Erməni apostol kilsəsi İsveçrənin HSBC bankında hesabının olduğunu etiraf edib
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının APA-a istinadən məlumatına görə, Eçmiadzinin mətbuat katibi hesabın katalikos II Qareginə sələfindən qaldığını bildirib.
Hesabda 2006-2007-ci illərdə 1 milyon ABŞ dolların olduğu qeyd olunur. “Monastır vergi ödəyicisi deyil, katalikos isə vergi məsələlərində toxunulmazlıq statusuna malikdir”, deyə mətbuat katibi qeyd edib.
Məlum olduğu kimi, jurnalist araşdırmaları beynəlxalq konsorsiumu (ICIJ) HSBC bankının Cenevrə filialının fəaliyyətini tədqiq edərkən məlum olub ki, bank narkotik, silah alverçiləri və digər cinayətkarlara gizli hesablar açırmış. Bir çox müştərilər isə vergilərdən yayınmaq məqsədilə bankın xidmətlərindən istifadə edirmiş.
“KarabakhİNFO.com”