Azərbaycanca

Erməni Komitələri

25.05.2012 | 15:28

1337940821_hinchakErməni Komitələri

I yazı

Hınçak

Proqramı və fəaliyyətləri:

Hınçak (Zəng Səsi) Komitəsi, əslən Qafqaz ermənilərindən olan Rus vətəndaşı Avedis Nazarbeg ilə arvadı Maro və Qafqazlı digər şagirdlər tərəfindən 1886-cı ildə İsveçrədə qurulmuş və komitənin düşüncələrini yaymaq üçün də, yenə “Hınçak” adında bir qəzet nəşrə başlamışdır. Bu komitənin başında dayananların və üzvlərinin əksəriyyətini yenə də rus vətəndaşı olan ermənilər təşkil edirdi. Bu komitə, özünə iş bölgəsi olaraq Şərq Anadolunu seçmişdi; bir zaman sonra komitə mərkəzi, İsveçrədən Londona aparılıb.

Hınçak Komitəsinin proqramı, Sosialist, Marksist və Mərkəziyyətçidir; Karl Marksın qanunları, təməl olaraq mənimsənmişdir. Bu komitə üzvləri, özlərinə ictimai demokrat dedikləri halda, siyasi proqramları tamamilə bir kommunist manifesto xüsusiyyətindədir.

Komitə, 1890-cı ildə mərkəzi İstanbulda olmaq üzrə Osmanlı ölkəsinin digər vilayətlərində də şöbələr açmış və bu surətlə, təşkilatlanaraq işlərinə başlamışdır. Bu komitənin ana siyasi məqsədi, Türkiyədəki Erməniləri Türklərdən; İran Ermənilərini İranlılardan və Rusiya Ermənilərini də Ruslardan qurtarmaq; sonra da, bütün bu məmləkətlərdəki kapitalistləri təmizləməkdir.

 

Proqramı

 

Erməni Komitələri“İşçi və istehsalçı sinif, insanlığın böyük bir əksəriyyətini təşkil edir. Bu sinifin sərmayə sahibi, zəngin və suveren bir azlıq tərəfindən istismar edilməsindən xilas olunması, istehsalçının bütün istehsal hüquqlarına, torpağa, fabriklərə, mədənlərə, çatdırılma və quraşdırılma vasitələrinə sahib olmasıyla reallaşmalıdır. İstehsalçı sinifin müstəqilliyi, bütün insanlığın xilas olunması, ümumi və iqtisadi rifaha qovuşmaq mənasına gəlməkdədir.

Bu məqsədə çatmaq və onu həqiqətən reallaşdırmaq üçün, bütün mədəni məmləkətlərdəki istehsalçı sinif, özünə xas bir şəkildə təşkilatlanmalı və əmrindəki ümumi siyasi imkanları hərəkətə keçirərək, bütün ölkələrlə birlikdə kommunist qiyamını təşkil və təmin etməlidir. Bu sayədə digər təsnifatlar ortadan qalxacaq və istehsalçı sinif sosialist bir nizam quracaqdır. Bu quruluşda xalq, öz qanunlarını özü formalaşdırır və qüdrətini göstərir.

Bu günki vəziyyətdə ermənilər, mütləqiyyət idarəsinə bağlı təsnifatçı qrupların rəhbərliyi altındadır. Bunların rəhbərlik, vergi və maliyyə sistemləri, cəmiyyət üçün dağıdıcıdır. Bir tərəfdən onların ətrafındakı iqtisadiyyatın əsasını capitalist dəyərləri təşkil edir, digər tərəfdən isə davamlı olaraq köhnə iqtisadiyyat və rəhbərlik modelləri yox edilir.

Bütün bu şərtlərdən yola çıxaraq təşkilat erməni sosialist demokratları və ümumilikdə bütün ermənilər üçün sosializm sisteminin bərqərar edilməsi uzaq bir məqsəd kimi qəbul etməkdə və buna görə də bütün meyllər və düşüncələrin bir araya gətirilərək yaxın bir hədəf seçilməsini tələb edir. Həmin bu yaxın hədəf, ictimai demokrat Erməni Müstəqil Hınçak Partiyasını meydana gətirmişdir. Bu yaxın hədəflərdən bəziləri aşağıdakılardır:

– Qiyama başlamaq

– Muxtariyyət rəhbərlərinin hakimi – mütləqliyinə son qoymaq

– Erməniləri köləlikdən xilas etmək

– Erməniləri siyasətə müdaxilə edə biləcək səviyyəyə gətirmək

– İqtisadi və mədəni inkişafa mane olan amilləri ortadan qaldırmaq

– Fəhlə sinifinin öz istək və arzularını rahatlıqla səsləndirəcəkləri bir mühitə şərait yaratçmaq

– Ağır iş şəraitində islahatlar aparmaq

– Xüsusi siyasi bir təşkilatlanmanın reallaşması üçün sinfi təbliğatı gücləndirmək

– Xalqın inkişafına və onun hədəfə doğru addımlamasına şərait yaratmaq

Bütün bu düşüncələrə uyğun olaraq Hınçak Komitəsinin yaxın hədəfi, hakimi – mütləqləri devirmək üçün durmadan çalışmaq və hakim rejimləri demokrat, qanuni rejimlərlə dəyişdirməkdir. Bunun da əsas şərtləri aşağıdakılardır:

– Xalqı təmsil edilməsi üçün, hər qrupun bir başa səslərini istifadə etmək surətiylə seçə biləcəyi seçilmiş qanunverici orqan – məclis qurulmalıdır. Bu məclis, məmləkətin siyasi – iqtisadi bütün işlərini və qanunlarını araşdıraraq bunlar haqqında qərar vermə səlahiyyətinə sahib olmalıdır.

