Azərbaycanca

Erməni kəşfiyyatının aparıcı simaları: Leyla və Arif Yunus

30.03.2014 | 15:51

1398858607_imagesDövlətə xəyanət-casusluq, dövlət sirrini yayma Azərbaycan Renspublikasına qarşı düşmən mövqedə dayanaraq xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etməsi kimi qəbul edilir və bu cinayəti törədən şəxsləri ağır cəzalar gözləyir.  Belə ittihamla həbs edilən və əldə edilən sənədlərə görə torpaqlarımızı işğal edən Ermənistana casusluq edən bir şəxsi, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun tutulması ilə bağlı söz-söhbətlər səngimir.  Hətta onu günahsız adlandıranların da sayı getdikcə artır.

“Azərbaycan vəhşi ölkədir”-sözlərinin müəllifi olan Leyla Yunusu  ilk dəfə 1992-ci ildə tanımışam.

Vaxtilə Azərbaycanın Müdafiə Nazirliyinin Analitik İnformasiya şöbəsinə rəhbərlik etmiş bu xanm həmin illərdə müdafiə naziri Rəhim Qazıyevin “sağ əli” hesab olunurdu. Həmin illərdə Azərbaycanın başına açılan oyunlar, Rəhim Qazıyevin Qraçovla anlaşması, sonradan Sürət Hüseynovun qiyamına dəstək verməsi camaatın  yadından çıxmayıb. 1992-1993-cü illərində Qarabağda yaşayan orta və yaşlı nəslin nümayəndələri xatırlayar, Leyla Yunus efirdə cəhbə ilə bağlı informasiyalara məsul şəxs idi. Ermənilərlə üz-üzə qaldığımız, gündə müharibədən qara xəbərlər gəldiyi günlər AZTV efirində çıxış edən bu “xanım” hər gün iki-üç erməni vertalyotunun vurulması xəbərini verirdi. Və biz, cəhbə bölgəsində yaşayan insanlar fikirləşirdik ki, bu vertalyotlar harada vurulub? xəbərlərdən sonra məhlədə toplanan qonşular zəng edirdilər digər rayonlara ki, ay balam siz tərəfdə vertalyot vurulub yoxsa yox! Hətta bir dəfə məktub yazıb yalan danışmamasını tələb etmək istəyirdik!

O vaxtlar Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan Leyla Yunus unudur ki, təkcə Ağdamda əsgərlər necə aclıq çəkirdilər! Yerli əhali əsgərlərə ərzaq yardımı edirdi və onlar Bakıdan əllərini üzmüşdülər.

Bəli bu xanım xaindir. Mən buna adım kimi əminəm!

Qarakənd hadisəsindən sonra ORT kanalında Qalina Staravoytovanın verlişinə baxanlar yəqin xatırlayar-qara qutunun yanmasın göstərmişdilər və o zaman hərbi verltayotlarda qara qutunun yanması ilk fakt olaraq tarixə düşmüşdü. Bir müddət sonra Leyla Yunus efirdə Qalina Staravoytovanın fikirinin haqlı olduğun deyirdi, sən demə Azərbaycandan bütün məlumatları ermənilərin bir nömrəli adamı Qalina Staravoytovaya göndərən bu imiş.

2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50 000 avro məbləğində iki dəfə qrant alan bir şəxsin Azərbaycanda nə işi var?

Həmin qrantların alınmasında digər erməni-L.Yunusovanın həm yaxını, həm də  vasitəçisi kimi Karen Ohanyan da iştirak etmişdir. K.Ohanyan Gürcüstanın paytaxtı Tbilisidə bir neçə dəfə L. Yunusova ilə görüşmüş  ona layihənin necə həyata keçirlməsini “öyrətmişdir”.

Bəs, Fransanın Şərəf Legionu Ordenini kimlərin əli ilə aldı? Fransanın erməni lobbisi tərəfindən idarə olunan Artelis Servis Limited və Hayqrov Konstaltinq Servis Limited qeyri-hökumət təşkilatı niyə ona kömək elədi?

Ordenə görə nə üçün Laura Qumaşyan və Tomas Ledikalsın xasiyyatnaməsini aldı?  Bir orden üçün ermənidən xasiyyətnamə almaq lazım idi?

Leyla Yunusa virtual məkandan səslənirəm -Qaradağlıda, Xocalıda, Ağdabanda ölən qadınların atılan dırnağı belə ola bilməzsən!

1995-ci ildə Bakı Metropolitenində partlayış törətmişləri siyasi məhbus adı altında AŞPA-ya təqdim edəndən və  2007-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunan Səid Dadaşbəylinin dəstəsini siyasi məhbus elan edəndən nə gözləyəsən?

Onu yaxından tanıyan, birgə çörək kəsdiyi şəxs-Zərdüşt Əlizadə görün nə yazır:”Leyla Yunusun əri ermənidir. Görün biz nə qədər tolerant bir ölkədə yaşayırıq ki, ermənilərin bizim vətəndaşların hüquqlarının müdafiəsinə imkan veririk

O zamanlar Müdafiə Nazirliyində ikinci adam hesab olunurdu, çünki hakmiyyət ona böyük səlahiyyət vermişdi. Onu hətta polkovnik Yunusova da çağırırdılar. Vəzifədən sui-istifadə edən Leyla Yunus çox sayda insanın haqlarını pozdu. Hətta jurnalistləri hədələdi, kimisini sillələdi. Evində suyu olmadığından əsgərləri onun tapşırığı ilə mənzil istismar xidmətinin rəisini döyərək zibilliyə atdılar.

