Azərbaycanca

Erməni kinorejissorun Xocalı etirafı

04.02.2013 | 12:23
1359965767_georg-vanyanErməni  kinorejissorun Xocalı etirafı       Sual: -Demək belə çıxır ki, Xocalını ermənilər törətmişdir?
Vanyanın cavabı: Bəli,  bizim  əlimizlə…
İrəvandakı Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin direktoru Georgi Vanyanın mətbuat konfransında nələr oldu?

 

İrəvandakı Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin direktoru Georgi Vanyanın fikirləri erməniləri əsəbiləşdirir: “Ermənistan başqa ölkənin hərbi kazarmasına çevrilib, Sərkisyan hakimiyyətə gələndən sonra azərbaycanlılarla bütün dialoq qapılarını bağladı” “Bu gün Ermənistanın müstəqilliyi kağız üzərindədir”. 22 il bundan əvvəl müstəqilliyini elan edən Ermənistan bu gün Qarabağın və KQB-nin girovudur. Bu fikirlə İrəvandakı Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin direktoru, Qarabağ məsələsində kompromislərə çağırdığına görə Ermənistanda “xalq düşməni” elan edilən Georgi Vanyan  müsahibəsində deyib ki, əvvəllər Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə etmək üçün öz ölkələrinin sərhədlərində görüşürdülər.“Sərhədlər tədricən bağlandı, insanların şüurunda belə mövqe kök saldı ki, bu divarı dağıtmaq mümkün deyil” – deyə Vanyan bildirir.

O deyir ki, müharibələrin əsas elementlərindən biri soyğunçuluq və qənimət ələ keçirmək olur. Ermənistan-Azərbaycan müharibəsi də soyğunçuluq müharibəsi idi və fəal döyüş əməliyyatlarının başa çatmasından sonra ictimai, siyasi və dövlət səviyyəsində davam etdi. “Stop” rəhbəri  deyir ki, “2007-ci ilə qədər bizim təşkilatın qarşısında bütün qapılar açıq idi. Biz Ermənistanın bütün regionlarında, Qarabağda, hətta işğal olunmuş Laçın və Kəlbəcərdə işləyirdik. Biz çalışırdıq ki, cəmiyyətin özünə daxil olaq, insanları dialoq iştirakçılarına çevirək. 2007-ci ildən sonra bizim qarşımızda bütün qapılar bağlandı. Bu da onun göstəricisi idi ki, biz öz hədəflərimizə yaxınlaşırıq, hakimiyyətdəkilər isə öz vətəndaşları qarşısında qorxu keçirir. O vaxtdan etibarən yuxarıların diktəsindən kənarda sülhməramlı təşəbbüslər həyata keçirilməsi qadağan olundu” – deyə G.Vanyan bildirir.

Vanyan bir layihə həyata keçirirdi. İki xalqı  bədii filmlərlə buluşduraraq yaxınlaşdırmaq istəyirdi. Amma erməni irqçilər buna imkan vermədilər. «Stop» Azərbaycan filmləri  festivalının keçirilməsi üçün    İrəvanda və Gümrüdə  kinozal sahibləri bu  QHT-yə verməkdən imtina ediblər, film- festival təşkilatçısı  Georgi Vanyana  bəhanə olaraq onu göstəriblər ki, Azərbaycana keçən çoban Manvel  öldürülüb. Xalq bundan qəzəblidir və zalı dağıdar.  Ermənistan-Azərbaycan-Türkiyə üçtərəfli əlaqələr çərçivəsində ABŞ səfirliyinin sponsorluğu ilə həyata keçirilməli olan layihə yarımçıq qalıb… O zaman  Azərbaycan filmləri festivalı baş tutmayınca Vanyan mətbuat konfransı keçirmək istəmişdi. Bu mətbuat  konfransında nələr baş verdiyini diqqətinizə çatdırırıq. Vanyan Azərbaycan pərəstlikdə ittiham olunaraq təhdid olunub və məcburən ölkəni tərk edib, bir müddət Ermənistana gələ bilməyib, siz də   şahidi olacaqsınız ki,   düzənlədiyi konfransda ona  verilən suallar sanki bir  cinayətkara verilirdi. Ermənistan mətbuatında (hetq.am) gedən bu konfransdan  müəyyən  hissənin  ermənicədən tərcüməsini  olduğu kimi  diqqətinizə çatdırırıq.

 

“Georgi Vanyan : Mən ictimai xadiməm, mənim  hər hansı fəaliyyətim planlaşdırılır.

 

Sual: – Kim tərəfindən planlaşdırılıb?

 

 Georgi Vanyan :  -Mənim öz tərəfimdən.

 

Sual:   -Kimin sifarişi ilə?

