Erməni inancı- Arevizm
Erməni xristianlığının kökü başqalarından fərqlidir, onu milli monoteist inancından doğmuş sayanlar sonralan bu fərziyyələrindən vaz keçmişlər. Qədim Armeniya, yəni Aratta dövlətinin təkallahlı dinə sitayiş etməsi armenlərin, yəni Armeniya xalqının (bunlar indiki haylar deyillər) xristianlıqdan əvvəlki mənşəyi ilə izah edilməlidir. Əslində günəşi özünün tanrısı sayanlar sonradan xristianlığı mənimsəmələri çətin olmazdı. Xristianlıqdan əvvəl ermənilərin dənə olmuşdur. Bu – Arevizmdir. Arev(արև)- qrabarcada da aşxarabarda da , yəni çağdaş ermənicədə də “günəş” deməkdir. Qədim Armeniyada (Aratta- Q.Ç.) məskun olan insanların mənəvi ruhunda bəllidir ki, Günəş dururdu. Arev – eski inancda məhsuldarlıq və dirçəliş mənbəyidir. Artıq eramızdan əvvəl III əsrin ortalarında , Sümer əsatirinə görə, Urukda olan məbəd də Arattaki Günəşə həsr olunmuşdu, bura bir dini mərkəz idi.
Hitit mifologiyasına görə, Van gölü Günəşin Doğması və Batması (qürubu) yeridir və bununla bağlı əsatirin də ermənilərlə qətiyyən əlaqəsi olammışdır. Ermənilər Van gölünün bu özəlliyini bilmiş və ənənələrinə uyğun olaraq ruhi oğurluğu da özlərinə rəva görmüşlər, buna da da getmişlər. Van gölünün içində özlərinə bir dayaq nöqtəsi əldə etmək istəmişdilər, bu tarixi yeri mənimsəməkdi məqsədləri və arevizmin də məhz onlara aid olduğu fikrini oluşdurmaq üçün burada Kilsə inşa etmək fikrinə düşmüşlər. Məşhur Axtamar Kilsəsinin burada tikilməsinin bir səbəbi də budur. Bəzi erməni alimləri iddia edirlər ki, erməni kilsə musiqinin melodiyaları burada daha axıcıdır. Günəşin doğuşunun unikal həzinliyini məhz burada daha gözəl hiss etmək olur, bu müqəddəs melodiyalar insan oğlunun ən qədim təbəqələrinin mənəvi qidalanması özəlliyini daşıyır. Bu da deyərlər ki, erməni ruhunun özəlliyidir, arevizmdən – sübh günəşinin gözəlliyindən qaynaqlanmışdır.
Daha sonralar tarix səhnəsinə çıxmış erməni dediyimiz etnik qrupun da ( yəni ,hayların) mənəvi təməlində Günəş totemi olduğundan Allaha ibadət ikinci planda idi, onlar daha çox ulu baba və atalarının ibadətinə tapınırdılar. Təkallahlıq Xristianlığın ən təməl xüsusiyyəti olsa da ermənilər ona az uyurdular və bəzi hallarda hətta Allahı aldatdıqlarını belə düşünürdülər. Njde deyərkən “erməni üçün xristian dini bir vasitə idi” bax xüsusiyyəti nəzərdə tuturdu. Arevizm məsələsində də ermənilərə xas xüsusiyyət özünü göstərmişdir. Yəni burada da mənimsəmə vardır. Müxtəlif millətlərdən olan araşdırmaçılar bu qənaətə gəlmişlər. Arevizmə tapınanlar əslində zərdüştiliyi qəbul edənlərdir. Arevəzm də odu kult sayir.
Zərdüştilikdə odun və od kultunun əhəmiyyətini qiymətləndirməmək mümkün deyildir. Avestada və zərdüştilikdə od o qədər böyük rol oynamışdır ki, zərdüştiləri çox zaman “atəşpərəstlər” adlandırırlar. Ermənilərin bəziləri də bir başqasını pisləmək üçün od, alov (հրդեհ) işlədirlər. Zərdüştilikdə Od (Atar, sonralar Azər) ilahi ədalətin — Artanın (Avestada Aşa) ifadəsi, yaxud simvolu hesab olunurdu. Zərdüşti səcdəgahlarında odu sönməyə qoymur, ona səcdə edilir, onun şərəfınə məbədlər ucaldılırdı. Ermənilərin Hindistandan gəldiyini iddia edənlər bu tezis üzərində dayanırlar ki, onlarin əsas dini arevizm elə zərdüştiliyin bir qoludur. Zərdüştilərin təlimi onların müqəddəs kitablarında, daha doğrusu, müqəddəs kitablar toplusu “Avesta”-da ifadə olunub. Ermənistan arevistlərinin də müqəddəs kitabları olmuşdur ve indi də vardır. Zərdüşti kahinləri o zamanlar ermənilər yaşayan ərazilərdə belə bir fikir yayırdılar ki, guya həm “Qat”lar (kitabın daha qədim qismi), həm də o biri hissələr Zərdüşt tərəfindən Ahura Məzdadan nazil olmuş ilahi vəhy kimi yazılmışdır. Bu məqsədlə çox vaxt müqəddəs kitabın mətnlərinə “Ahura Mazda Zərdüştə belə buyurdu” ifadəsi də artırılırdı. Arevizmin daşıyıcıları kimi bu gün yezdiləri sayanlar da vardır. Ermənistanda təxminən 20 min yezdi yaşamaqdadır. Yezidlər insanın yaşayışına və inanışına əsaslanmaqla cənnətin də, cəhənnəmin də bu dünyada olduğuna inanırlar. Amma məhz insanın inanışına və yaşayışına görə dünya cənnətə də cəhənnəmə də çevrilə bilər. Mələk Tovuzdan mərhəmət də bu dünya üçün gərəklidir. Allaha ibadətə, ondan qorxmağa, çəkinməyə heç bir ehtiyac yoxdur .O, həmişə mərhəmətlidir və insanlara yaxşılıq, yaxud pislik etmək qüdrətində deyil. – deyirlər yezdilər.
