Azərbaycanca

Erməni gənci: “Mənim valideynlərim azərbaycanlılar haqqında xoş sözlər deyir”

25.08.2014 | 14:04

ermeni bayraqBu ilin iyun ayında Fransanın Strasburq şəhərində Avropa Şurasının layihəsi olan “Gənclik Sülh Düşərgəsi” 10-cu tədbirini keçirib. Bu layihənin məqsədi münaqişə bölgəsindən olan gəncləri bir yerə toplamaqdır. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı olaraq tədbirdə iştirak edən erməni gənclərdən Dağlıq Qarabağ problemi, onun mənşəyi, həlli yolları, keçmişdə və gələcəkdə dəyişmək istəyəckləri nəsnələr, qaçqınlar ilə bağlı fikirlərinin öyrənməyə çalışdıq. Onların rəylərini və təkliflərini sizlərə təqdim edirik:

 

 

lilitLusin Poqosyan (24 yaş) : Mənim fikrimcə bu məsələdə ölkələrimizdə sivil cəmiyyətin və demokratik dəyərlərin inkişafı əsas amildir. Əgər biz cəmiyyətlərimizi sözün əsl mənasında sivilləşdirə bilsək, onu gücləndirsək, böyütsək, bu cəmiyyətlər də öz növbəsində ədalət uğrunda mübarizə aparıb nə vaxtsa qalib gələcəklər. Həmçinin məsələnin sülh yolu ilə həllini tələb edəcəklər. Mənim fikrimcə bu ən yaxşı vasitədir. Bu yolda inkişafı görürük. İnsan haqları uğrunda mübarizə gedir. Bəzi sferalarda insanlar ədaləti bərpa edirlər və bütün bunlar bir neçə il öncə mümküm deyildi. Əlbəttə, bu proses çox vaxt, cəsarət və enerji tələb edir. Biz məqsədimizə bir gecədə çata bilmərik. Eyni zamanda, hər iki cəmiyyətin nümayəndələri arasıda qarşılıqlı münasibətlər düşmən stereotipini qırmaq vacibdir. Yenidən qeyd etmək istəyirəm ki, bu çox vaxt tələb edən həm də çətin bir prosesdir. Lakin, hər gün sərhəddə ölən əsgərləri və ölkələrimizdə olan digər problemləri düşünmək ağırdır.

 

 

luisneLilit Pipoyan (25 yaş) : Bizim gənc mütəxəssislərin şəbəkəsində həmkarımın belə bir şərhinə rast gəlmişdim: münaqişənin davam etdiyi müddət ərzində biz bir-birimizə qarşı daha dözümsüz olmuşuq və bir-birimizdən uzaqlaşmışıq. Mən bu şərhi tədqiq etmək qərarına gəldim və öz tanışlarım olan 20-30 yaşlı qızlar arasında kiçik sorğu keçirdim. Sorğuda 15 nəfər iştirak etdi. Onlar tələbələr, gənc mütəxəssislər və ya yenicə məzun olmuş şəxslər idi.
İlk növbədə mən onlardan münaqişənin səbəbini soruşdum – onlar bunu necə görürlər. Respondentlərim yekdilliklə bildirdilər: millətlərarası münaqişələri “parçala və hökm et” prinsipini rəhbər tutan dövlətlər və siyasi qüvvələr yaradıb.
Növbəti sualımı verdim. Əsasında ərazi problemi dayan millətlərarası münaqişəni həll etməyə nə qədər vaxt lazımdır? Cavab belə oldu: Problem “vasitəçilər”dədir. Əslində onlar münaqişəni həll etmək əvəzinə, vəziyyəti belə saxlamağa çalışırlar. Onlar olmasa idi, münaqişə daha tez həll olunardı.
Mənə maraqlı idi ki, mənim həmvətənlərim olan gənc erməni qadınları digər tərəfin insanlarına necə münasibət bəsləyirlər? Mən soruşdum: Əgər sizin qonşularınız bundan belə azərbaycanlılar olsa, onlarla birgə yaşamalı olsaz… Cavabları belə ümumiləşdirmək olar:
– Əlbəttə, onun azərbaycanlı olması faktını gözardı etmək çətin olardı..
– Əlbəttə, mənə bunu başımdan çıxarmaq çətin olar… Amma mən əlimdən gələn hər şeyi edərdim ki, həmin insanlar hiss etsin ki, ermənilər heç vaxt hər hansı bir millətə nifrət etməyib.
– Yalnız inkişaf etməmiş xalqlar digərlərini varlığını təkzib edə bilər.. Yaxşı və ya pis hamımız insanıq. Hər bir kəsi fərdi olaraq qiymətləndirmək lazımdır, onun milli mənsubiyyətinə görə yox.
– Bir qız dedi:
Bakıdakı evimizi görmək istəyərdim. Mənim valideynlərim azərbaycanlılar haqqında xoş sözlər deyirlər. Valideynlərim deyir ki, bizim ortaq xüsusiyyətlərimiz çoxdur.

