863-1893) – erməni milli azadlıq hərəkatının   əfsanəsi adlarılır, ilk Fidailərdən  biridir. Onun adına Qarabağda bər terrorçu dəstə qurulmuş və Azərbaycan kəndlərinə girərək  xalqı qırmışdır. “Arabo” dəstəsi belə hücumların birində Azərbaycan ordusu tərəfindən məhv edilmişdir.

     Murad Sebastatsi (erm. Սեբաստացի Մուրադ) – erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. (1874 Sivas – 4 avqust 1918, Bakı).

XIX əsrin sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur.1904-cü il Sasun üsyanı zamanı Osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə Azərbaycan kəndlərinə hücum edir, kəndlər talan edilir,  keçdiyi  her yer yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1908-ci il “Gənc Türklər” inqlabından sonra erməni icmasının həyatında aktiv iştrak edir. 1916-cı ildə Ərzincanda erməni milli komitəsinə rəhbərlik edir. 1918-ci ildə azərbaycanlı ahaliyə qarşı qətliam törədən daşnaklara kömək etmək üçün Bakıya qəlir və avqustun 4-ü döyüşlərin birində qətlə yetirilir.

     Hovsep Arqutyan  (1863 – 1925) – erməni milli azadlıq hərəkatının görkəmli xadimi. Erməni soylu ailədən gəlir . Arqutyanov ( Arqutinsky-Dolqoruki) nəslindəndir, Cəlaloğlu kəndində məktəb müəllimi idi. 1880-ci ildə “Gənc Ermənistan” xalq hərəkatı  daxil olur və Daşnak Partiyasının qurucularından biridir.

Birinci Dünya müharibəsinde komandirlik edir. Azerbaycana ve Türkiyəyə qarşı vuruşlarda iştirak edir.  Birinci  Ermənistan Respublikası Milli Məclisinin üzvü (1918 – 1920)

     Armen Garo (Qaregin Pastırmaçıyan) (9 fevral 1872 – 23 mart 1923) – Ermənistanda erməni milli azadlıq hərəkatının lideri sayılır, milli qəhrəman hesab olunur. 1891-ci ildə  bu erməni fədai 1894-cü ildə, o, Nancy Universiteti (Fransa) Kənd Təsərrüfatı  fakültəsinə girmişdi. Sonra Erməni İnqilabçı Federasiyası – Daşnaksütyuna  qatıldı. Zeytun qiyamının (1895) başlanması ilə özünü zeytunlularin haqqını,  müdafiəsini təşkil  etmək , kömək etmək üçün partiyası tərəfindən Misirə göndərilir. Armen Garo təxəllüsünü də bu tapşırıqları yerinə yetirərkən alir. Zeytundan sonra İstanbula göndərilir. 1896 avqustun  26-da  daşnaklar ona  daha bir tapşırıq verirlər.  İstanbulda Beynəlxalq Osmanlı Bankını ələ keşirmək əməliyyatında iştirak edir. Bu aksiya ilə erməni  məsələsinə dünyanın diqqətini cəlb etmək nəzərdə tutulmuşdu, Garo, Babken Sani ilə yanaşı, əməliyyatın təşkilatçılarından biri idi. Hücum 13-00-da  edilməli idi. Garo  fəaliyyətə başlamazdan 10 dəqiqə əvvəl bank gəldi. Onun əsas vəzifəsi bank işçiləri və qonaqları  girov almaq və onların   qaçmasının qarşısını almaq idi. Babken Saninin  ölümündən sonra, Garo bir qrupla buna  rəhbərlik etmişdir. 27 avqustda bu  daşnak  Rusiya səfiri Maksimovun yardımı  ilə Marsilyaya getməsi  üçün Fransız gəmisi tərəfindən buraya qəbul edilmişdir. Garo Fransada öz təhsilini davam etdirmək niyyətində olmuşdur,  oradan İsveçrəyə getmiş  və EİF- Daşnaksütyunla  ilə sıx əməkdaşlığını  davam etdirmiş və  Cenevrə Universitetinin təbiət elmləri fakültəsində təhsilinə davam etməşdir. O, Misir Komitəsi nümayəndəsi kimi 1898-ci ildə Partiyanın II qurultayında iştirak etmişdir. 1900-ci ildə Kimya elmləri doktoru adını alaraq 1901-ci ildə  Tiflisdə bir kimyəvi laboratoriya qurmuşdur. 1908-ci ilə  Gənc Türklərin  inqilabından sonra o, Ərzurumdan Türkiyə parlamentinin üzvü seçilmişdir. II Dünya müharibəsi zamanı o, artıq xəstə idi,  bununla belə , rus ordusunda erməni könüllü dəstələrinin  formalaşmasında fəal iştirak etmişdir. 1917-ci ildə bütün ermənilərin katolikosunun  nümayəndəsi kimi ABŞ göndərilmişdir. ABŞ-da  Ermənistan Respublikasının səfiri ” Nemezis” Əməliyyatnın rəhbəri  olmuşdur. Türkiyənin Şərqi Anadolu ərazilərində başlatdığı terrorist fəaliyyətlərini davam etdirmişdir. Bu peşəkar terrorçuluq ustası “Niyə Ermənistan azad olmalıdır?” (Boston) adlı  kitabın müəllifidir.