Onunla uzun zaman ünsiyyətdə olmuş Arzu Abdullayeva yazır: “Bir dəfə beynəlxalq təşkilatlardan birinin nümayəndəsi olan Piter Sauman adlı şəxslə Dağlıq Qarabağın ermənilər nəzarət edən hissəsinə gedirdik. Ondan xahiş etdik ki, Xankəndinə Ermənistan ərazisindən yox, Azərbaycan tərəfdən gedək. Çünki Qarabağ Azərbaycan torpağıdır. Müdafiə Nazirliyinin rəhbərliyi də məsələyə öz razılığını vermişdi. Sərhədə gələndə isə bizi həbs etdilər və dedilər ki, Leyla Yunus əmr verib. Hər ikimiz dəhşətə gəldik ki, insan necə dəyişər”

Onu yaxından tanıyan hüquq müdafiəçsi Novella Cəfəroğlu yazır: “Ataxan Abilov Leyla Yunusun əli ilə Talış Respublikası düzəltmək istəyirdi. Leyla Yunus ona kömək edirdi”.

Bu şəxsin Azərbaycan dilinə olan hörmətsizliyi də  internetdə yayılan videolarda aşkar görünür. Yadımdadır, Leyla Yunus Azərbaycanda keçirilən “Eurovision-2012” mahnı yarışmasında “Demokratiya naminə oxu” kampaniyasını təşkil edərək, xarici jurnalistlər qarşısında  “mən rus dilində danışıram, yalnız söyüş söyəndə Azərbaycan dilində danışıram” sözlərini deməklə xislətini birdaha ortaya qoymuşdur.

Ötən il Ermənistan prezidenti Serj Sarkisyan kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində sülhün tərəfdarı olduğunu söyləmişdi. Ermənisayağı sülhün məzmunu bundan ibarət idi ki, Azərbaycan Qarabağın işğalını tanımalıdır. Yəni, ölkəmiz işğal faktı ilə barışaraq Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana verməlidir. Bundan dərhal sonra Ermənistanın “Region” araşdırma mərkəzi ilə başçılıq etdiyi Sülh və Demokratiya İnstitutu arasında yeni layihənin həyata keçirilməsinə çalışan bu xanım hətta “dialoq” adı altında ermənilərin daha ədalətli olmasını cəmiyyətə aşılamaq niyyəti güdürdü.  Sarkisyanın çıxışından sonra Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə birgə layihə olan yeni sayt yaradıldı.  www.rublicdialogues.info saytının İrəvanda təqdimat mərasimi keçirildi. Saytın Bakıda da təqdim olunması planlaşdırılıbmış. Layihə guya erməni və Azərbaycan ictimaiyyəti arasında qarşılıqlı inamın bərpa edilməsinə xidmət edəcək. Bu saytın hansı məqsədə xidmət edəcəyi və kimlərin dəyirmanına su tökəcəyi isə yaydığı ilk müsahibədən bəlli oldu. Ermənilərin təbliğat maşını işə düşən kimi “azərbaycanlı” və erməni jurnalistlər Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. Partiya lideri öncədən müəyyənləşdirildiyi kimi, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini dərhal “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməklə ilk təbliğat və təxribat xarakterli açıqlamasını verib. Və bu xanım deyilənləri normal qəbul edib. İrəli sürülən dialoqun mahiyyəti də budur, Dağlıq  Qarabağın müstəqil dövlət olmasına yol açmaq. Leyla Yunusun dediklərinə görə, ərazisinin 20 faizi işğala uğrayan, Xocalı soyqırımını yaşayan biz işğalçı ermənilərlə sanki heç nə olmamış kimi davranmalı, faciələrimizi unutmalı, itkilərimizlə barışmalı və “problemdən çıxış yolunu birgə axtarmalıyıq”.

Yəni terrorçuları, işğalçıları, cəlladları, ağlagəlməz vəhşiliklər törətmiş adamları əfv etməli, bağışlamalı, hər şeyi yaddan çıxarmalıyıq. Xocalını, Ağdabanı, Qaradağlını  unutmalı və bu soyqrımı həyata keçirən erməni qatilləri ilə bir Masada əyləşib çörək yeməli, onları evimizin yuxarı başında əyləşdirməliyik!

Budurmu Dialoq!?

Və burda daha bir maraqlı məqam ortaya çıxır, Fransa səfirliyinin onu ölkədən çıxarmaq üçün göstərdiyi canfəşanlıq. Şengen vizası 180 gün ərzində 90 gündən çox olmayan müddət üçün verilir, bəs niyə 5 illik viza və iki saat ərzində birdən-birə Leyla Yunusa təqdim edildi. Fransa səfirliyinin viza qaydaları bölməsində ən azı 3 iş günü ərzində verildiyi yazılsa da, iki saata vizanın onlara təqdim edilməsində qaranlıq məqamların olmasını aşkar görmək olur.

Bax belə bir insanın ölkəmizdə olmasına görə Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsinə Ölüm Hökmün bərpa edərdim.

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com”

 

30.03.2014 15:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*