Azərbaycanca

Erməni jurnalist: “İrəvan savaşdan qorxur”

13.11.2014 | 12:00

76574İrəvan Qarabağda vurulmuş helikopterinə görə cavab zərbəsi endirməyəcək.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı ans press-ə istinadən xəbər verir ki, bu barədə tanınmış erməni jurnalist, “REGNUM” agentliyinin İrəvan bürosunun redaktoru Ruben Qrdzelyan bu gün yazdığı məqaləsində bildirib.

 

 

“Dağlıq Qarabağda son 20 il ərzində bərqərar olmuş atəşkəs dövründə baş vermiş çoxsaylı insidentlərin nəticəsinə görə qeyd etmək olar ki, Ermənistan tərəfi heç zaman kəskin və cəld əməliyyatlar apara bilməyib. Həm də Azərbaycan tərəfinin müdaxiləsinə heç vaxt proporsional cavab olmayıb”,- deyə jurnalist vurğulayıb.

 

 

O, Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı kəskin açıqlama verməsini də şərh edib və bunun yalnız daxili siyasətə ünvanlandığına işarə vurub: “Ancaq erməni tərəfindən güc reaksiyasını gözləməyə dəyməz. Rəsmi İrəvanın ilk reaksiyası da bunu göstərir. Hadisədən 10 saat sonra Xarici İşlər Nazirliyi yığcam bir bəyanat verdi. Belə görünür ki, baş verənləri İrəvan döyüş meydanında deyil, tamamilə başqa müstəvidə istifadə edəcək”, – deyə Ruben Qrdzelyan vurğulayıb.

 

 

Qeyd edək ki, hadisədən dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan isə qoşunların təmas xəttində helikopterinin vurulmasının Azərbaycan üçün ağrısız ötüşməyəcəyini demişdi.

 

“KarabakhİNFO.com”

 

 

13.11.2014 12:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*