Erməni fədaizmi və terrorizm

      Ağbyur Serop (ermənicə  Սերոբ Աղբյուր), Serop Vardanyan (erməni Սերոբ Վարդանյան), həmçinin Serop Paşa (1864 – 1 Noyabr 1899) – kimi tanınan 1890-larda  ən görkəmli  fədailərdəndi. Bitlis vilayətində  anadan olmuşdur. 1891-ci ildə, iki kürd aşirəti ilə  ilə toqquşmasından  sonra Rumıniyaya qaçır,  qətl etdiyi adamın tərəfdarları tərəfindən təqib olunduğundan tez- tez yerini dəyişir. Sonra  İstanbula yerləşir. Daşnaklara qatılır. 27 nəfərlik  qrupla  1895-ci ilin sonunda  Şərqi Anadoluya qayıdır və türklərə qarşı silahlı mübarizəyə  başlayır. O da bir quldurdur. Çete başkanıdır.  Kürd ağalardan olan Bşare Halil tərəfindən öldürülür.

      Vardan Xanasori (Sarkis Mehrabyan) (ermənicə Սարգիս Մեհրաբյան) (Dağlıq Qarabağ anadan olub  – 1943, Moskvada ölüb ) – EİF- Daşnaksütyunun  ən görkəmli çete  komandirlərin biri olmuşdur.Partiyanın silahlı üsyanla Türk hakimiyyətinə zərbə vurmaq planını yerinə yetirmək tapşırıqlarını yerinə yetirməkdə usta idi, partiya fəaliyyətini əsasən Azərbaycanda aparırdı . “Vardan”onun  partiya təxəllüsü idi.

      Gevork Çauş (ermənicə  Գեւորգ Չաուշ; əsl adı Gevorg Kazaryan (1870 və ya 1871 – 1907) – erməni separatçılığının öncülü , məşhur fədai liderlərindən biri olmuşdur.