 

 

Bu zaman mən sorğum haqda yenidən düşündüm. Hesab edirəm ki, zamanla ön plana münaqişə və ondan sonrakı proseslər deyil, münaqişəyə qədər yaşananlar çıxır. Düşünürəm ki, insanlarda istər-istəməz nostalji hislər yaranır.
Sorğumu davam etdirdim və birbaşa soruşdum: həlli hansı yollarlarla davam etdirmək lazımdır? Əgər münaqişə siyasi həllini taparsa, millətlərimizin münasibətlərini bərpa etmək üçün nə qədər vaxt lazımdır?
Cavablar belə oldu:
• Çətin ki, münaqişə yaxın gələcəkdə həllini tapsın. Bəzi dövlətlər və siyasi qüvvələr üçün mövcud vəziyyət sərfəlidir.
• Bizim millətlər başa düşməlidir ki, XXI əsrdəki belə bir qloballaşma fonunda belə ərazilərin bölünməsi əsasında münaqişələrin mövcudluğu gülməli və ağlasığmazdır.
• Belə çox davam edə bilməz! Bizim “üstlərimiz” orda-burda milyonlar paylaşır. Bəs biz nəyi paylaşaq.
• Daha istəmirik ki, bizim qardaşlarımız, həmçinin azərbaycanlılar cəbhədə həlak olsunlar. Onların ana və bacıları yoxdur ki?!
• Hal-hazırda o qədər qlobal problemlər var! Biz onları həll etmək üçün birləşməliyik. Və ya bizə yadplanetlilər hücum etməlidir ki, hər şeyi anlayaq.

 

 

Əlbəttə, 20-30 yaş arası spesifik auditoriyadır. Yeni nəsil, öz həyatını quran, müstəqil düşüncə sahibi, ağır şəxsi təcrübənin yoxluğu… . Ola bilsin ki, bu həmin nəsil, həmin sosial qrupdur ki, olanlara başqa gözlə baxacaqlar. Ola bilsin, bütün ümid onlaradır-gənc təhsilli qadınlara.

 

 

21 yaşlı gənc erməni xanım. (Adının və şəklinin yayımlanmasını istəmir) : Mən sivil cəmiyyət və təhsil haqqında deyilənlərlə razılaşıram. Eyni zamanda, hesab edirəm ki, erməni və azərbaycanlı qaçqınların öz yurdlarına dönmək hüququ var. Lakin, hər iki tərəfin ağır yaraları var və hal-hazırda onların birgə yaşaya biləcəyi inandırıcı görünmür. İnanıram ki, vaxt və hər iki tərəfin birgə səyi sülhü və barışığı bərpa edəcək.

 

 

anatoli77Anatoli Çernyayev (21 yaş) : Şəxsən düşünürəm ki, münaqişə Rusiya höküməti tərəfindən təşkil olunub. Sülh şəraitində yaşayan bu iki xalqın belə süni şəkildə müharibəyə başlaya biləcəyinə inanmıram. Ən əhəmiyyətlisi bizim dialoqa başlamağımız və nəyin səhv olduğunu müəyyən etməyimizdir. Biz müxtəlif ölkələrdən münaqişənin mənşəyini tədqiq etmək üçün mütəxəssislər dəvət edə bilərik. Faktlar nəzərədən keçirmək və bu zaman obyektiv olmaq lazımdır. Bilirəm ki, Qarabağda çoxlu azərbaycanlılar və ermənilər yaşayıb. Təklif edirəm ki, bu insanlar görüşüb fikir mübadiləsi aparsın.

 

 

Fərid Əliyev

 

 

“KarabakhİNFO.com”

 

 

25.08.2014 14:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*