Azərbaycanca

Erməni hakerlər “APA Holding” MMC-yə daxil olan qurumların saytlarına hücum edirlər

04.08.2014 | 10:46

apa holding“APA Holding” MMC-yə daxil olan qurumların saytları erməni hakerlərinin hücumuna məruz qalıb.

 

APA-nın məlumatına görə, erməni hakerlər tərəfindən bu gün saat 10.00-dan etibarən açıq ip ünvanlarından “APA Holding”-in saytlarına və müdafiə qurğu arxasında olan avadanlıqlara daim və kəsilməyən DDoS hücumlar başlayıb. Hücumun maksimal qeydə alınmış həcmi 25 Gbit/s təşkil edir (~=200 000 kbp/s).

 

Həmin İP-lərin əksəriyyəti Ermənistan və Rusiya telecom şirkətlərinə məxsusdur.

 

Haker hücumları nəticəsində “APA Holding”-ə daxil olan qurumların saytlarının fəaliyyətində ciddi problemlər yaranıb. Bununla belə, holdinqin İT mütəxəssisləri hücumların qarşısının alınması, saytların normal iş rejimində fəaliyyətini davam etdirməsi üçün lazımi tədbirlər həyata keçirirlər.

 

“KarabakhİNFO.com”

04.08.2014 10:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*