Gevork Sasunda (Osmanlının  Bitlis vilayəti) anadan olub. Atası Sasunun tanınmış ovçusu idi. O, Muşda Karabet Əziz monastır məktəbində təhsil alıb. Atası oğlunu  bir rahib etmək istəyirdi, lakin Gevorg  pul qazanmaq və silah almaq üçün monastırdan  dörd illik  məzuniyyət götürüb və Hələbə getmişdi. Ərəblərin üsyanşı dəstələrinə  qatılmışdı. Döyüşlərin  birində Çauş polis zabitini  öldürmüş, 15 il həbs cəzasına məhkum edilmişdi. 1896-cı ildə, Muşda həbsxanadan qaçmış  və o  bir qrup ərəblə Ağbyur Seropun dəstəsinə qatılmışdı, sonra  Sasuna getmişdi. Daşnaktsutyunun  üzvü idi. 1899-cu ildə Ağbyur Seropun öldürülməsi, onun vətən xaini olması onun çox ziddiyyətli şəxs olduğunu göstərən amillərdir.1904-cü ildə ikinci Sasun üsyanı zamanı cənub sektorunda  komandir idi. 1907-ci ildə vəfat etmişdir.

      Drastamat Martirosoviç Kanayan (ermənicə Դրաստամատ Մարտիրոսի Կանայան)

” Dro” (Դրո) kimi tanınan (1883 – 1956)  erməni siyasətçi və sərkərdədir. O, İqdırın  Sürməli əyalətində (Türkiyə)  anadan olmuşdur. 1902-ci ildə İrəvanda Rus məktəbini bitirib, Pyatiqorsk hərbi Akademiyasına daxil olmuşdur. 1903-ci ildə daşnak partiyasına daxil olarak Bakıda 1905 qırğınlarında fəal olmuşdu. Azərbaycanda çox qanlar tökmüşdür. Ermənilər onun qətllərinə hər zaman haqq qazandırmışlar

Birinci Dünya müharibəsi zamanı o, Qafqaz cəbhəsində döyüşlərdə iştirak etmiş, Rusiya ordusunun 2-ci erməni könüllü briqadasına rəhbərlik etmişdir. Van döyüşlərində də komandir o idi. 1917-ci ilin sonunda  o komisar təyin olunmuşdu. 1918-ci ildə Ermənistan-Türkiyə müharibəsi zamanı döyüşlərdə də fəal iştirak  edərək erməni qoşunlarına  komandanlıq etmişdi.

Noyabr 1920-ci ildə Ermənistan Respublikasının  hərbi naziri təyin edilib. Ermənistan müstəqil sosialist respublika elan edilərkən  2 dekabr 1920-ci ildə Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında müqaviləyə əsasən  Dro Ermənistan aralıq İnqilab Komitəsinin sədri təyin edilib. Lakin 1920-ci ilin  dekabrın əvvəllərində Ermənistan İrəvan İnqilab Komitəsinin  qərarı ilə razılaşmayıb və Dro İnqilab Komitəsinin üzvlüyündən istefa verib. 1921-ci ilin  fevralında Sovet rejiminə qarşı üsyana qoşulmuş və qiyamın sonrasında  xaricə köç etmişdir. Sonrakı illərdə o Livanda, daha sonra Rumıniyada yaşamışdır.

İkinci Dünya müharibəsi zamanı Qaregin  Njde ilə  birlikdə  sovet ordusuna qarşı almanlarla əməkdaşlıq etmişdir. Avropada yaşayan erməni məhbusların Legionunu  qurulmasında iştirak etmişdir. 8 Mart 1956-cı  ildə Beyrutda (Livan) vəfat edməş O, Bostonda (ABŞ) dəfn edilmişdir.

       Metsn Murad  (Hambarsum Boyacıyan -1867- 1915) – erməni fədai, hayduk, Açin (Kilikiya) şəhərində anadan olmuşdur. İstanbula bir tələbə kimi gedən Murad Hnçakyan partiyasının üzvü olmuş və 1890-cı ildə Qumqapı  nümayişinin liderlərindən biri idi.  Bu hadisədən sonra Murad Fransaya , Yunanıstana oradan da  Amerikaya qaçmışdır.

