Azərbaycanca

Erməni kilsəsi “soyqırım”ı danır

26.11.2014 | 16:06

ermeni kilsesiBu günlərdə Müqəddəs dini mərkəz Üçmüədzində (Eçmiadzin sovet dövründən əvvəl türk məscidi olduğuna görə belə adlandırılırdı. Bunu erməni tarixçilərinin özləri də etiraf edirlər) erməni apostol kilsəsi yepiskoplarının iclasında elə bir hadisə baş verdi ki, erməni ictimai dairələrində şok yaratdı. Bu o qədər sarsıdıcı idi ki, birdən-birə inanmaq çətindir. Söhbət 1915-ci ildə guya Osmanlı İmperiyasının törətdiyi uydurma erməni soyqırımından gedir.

 

Müzakirələr zamanı erməni keşişlərin başbilənlərinin bir hissəsi uydurma soyqırım qurbanlarının bəzilərini soyqırım qurbanları adlandırmağın əleyhinə idi, çünki onların fikrincə, öldürülənlərin bəziləri erməni apostol kilsəsinin ardıcılları deyildilər, ya ateist idilər, ya da türklər tərəfindən öldürülməmişdilər. Onlar birinci dünya müharibəsi dövründə köç halında Türkiyəni tərk edərkən şaxtalı günlər olduğuna görə yolda öldükləri üçün bədbəxt hadisənin qurbanı oldular. Erməni ruhanilərinin fikrincə, yalnız erməni apostol kilsəsinin xristian dininə sadiq qalanlar öldürülənlərin cərgəsinə salına bilər.

 

 

Nəticədə “1.5 milyon qurban”ın neçə faizinin erməni olması şübhəli qalır.

 

 

Belə olduqda, bu müzakirələ görə, “soyqırım qurbanlarını” müqəddəslər cərgəsinə deyil, murdarlanmışlar cərgəsinə salacaqlar.

 

 

Ermənistanın “Çorrord İşxanutyn” (Dördüncü hakimiyyət) qəzetinin müxbiri Mher Arşakyan bütün bunları “dini faşizm” adlandırdı. O dedi ki, yalnız bir şey maraqlıdır: 2015-ci il aprelin 14-dək daha nə kimi buna bənzər inanılmaz, lakin bu cür biabırçı hadisələrin şahidi olacağıq?

 

 

Göründüyü kimi, Ermənistanın baş ruhaniləri ölənlərin əksəriyyətinin heç də özlərininki olmadığını etiraf edirlər. Daha bir fakta diqqət yetirmək lazımdır: Yepiskopların sözlərinə nəzər salsaq görərik ki, ermənilər Türkiyəni könüllü surətdə tərk etmiş və şaxtalı günlər olduğuna görə əksəriyyəti yolda soyuqdan donaraq ölmüşlər.

 

 

Onda belə çıxır ki, erməniləri türklər deyil, şaxta öldürdü. Deməli, bu hadisədə Osmanlı Türkiyəsinin heç bir günahı yoxdur, bu, erməni siyasətçilərinin, erməni kilsəsinin uydurmalarıdır.

 

 

Əminik ki, sonda bunu dünya ermənilərinin özləri də etiraf edəcəklər.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

26.11.2014 16:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*