 

Georgi Vanyan : Kimsə mənə sifariş verə bilməz. Mən 1989-cu ildən çap olunuram.  Elə bir adam tapılmaz mənə desin ki, mən nə vaxtsa sifariş yerinə yetirmişəm.

 

Sual; -“ 7 or”da (“7 gün”qəzeti nəzərdə tutulur) bir məqalə verilib, orada siz Xocalıya görə  azərbaycanlılardan üzr istəmisiniz…:

 

Georgi Vanyan :O müsahibədən başqa mən  orada Xocalı haqqında da danışmışam.  Mən Xocalı barədə  Yerevanda və Ermənistanın daha 10 vilayətlərində  görüşlərim zamanı fikirimi açıq bildirmişəm. Təkcə dar çərçivədə, seminarlarda demirəm bunları- hər yardə söyləyirəm- mədəniyyət mərkəzlərində, məktəblərdə, universitetlərdə və digər ictimai formatlı tədbirlərdə deyirəm.

 

Sual:  Nə demişsiniz? Bizim üçün bu  maraqlıdır…

 

Georgi Vanyan :Xocalı barədə  nəyi vacib hesab eləmişəm onları  demişəm. İnsan haqları müdafiəçisi kimi, ictimai xadim  kimi  yanaşmışam məsələyə. Bizim ictimaiyyət arasında elə bir durum formalaşıb ki, onlar bizim xeyrimizə işləmir. Azərbaycanda da bu var- Sumqayıtla bağlı  heç vaxt danışmırlar

 

Sual: – Suala konkret cavab verə bilərsinizmi? 

 

Georgi Vanyan :  Yəni, Azərbaycanda Sumqayıtla bağlı danışsalar, burada da Xocalıdan bəhs edərlər.

 

Sual: – Demək siz buna bərabərlik işarəsi qoyursunuz?

 

Georgi Vanyan : Biz keyfiyyətcə yeni bir addım atmış olarıq  və qladiator qonşuluğunda bu gizlinlərdən azad edib iki qonşu xalqı yeni xocalılardan ve yeni sumqayıtlılardan xilas edərik. 

 

 Sual: – Cənab Vanyan , mən istəyirəm dəqiq cavab alım. Siz Xocalı ilə Sumqayıt arasına bərabərlik işarəsimi qoyursunuz?  

 

Georgi Vanyan :  Mən sizin bütün suallarınıza eksklüziv  müsahibə ilə sonra  cavab verərəm.

 

Sual:   – İndi deyin, artıq sual səsləndirilib? 

 

Georgi Vanyan :Bağışlayın, bu mənim mətbuat konfransımdı. Mövzunu artıq elan etmişəm. Mən hərbi- vətənpərvərlik tribunalına gəlməmişəm. Mən məhkəməyə gəlməmişəm. Bunları , xahiş edirəm, hərbi vətənpərvərlər   özlərindən yuxarıdakılara  yöndəndirsinlər, o sırada da Konstitusiya Məhkəməsinə. Bu gün mənim mətbuat konfransım həsr olunub ona ki, nə üçün “STOP” festivalı  Ermənistanda qadağan olundu.

 

Sual:  –Sizi “Azadlıq”radiyosuna çağırıblar, amma siz getməmisiniz. Amma indi mətbuat konfransı keçirisiniz. Onda nə üçün dialoqdan qaçmısınız? 

 

Georgi Vanyan :  Xahiş edirəm dəqiqləşmə aparın . O başqasının konfransı idi.  Əgər belədirsə orada mənim nə işim… Siz bu günkü mövzudan yayındırırsınız…

 

Sual:  -Konkret sual səslənib.  Üçüncü dəfə soruşuram: Siz Xocalı və Sumqayıt arasına bərabərlik işarəsi qoyursunuz?

 

 Georgi Vanyan : Bəli, mən bərabərlik işarəsi qoyuram, ona görə ki,  hər ikisi eyni mərkəz tərəfindən planlaşdırılıb.

 

Sual:  -Hansı mərkəzdən?  Kim həyata keçirib? Deyin, biz “bilmirik”.  Biz onu bilirik ki, Xocalıda insanları qarşıdan- Azərbaycan tərəfdən atılan atəşlərlə öldürüblər.

 

Georgi Vanyan :   Kremldən.  Bizimkilərin və azərbaycanlıların əli ilə

 

Sual:  – Demək belə çıxır ki, Xocalını ermənilər törədib?

 

Georgi Vanyan :  Bəli . Bizim əlimizlə …

 

İndi keçirik mənim mətbuat konfransımın əsas mövzusuna…”

 

 

Qafar Çaxmaqlı

KarabakhİNFO.com

 

 

04.02.2013 12:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*