Azərbaycanca

Erməni irqçi-millətçiliyinin ideya atası – Şahan Natali

30.07.2013 | 17:07

1375189256_sahan-natal-1Bütün dünyada ziyalı dedikdə bir şey düşünülür: mənsub olduğu millətin baş ucalığı, onu təmsil edən zümrə, millətin siması və s. Ermənilərdə isə bu əksinədir. Çünki onların ziyalı adlandırdığı zümrə öz bədniyyətli əməlləri və fikirlərilə ad çıxarmış, əslində həmin millətin üzqarasına çevrilmişlər. Onlar bir millətə və bütövlükdə ümumbəşəri dəyərlərə qarşı cinayətkarlığı əsərlərində leqallaşdıran, bunu mənsub olduğu millətin başlıca vəzifəsi hesab edən, düşmən hesab etdiyi bütöv xalqa qarşı soyqırımı törətməyi öz milləti qarşısında həyatda mövcud olmağın yeganə şərti kimi göstərən qalstuklu canilərdən başqa bir şey deyillər. Belə erməni ziyalılarını kifayət qədər göstərmək olar. Lakin onların arasında öz əsərlərinin konkret hədəflərə istiqamətlənməsi, anti-türk aqressivliyi aşılanması baxımından ermənilərə təsiri ilə seçilən Şahan Natalini xüsusi qeyd etmək gərəkdir.

 

Yazıçı, ideoloq, yoxsa terror hamisi? 

                              

Ümumiyyətlə  erməni ziyalıları dedikdə insanın gözünün önünə ilk olaraq türklərə qarşı terrorçuluğu erməni xalqının əsas vəzifəsi hesab edən Zori Balayan, David Xerdiyan, Qurgen Yanikyan, Armen Qaro, Drastamat Kanayan və digərləri gəlir. Adlarını qeyd etdiyimiz bu şəxslərin həyatlarına nəzər salsaq onların əslində total cinayətkar və peşəkar terrorçudan başqa bir şey olmadığı üzə çıxmış olar.  Lakin fəaliyyəti, yazdığı əsərlərlə onlardan daha amansız mövqeyi ilə seçilən Şaan Natalini xüsusi olaraq erməni terrorizminin və irqçi missiyasının fikir, ideya atası adlandırsaq daha doğru olar.

 

Erməni yazıçısı, ermənilərin “qürur” mənbəyi hesab edilən Şahan Natali 1884-cü ildə Osmanlı imperiyasının Elazığ şəhərində doğulmuşdur. İddia etdiyinə görə atasını, dayısı və bir sıra ən yaxın qohumlarını Hamidiyyə alaylarının basqını nəticəsində itirmişdir. 10-11 yaşında olan Şahan (Akop) bir yunan ailə tərəfindən xilas edilir. Boston universitetində təhsil almışdır. Şahan Natali  Osmanlı və Azərbaycan rəhbərliyində çalışmış şəxsləri uydurma erməni soyqırımının təşkilində ittiham etmiş və onların qətli məqsədilə həyata keçirilmiş “Nemezis əməliyyatı”nın ideya müəllifi, əsas rəhbəri və ilhamvericilərindən biri olmuşdur. O, həmin mənfur əməliyyatın maddi təminatı ilə də məşğul olan fonda rəhbərlik etmişdir. Terror hamisi olaraq erməni quldur birləşmələrinin  yaradılmasında iştirak etmiş və bu  birləşmələrin Türkiyə və Azərbaycan dövlətlərini təhdid etməsini bir növ israr etmiş və bunu yazıları və çıxışları ilə təbliğ etmişdir.

 

“Nemezis terror əməliyyatı” nəticəsində    1920-ci ildə AXC-nin baş naziri Fətəli Xan Xoyski, 1921-ci ilin 15 martında  Osmanlı imperiyasının daxili işlər naziri Tələt paşa, elə həmin il daxili işlər nazirimiz Behbud Xan Cavanşir, parlamentimizin sədr müavini olmuş Həsən bəy Ağayev, Səid Həlim paşa, 1922-ci ildə Bahəddin Şakir , Camal Əzmi və Camal paşa vəhşicəsinə qətlə yetirilmişdir.Şahan Natali bu qətllərin  təşəbbüsçüsü və birbaşa təşkilatçısı olmuşdur. Erməni terrorunun təşəbbüskarı və təşkilatçısı olan Ş.Natali tutulan qatillərin əksəriyyətinin o cümlədən Tələt paşanı öldürən Soqomon Teyleryanın, həmçinin Behbud Xan Cavanşiri qətlə yetirən Misak Torlakyanın azad olunmasına nail olmuşdur.