1893-ci ildə Sasun erməni sakinlərinə yardım təşkil etmək adı ilə  Qafqaza  getmiş, bir il sonra isə Andranik ilə birlikdə 1894-cü il Sasun üsyanını təşkil etmişdi.Və daha sonra  Murad həbs edilmişdir.  O, 101  il həbs cəzasına  məhkum olunaraq  Trablusdakı  bir həbsxanaya göndərilmişdi,  1905-ci ildə o Hnçakyan Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilmişdir. 1906-cı ildə partiya dostlarının  köməyi ilə  həbsxanadan qaçmış, 1908-ci ildə Gənc Türklərin qələbəsindən sonra İstanbula dönmüşdü. Adana millət vəkili seçilmişdi , lakin 1915-ci il aprelin 24-də   üsyanda əli olduğuna görə o da 234 nəfər erməni komitəçisi ilə birlikdə sürgün edilmişdi.

      Sebastatsi Murad (Murad Xrimyan, başqa adı Hakobyan, 1874 -1918 Ən fəal fədailərdən biri idi, Ermənistan milli qəhrəmanı sayılır. Bir yoxsul kəndli ailəsində, Kovtun kəndində anadan olmuş, işləmək üçün İstanbula getmişdir. Əvvəlcə Hnçak partiyasına, sonra daşnak partiyasına qoşulmuş, 1890 –cı illərin  əvvəllərində erməni nümayişlərində iştirak etmişdir.

1904-cü ildə Sasun üsyanı zamanı görkəmli rol oynamışdır. Üsyanın yatırılmasından  sonra Vanda fəaliyyət göstərən fədai qruplarına daxil olmuş və Türk hakimiyyətinə qarçı mübarizəsini davam etdirmişdir.

1905-1906 qırğınları zamanı   Zəngəzur Müdafiə  qərargahının rəhbəri təyin edilib və Kafanda azərbaycanlıların məhv edilməsində iştirak edib .

 1918-ci ildə Qafqaz Cəbhəsinin süqutundan sonra, Erzincanda  türk əhalinin soyqırımına rəhbərlik  edib və yerli erməni əhalisinin evakuasiyanı təşkil edib. 4 avqust 1918-ci ildə Bakıda öldürülüb.

      Arşak Nersisyan (ermənicə  Արշակ Ներսիսյան 1872 – 1940) -Hnçakyan partiyasının  liderlərindəndi, sonra  daşnak olmuşdur.Sasun  və  Muşda  Türklərə qarşı vuruşub.  Əsir düşüb.Murad Sebastatsi ilə birlikdə erməni qaçqınlarına maliyyə yardımını təmin etmək  üçün fond yaradıb. 1920-ci ilin mayında  silahlı qiyamın yatırılmasında iştirak edib. Ermənistan Respubliksı parlamentinin üzvü idi.

Erməni fədaizmi və terrorizm

      Hamazasp Srvantstyan (ermənice  Համազասպ  Սրվանձթյան) – XX əsrin erməni Fedai  hərəkatının aktiv iştirakçısıdır. O, 1873-cü ildə anadan olub 1921-ci ildə öldürülmüşdür.Van şəhərində anadan olmuşdur.  Gənc  yaşlarından o, inqilabi hərəkatda fəal iştirak etmişdir.

Hamazasp 1905-1906-cı illərdə  Erməni-Türk qırğınları zamanı  Şuşada çox qırğınlar törətmişdir. 1908-ci ildə daşnak liderləri ilə birlikdə çar hökuməti tərəfindən həbs olunmuş və 15 il Sibirə sürgünə göndərilmişdir. Lakin 1913-cü ildə xilas olmağı  bacarmış  və  Avropaya getmişdir və 1914-cü ildə İstanbula  gəlmişdir. Birinci Dünya müharibəsi zamanı, Hamazasp erməni könüllü silahlı  dəstəsinə rəhbərlik etmişdir. Bir çox döyüşlərdə iştirak etmişdir. Onun qəddarlığı xalq arasında bilinən bir gerçəkdir.