Yezidlər özlərini “Adiy Xalqı” adlandırırlar. Ərəb əlifbası ilə, kürdcə yazılmış iki cildlik “Müqəddəs kitab”ları var. Yezid olaraq hamının icra etməli olduğu aşağıdakı bu prinsip və etiqadlara əməl olunması məcburidir. Dünya sonsuzdur, dünyanı yaradan Tanrı onu heç vaxt qiyamətə aparmaz; İnsanlar təbiətin qorunmasını və təbiətə qayğını mənimsəməlidirlər;
Gündə üç dəfə günəşə, xüsusən gün çıxarkən ibadət edilməlidir;
Bu Erməni arevizminin də təməl prinsipidir və yezdilərlə ermənilərin qədim inancında heç bir fərq olmamışdır. Dedəklərimizi bununla əsaslandıra bilərik ki, ermənilər üçün dinçilikdə , özəlliklə dini inancın qədim erməni sistemində “dualizm” yox idi. Bədlik erməni arevizmində Yaxşılıqlaeyni idi. Yəni erməni üçün բարի– ilə, yəni xeyirxahlıqla չար–ın yəni bədxahlığın ölçüləri eyni idi. Xeyirxah insan eyni zamanda bədxahdır. Onlar Aranın gücünü Allahın gücü ilə eyniləşdirirdilər, bu arevizmin əsas xüsusiyyətidir, başqa mənada , dağıdıcı qüvvələrlə yaxşılar bərabər hesab edilirdi. Ara ermənilərə görə təbiətin oyanışı idi, məhsuldarlıq və dirçəliş rəmzi idi, bunun səbəbkarı isə Günəşdi-Arev. “Arev” kəlməsi də ermənicəyə keçmədir. Onun hansı dəldən keçdiyini dəqiq təsbit edən yoxdur.
301-ci ildə Xristianliğı din olaraq qəbul etsələr də ermənilər arevizmdən imtina etməmişdilər. Erməni monoteizmi (təkallahlılıq), bütün siyasi mərhələlərdən keçərək nəinki qorunub saxlanıldı, həm də gələcək qurumların kökündə özünü açıq şəkildə göstərdi. Urartunun da başlıca Allahı – Xaldi idi, əsasa Allah Göy Allahı hesab olunurdu, müharibə və bədbəxtlik gətirən bir varlıq olaraq qəbul edilirdi. Bu həm də o deməkdir ki, Urartu dövlətinin ermənilərlə heç bir əlaqəsi yoxdur.
Əsas tanrı hesab edilən Xaldinin adı ilə bu ölkədə yaşayanları o zaman xaldeylilər adlandırıdılar , Urartu-Xaldeylilərin vətəni inkişaf etmişdi və astronomik bilgilərə vaqif idilər və burada dünyanın ulduz xəritəsi hazırlanmışdı.
Xristianlığa qədər Arevizmin ” Zərdüştilik”lə eyniyyət təşkil etdiyinə heç bir şübhə yoxdur. Erməni kahinlər uzun müddət ermənilər və Armeniya üçün təkallahlı imanı qorumaqda görəvli idilər. Qeyd edək ki, Ermənilərin yenidən arevizmə meyllənməsi xristianalıöğın ilk dövrlərində də olmuşdur. Onlar bu hərəkəti Zərdüştün fikirlərini məntiqi uzadılması idi. Xristianlığın qəbul edilməsi erməninin inancından irəli gəlmirdi, onlar buna da siasi izdicvac oalrk baxırdılar. Əsas inanc ve gizli saxlanan inanc Arevizm idi. Zərdüştiliyin və arevizmin mahiyyətinin bir dualizm olaraq təqdim olunması və bugün təhrif olunmuş şəkildə onun yaradanın “işıqlı qüvvələrinin iyerarxiyası” və həm də “qaranlıq qüvvələr iyerarxiyası” ilə yanaşı təqdim olunması ermənilərin işinə yarayıb. Onlar “işıq kosmik qüvvələrinin iyerarxiyası”nı Ahura Mazdanın sadələşdirilmiş ideyası ilə əvəz etmişdir.
Burada o qaranlığı əvəz etmək üçün birincisi, ” xeyirxah ” qüvvələrə qapı açır, ikincisi, Ahura Mazda yaradan kimi təqdim edir. Üçüncüsü, özünü , ardıcıllarını , Erməni-Ari dünyasının varisi kimi təqdim edir. Arşakidlər dünyaya arevizmlə birlikdə xristianlığı da vermişdi. Xristianlıq paralel din idi. Sasanilərin devirməsində xristianlıqla yanaşı biz Fars zərdüştiliyi ilə Erməni arevizminin müştərək mübarizəsini görürük.
Qafar Çaxmaqlı
“KarabakhİNFO.com”