Azərbaycanca

Erməni kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb

02.08.2014 | 06:15

60266Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə , avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaəti nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.
Həlak olan hərbi qulluqçular:
– gizir Əliyev Pərvin Səlahəddin oğlu;
– kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
– kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

 

 

“KarabakhİNFO.com”

02.08.2014 06:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*