Azərbaycanca

Erməni Gümüncyan: “Suriyada güllə altında yaşamaq buradan yaxşıdır”

10.01.2015 | 12:52

Suriyalı köçkün erməni ailəsi Ermənistandakı ağır həyatlarına görə bu ölkəni tərk etməyi qərara alıb.

Bir aydan çox radikal silahlıların əlində əsir qalmış, sonra birtəhər İrəvana çatmış Suriyanın Hələb şəhərinin sakini Jak Ter-Gümüncyan olduqca qəribə bəyanat verib.

 

KarabakhİNFO.com  onun fikirlərini sizə təqdim edir. Jak Ter-Gümüncyan yaxın günlərdə Hələbə qayıtmağa hazırlaşır.

 

 

Məlum olduğu kimi, Suriyada hökumətə müxalif radikallarla hökumət qoşunları arasında döyüş əməliyyatları davam edir. Jak Ter-Gümüncyanın sözlərindən aydın olur ki, suriyalı erməni ailəsi üçün müharibə gedən Hələbdə yaşamaq daha asandır, nəinki İrəvanda. O, səbəb kimi Ermənistanda işsizlikdən və bahalıqdan şikayət edir.

 

 

Çoxsaylı suriyalı erməni ailəsinin 2015-ci ili bol süfrə ilə qarşılamaq imkanı yoxdur, İrəvanda isə nə qədər istəsələr də, onlar bunu edə bilməzlər. Bu fikirləri erməni Jak və Sevan Ter-Gümüncyan cütləri söyləyiblər. Onların Hələbdə firavan yaşaması üçün lazım olan hər şeyləri vardı. Hər iki şəxs, Suriyada hökumət və ona müxalif radikallar arasında gedən müharibədən sonra Ermənistana pənah gətiriblər.

 

 

Bu ölkədə isə yenisini yaratmaq yolu yoxdur. Köçkün düşənlər Suriya haqqında danışarkən “bizim ölkəmiz” deyirlər. Yəni, Ermənistan Respublikasını öz ölkələri hesab etmirlər.

Jak əvvəl ailəsini İrəvana köçürüb, sonra, payızda pul gətirmək üçün Hələbə qayıdıb. Lakin silahlılar onu əsir götürüb, pullarını əlindən alıblar. O, Ermənistana dörd ay əvvəl gəlib və bayramlardan sonra Hələbə qayıtmağa hazırlaşır, çünki ailəsi burada çətinliklə yaşayır. Jak söyləyib ki, iş yoxdur, olsaydı, qalardı. “Çox bahalıqdır, bura çox bahalı şəhərdir və iş yoxdur. İş olsa yaxşı olar. Qıtlıqdır, bahalıqdır”.
Hələbdən fərqli olaraq, İrəvanda nəyin baha olduğunu soruşduqda deyib: “Ev kirayəsi və ərzaq bahadır. Heç bir yeri gəzə bilməmişik. Nə Tsaxkadzora, nə də Göyçə gölünə getməmişik. İmkanımız olmayıb. O yerlərə getmək üçün artıq pulumuz yoxdur. Yaşayış üçün evə ərzağı zorla qalırıq”.

Sual: “İrəvanda yeni il süfrəsinə qoyulanlardan nədir baha?”

“Hər şey. Hələbdə ucuzluqdur. Burada hər şey ikiqat qiymətədir”.

 

 

Sual: “Bu il nə qədər xərcləməyi, nə qədər qənaət etməyi nəzərdə tutmusunuz?”

Əri cavab verir: “Əlimizdə nə varsa, xərcləyəcəyik. Nəyi bacarsaq alacağıq, almalıyıq, yemək bişirməliyik”.

Sual: “Suriyada bol süfrə aça bilirdiniz?”

“Ağlasığmaz bol süfrə açırdıq. Milad bayranına min dollar xərcləyərdik. Min dollar nə puldur ki?!

 

 

Sual: “Bəs, indi nə qədər xərcləməyi nəzərdə tutmusunuz?”

 

 

 

“Ora ilə müqayisədə dörddə-birindən də az – yüz dollar. Bizdə işləyən yalnız oğlumdur. O, ofisiant işləyir. Yeni ili keçirmək üçün az-az, aylarla pul yığmışıq. Yaşaya bilmirik. Bu bayramlardan sonra Hələbə qayıdacağam. Heç olmazsa, orada bir az işləyərəm”.

 

 

Sual: “Amma orada müharibə qurtarmayıb”.

“Bəli, qurtarmayıb, bu çox pisdir. Ancaq nə edim? Getməliyəm”.

 

 

Sual: “Orada nə ilə məşğul idiniz?”

“Elektrik idim. Böyük zabodlardan birində çalışırdım. Yaxşı yaşayırdıq, buradakı kimi heç nədən məhrum deyildik”.

 

 

Sual: “Bəs, Ermənistanda sizə yardım etmirlər?”

Arvadı cavab verir: “Yalnız sakitlikdir, atışmalar yoxdur, Allaha şükür, gün ərzində çörək tapıb yeyirik. Çox istərdik Göyçə gölünə gedək, lakin bacarmadıq. Yol pulu, oradakı xərc belimizi qırar. Maşına 16000 dram (28 manat) ödəyə bilərikmi? İndi həyat yoldaşım getsin, yerləşsin ki, bizə də bilet pulu göndərsin, şəhərimizə qayıdaq”.

 

 

Sual: “Hə, hə, gedək, bizim üçün o atışmalar altında yaşamaq buradakı bahalıqdan yaxşıdır və bir daha belə bir şey görməyək”.

 

 

Ermənistana yaxşı yaşayış ümidi ilə yollanan bu insanların şikayətləri Ermənistanın bugünki durumunu real ortaya qoyur. Əgər Ermənistandan yerli əhali qaçırsa, onda suriyalıya nə demək olar?! Bəlkə də, onların bu acınacaqlı taleyi digər pənah gətirənlər üçün də səbəb olacaq.

 

 

Oxuduğunuz fikirlər,  hansısa Azərbaycan nümayəndəsinin  düşüncələri deyil. Bu fikirlər, Ermənistanda keçməkeşli həyat yaşayan,  oradakı acınacaqlı durumdan şikayətçi olan erməni bir ailənin dilindən söylənilir. Görünən odur ki, bu ölkəni tərk edərək azalan insanların yerini, Ermənistan rəsmilərinin və mətbuatının söylədikləri yalanlar tutur.

 

 

Təəssüfverici odur ki, Ermənistanda bu ağır vəziyyətdən şikayətlənən sonuncu vətəndaş gedib əhalisi bitsdə də, yalanlar bitmir. Bəlkə də bitir. Amma məhv edilmiş hər doğrunun yerində…

 

 

 

 

 

Sabir Babayev      

“KarabakhİNFO.com”          

 

 

10.01.2015 12:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*