Fevral 1917-ci ildə Rusiya  tərəfindən  polis komandiri təyin edilib. Bakıda mart 1918-ci il qırğınlarının fəal iştirakçısıdır,  həmin ilin may ayında S. Şaumyan “Sovet hakimiyyəti qurmaq üçün”  onu Qubaya  göndərib. Və Quba şəhəridə daxil olmaqla  Quba rayonunun  122 müsəlman kəndi yandırmışdır,  ADR istintaq komissiyasına görə   bunları  məhz  Hamazaspın dəstəsi   törətmişdir.  2007-ci ildə Quba şəhərində stadionun tikintisi zamanı kütləvi məzar aşkar edilmişdir. Azərbaycan alimlərinin araşdırmalara görə  bu insan qalıqları 1918-ci  il qırğınları  zamanı Hamazaspın dəstəsinin törətdiyi cinayətlərdən biridir. 1918-ci ilin yay və payızında o, Qafqaz İslam Ordusuna qarşı ,  “Bakının  müdafiə döyüşlərində” iştirak etmişdir.  Bundan sonra Hamazasp İrana qaçmışdır. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra, o, Ermənistana qayıtmış  və tezliklə o  Yeni Bejazit bölgəsində erməni ordusunun komandanı təyin edilmişdir. 1920-ci ildə Türkiyə-Ermənistan müharibəsində iştirak etmişdir. Sovet hakimiyyəti 1921-ci ildə Hamazaspı həbs etmiş, həbsxanada İrəvanda kommunistlər tərəfindən edam edilmişdir.

      Andranik   Ozanyan  (ermənicə Անդրանիկ Թորոսի Օզանյան, 25 fevral 1865 – 31 avgust1927) – XIX əsrin sonu erməni separatçılıq   hərəkatının rəhbərlərindən biri hesab olunur . Bolqarıstan milli qəhrəmanıdır. Həmçinin hərbi lider kimi tanınan Andranik Ozanyan Şapin-Karahisarda (Türkiyə, Giresun vilayəti)  anadan olub. Baş fədailərdən olan Andranik çox böyük qırğınlar törətmiş və bu cinayətlərə cavab verəcəyindən qorxaraq  ABŞ-a qaçmış və orada da ölmüşdür. Qəbri Fransanın Per- Laşez qəbristanlığından 2000-ci ildə Ermənistana gətirilmişdir.  (  Ərtaflı bəhs ediləcəkdir – Qafar Çaxmaqlı)

      Fədailik Qarabağ savaşında da ermənilərin əsas ideolojisi halına gətirilmiş və bu adlarını çəkdiyimiz terrorçuların adına fədai dəstələri qurulmuşdur. ”Fədai, can fədai” adlı fədai mahnısı yenə populyar olmuşdur.  (Onun haqqında geniş bəhs edilmişdir- Qafar Çaxmaqlı).

1992-1994-cü illərdə  Qarabağ müharibəsi zamanı erməni  fədai dəstələrinin üzvləri  savaş meydanında idilər. Dünyanın hər yerindən fədailər – terrorçular Qarabağa axışıb gəlmişdilər. Ən məşhur fədai  Qarabağda öldürülmüş  beynəlxalq terrorçu  Monte Melkonyan idi. Onun da başının kəsilərək ermənilərə təhvil verilməsini iddia edən döyüşçü var.

Erməni fədailiyi  əslində terror deməkdir.  Onun terrorizmlə heç bir fərqi yoxdur. Bir neçə erməni fədaisini tanıtdırmaqla biz onların əsil terrorçu kimliyinə də işıq saçmaq istədik.  Aşağıdakı cədvəldə isə  təqdim etdiyimiz Qarabagda vuruşan erməni fədai- terrorçu  dəstələrin tam olmayan siyahısıdır. Bunu ingilis mənbələrindən əldə etmişik.  Ermnilərin öz mənbələri də bunu yalanlamır.