 

O, “erməni məsələsi”ndən bəhs edən bir sıra əsərlərin müəllifidir. “Türklər və biz”, “Ankaradan Bakıyacan türkçülük” ,“ Yeni əlavə: “Necə” və “Niyə” Aleksondrapol müqaviləsi” onun bu mövzu ətrafında yazdığı əsərlərdir.  1970-1980-ci illərdə Amerika və Avropada tüğyan edən erməni terrorizmini, erməni terror dəstələrinin fəaliyyətini yüksək qiymətləndirmiş və onlara bəraət qazandırmağa cəhd etmişdir. O bunu türklərlə mübarizədə yaşamağın əsas şərti olaraq təbliğ etmişdir.  1983-cü ildə Masaçusets ştatının (ABŞ) Vottertaun şəhərində ölmüşdür.

 

Ş. Natalinin “Türklər və biz” əsəri     

 

Erməni terror rəhbərləri sayılan Njde, Dro, Androniklə yanaşı adı az çəkilməsinə baxmayaraq əslində Ş. Natali onlardan daha təhlükəli qüvvə olmuş və türklərə qarşı nifrətini əsərlərində də göstərmiş və hətta gələcək erməni nəsilləri üçün belə xüsusi aqressivliyi seçilən proqram qoyub getmişdir. “Türklər və biz” əsərindəki bu kiçik parça  onun radikal fikirlərini necə “ustalıqla” sistemləşdirdiyinin və anti-türk böyük bir missiyanın əsasını qoyduğunun açıq təzahürüdür. Müəllif yazır:

 

Erməni irqçi-millətçiliyinin ideya atası – Şahan Natali“Əgər ermənilər türklərin öz şeytani fikirlərini həyata keçirməsinin qarşısını almaq istəyirlərsə, onlara müvəffəqiyyətlə müqavimət göstərmək üçün mütləq amansız və rəhmsiz olmalıdırlar.Türklər ona görə millət olaraq formalaşa bildilər ki, onların yolu üstündə duran bütün xalqları əsrlərlə ardıcıllıqla amansızlıqla məhv etdilər.

 

Əgər türklər öz güclərinə arxayın idilərsə biz onlardan fərli olaraq öz azadlığımızı özgələrin köməyində və yadların əlində axtarırdıq.

 

Düşmənimizi məhv etməyə bizim nə cəsarətimiz nə də müdrikliyimiz çatdı. Heç də təəcüblü deyil ki, bizə ehtiyac olan bir zamanda onlar öz mənafeləri uğrunda bizi daima aldanmağa məhkum etmişlər. Bu mübarizədə biz onların kişiləri ilə düşüncəsiz bir uşaq kimi vuruşarkən onların ağaclarına daş ataraq bir -iki yarpaqlarını yerə salarkən, onlar isə bu zaman bizim övladlarımızı, qadınlarımızı, bir sözlə xalqımızın gələcəyini məhv edirdilər. Biz onların ağaclarının budaqlarını kəsirdik. Onlar yenidən pöhrələnirdilər. Onlar isə bizim kökümüzü kəsirdilər. Nəticədə biz quruyurduq.

 

Biz yaxşı millət adına iddialı idik. Lakin buna tam nail ola bilmədik ona görə ki, ümumbəşəri humanist ideyaların başında duraraq türk silahı ilə bacara bilmədik.”

Bundan əlavə o ermənilərə hər zaman dəstək olmuş rusları satqın, italyan, fransız, ingilis və amerikanları isə erməniləri öz mənafelərinə qurban verdiyindən də yazmış, həmin tərəfləri ittiham etmişdir. Lakin Ş.Natali özü də yaxşı bilirdi ki, ermənilər silsilə olaraq Osmanlı dövlətinə qarşı təxribat və silahlı üsyanlar həyata keçirmiş, dövlətə xəyanət etmiş, rus-türk daha sonra I Dünya Müharibəsində vuruşan türk əskərlərinin evlərində olmamasından istifadə edib dinc müsəlman əhalini qətlə yetirmişdir. O bilirdi ki, istər Anadolunun, istərsədə Azərbaycanın müxtəlif bölgələrində erməni quldur dəstələri minlərlə türk dinc sakinini süngüdən keçirmişdilər. Bununla belə o türkləri cani, erməniləri isə məğlub zavallı sayaraq mübarizəni daha da qətiləşdirməyi,  düşmənə qarşı daha şiddətli, daha amansız, rəhmsiz olmağı bütün yaradıcılıq fəaliyyəti boyu vurğulamışdır.

 

Ş. Natalinin bu gün “Türklər və biz” əsəri erməni dilində minlərlə tirajla çap edilir və yayılır. Bu isə öz növbəsində erməni gənclərində türk millətinə qarşı terror immunitetinin qorunub saxlanılmasından başqa heç nəyə xidmət etmir.

 

 

Anar TURAN,

tədqiqatçı-jurnalist.
 “KarabakhİNFO.com”

 

 

30.07.2013 17:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*