Azərbaycanca

Erməni girovluğunda olan Şahbaz Quliyev və Dilgəm Əsgərovun vəkilləri apellyasiya şikayəti veriblər

29.01.2015 | 17:07

aac

Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilgəm Əsgərovun vəkilləri apellyasiya şikayəti veriblər.

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı xəbər verir ki, APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ş. Quliyevin vəkili Arkadi İsraelyan bildirib ki, müdafiə etdiyi şəxs günahkar olduğunu qəbul etmədiyi üçün birinci instansiya məhkəməsinin “qərarı”ndan şikayət edib.

 

 

D. Əsgərovun vəkili Erik Beqlaryan isə müdafiə etdiyi şəxsin özünü günahkar bilmədiyi maddələrdən şikayət etdiyini bildirib.

 

 

Qeyd edək ki, 2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal altında olan Kəlbəcər rayonuna gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib.

29.01.2015 17:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*