 İngiliscə adı  Ermənicə adı  Ermənicənin tərc. Nəfər (mak).  Komandiri  Q.
1 “ALA” «ՀԱԲ» HAB 5000 Razmik Vassilian  
2 “Tigran Metz” «Տիգրան Մեծ» Tigran Mets 400 Armenak Armenakyan  
3 “Sasuntsi David” «Սասունցի Դավիթ» Sasuntsi Davit 500 Arkady Ter-Tadevosyan  
4 “Andranik Zoravar” «Անդրանիկ Զորավար» Andranik Zoravar 400 ?  
5 “Vrizharuner” «Վրիժառուներ» Vrijarunyer 200 ?  
6 “Dashnaktsakanner” «Դաշնակցականներ» Daşnaktsakanner 200 Tatul Krpeyan  
7 “HyeDat” «Հայդատ» Haydat 200 ?  
8 “Mush” «Մուշ» Mush 300 ?  
9 “Nork-Marash” «Նորք – Մարաշ» Nork – Marash 200 ?  
10 “Sassoon” «Սասուն» Sasown 100 Sasun Mikaelyan  
11 “Ashot Erkat” «Աշոտ Երկաթ» Ashot Yerkat’ 250 ?  
12 “Malatya-Sebasia” «Մալաթիա – Սեբաստիա» Malat’ia – Syebastia 200 Vahan Zatikyan  
13 “Arabo” «Արաբո» Arabo 40-200 Simon Achikgezyan  
14 “Parapats martikner” «Պարապած մարտիկներ» Parapats martiknyer 300 H.G. Mkrtchyan  
15 “Razdan” detachment «Հրազդանյան ջոկատ» Hrazdanhan jokat 200 Zarzand Danielian  
16 “Crusaders” «Խաչակիրներ» Xachakirnyer ? Garo Kahkejian  
17 “Tsegakron” «Ցեղակրոն» Tseghakron ? Hagop Khachatryan  
18 “Sasna tsrer” «Սասնա ծռեր» Sasna tsryer ? Samvel Gevorgyan  
19 “Suicide Squad” «Մահապարտների ջոկատ» Mahapartnyeri jokat 150 Alexander Tamanyan  
20 “The Deers” «Եղնիկներ» Yeghniknyer 400 Shahen Meghrian  
21 “Ossetian detachment” «Օսետինյան ջոկատ» Ōsyetinhan jokat ? Mirza Abayev  
22 “Shushi” «Շուշի» Showshi ? Zhirayr Sefilyan  
23 Yerkrapah «Երկրապա» Yerkrapa ? Vazgen Sargsyan  
24 “Nart” «Նարտ» Nart ? ?  
25 “Black Panther” «Սեվ հովազ» Syev hovaz ? Ruben Egoyan  
26 “Cobra” «Կոբրա» Kobra ? B. Agasaryan, N. Gulyan  
27 The Eagle Kamikazes Առծիվ Մահապարտներ Artsiv Mahapartnyer ? Vazgen Sargsyan  
28 Aknalich ? ? ? ?  
29 Echmiadzin detachment ? ? ? ?  
30 Hadrut detachment ? ? ? ?  
31 Sisian detachment ? ? ? ?  
32 Kapan detachment ? ? ? ?  
33 Martakert detachment ? ? ? Norayr Danielian  
34 “Nikol Duman”  Նիկոլ Դուման ? ? Armen Martirosyan  

 Bu dəstələr Azərbaycan ərazisində  cinayətlər törətmişlər . Onların cavab verəcəkləri gün uzaqda deyil və  bu dəstələrin hərbi cinayətlər törətmələri ilə bağlı sənədlər  mövcuddur.

Qafar Çaxmaqlı
KarabakhİNFO.com

– See more at: http://karabakhinfo.com/faktlar/1458-ermni-fdaizmi-v-terrorizm.html#sthash.LTRMhZwP.dpuf

22.05.2013 13:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*