– Vilayətlərə geniş bir muxtariyyət tələb edilməlidir.

– Xalq üçün tam bir azadlıq təmin edilməlidir

– Xalq dövlət və hökumət məmurlarını, ictimai sferada çalışan bütün şəxsləri, təhlükəsizlik məmurlarını, təhsil və ədliyyə sahəsində çalışan məmurları seçə bilməlidir.

– Milliyyət və sinif fərqi güdülmədən hər bir seçmək və seçilmək hüququ olan vətəndaş həm vilayətlər, həm də muxtar idarələrə nümayəndə seçməyə və seçilməyə səlahiyyətli olmalıdır.

– Bütün vətəndaşlar qanun qarşısında, milliyyət və din fərqi qoyulmadan bərabər sayılmalıdır.

– Mətbuat, söz, vicdan, toplaşma, dərnək qurma və seçki mübarizələri üçün tam sərbəstlik verilməlidir.

– Hər vətəndaşın şəxsi evi olmalıdır. Hər hansı bir hücuma qarşı qorunma altında olmalıdır.

– Kilsələr hökumətdən ayrılmalı; bütün dini quruluşlar, tək özlərindən olan və buralara davam edən şəxslərin köməkləriylə varlıqlarını davam etdirməlidir.

– Bütün xalqlar, hərbi xidmətlərini sülh şəraitində milis təşkilatları formasında etməlidir.

– Dünyəvi və zəruri bir təhsil sistemi tətbiq olunmalı; hökumət, kasıblara kömək etməlidir.

– Xalqın iqtisadi vəziyyətinin islahıyla əlaqədar olduğu üçün, yuxarıda haqqında danışılan siyasi haqqları əldə edərək o qanunlara dözmək surəti ilə aşağıdakı şərtlərin yerinə yetirilməsi vacibdir:

– Mövcud vergi sistemi qaldırılmalı, yerinə müəyyən bir güc və can qabiliyyətinə görə irəli bir vergi sistemi qoyulmalıdır.

– Vergilər tamamilə qaldırılmalıdır.

– Kəndlilər, hər cür borclardan xilas olunmalıdır.

– Xalqın və ya hökumətin dəstəyi ilə kənd təəssüratı maşınları təmin edilməli, bunlardan istifadə qaydaları öyrədilməli və həmin maşınlar xalqa verilməlidir.

– Xalq içində əkinçilik ortaqlıqları qurulmalı, bu ortaqlığın məqsədi, əkinçilik məhsullarının satışı, toxum, dərmanların, gübrələrin alınması və bənzəri bu kimi şeylərin alınması və rəhbərliyin edilməsi olmalıdır.

– Hər növ nəqliyyat və əlaqə üçün vasitələr təmin edilməlidir.

– Hökumət çalışanların istismarının qarşısını almaq üçün yardım etməli və onların hüquqlarını qanunlar vasitəsi ilə qorumalıdır.

– Ermənilərin əksəriyyətinin yaşadığı Türkiyə Ermənistanı vətənimizin ən geniş torpaqlarıdır. Erməni xalqıbnın bu iddiası, Berlin Andlaşmasının 61 – ci maddəsi və digər beynəlxalq şərtlərin gücüylə, bir haqq vəziyyətinə gəlmiş və Avropalı böyük dövlətlər tərəfindən də tanınmışdır.

– Osmanlı İmperatorluğunda yaşanan siyasi – iqtisadi və maliyyə xaosu, müflisləşmə, daxili qarşdurmlar Osmanlı hökumətinin yıxılmasını yox olmasını zəruri və qəti etmiş, digər Avropalı dövlətlərin təsirləri də buna kömək etmişdir. Avropadakı Osmanlı torpaqlarının bir qisiminin də sistemli bir şəkildə parçalanaraq digər dövlətlərin əlinə keçməsindən ötəri aşağıdakı xüsusların təmin edilməsi, tarixi bir lazımlılıq və zərurət halını almışdır:

Erməni komitəçiləri, bu gün uğraşlarını Ermənilərin iddiasını müdafiə etmək və nəticələndirmək üçün yaxın məqsədə görə xərcləyəcək.

Bu vəziyyətə görə qiyamın məşğuliyyət sahəsi, Türkiyədə yaşayan Ermənilərin bölgəsi olacaq.

Ermənilərə gələcəklərini Osmanlı Dövlətinin qədərindən ayırmaq lazım gələcəyindən, ermənilərin ən yaxın hədəflərinin ilk şərti kimi müstəqillik qəbul edilir.

Erməniləri yaxın məqsədə çatdırmağın çarəsi, bir qiyamla. yəni zor gücü ilə Türkiyədə ermənilərin yaşadığı bölgələrdə ümumi quruluşu alt-üst etmək, dəyişdirmək; üsyanlar təşkil edərək, Türk hökumətinə qarşı döyüşməkdir. Bu döyüşün üsulları isə aşağıdakılardır:

– Mətbuat, kitab və danışmalarla xalq arasında və xüsusilə işçilər içində təbliğat aparmaq

– Hınçak Partiyasının qiyam fikirlərini yaymaq, xalq arasında qiyamçı təşkilatlar qurmaq və üsyan çıxarmaq.

– Türk qaniçənlərini, xəfiyyələrini, xainləri və xəyanətə təşəbbüs edənləri cəzalandırmaq;

– Terrordan, qiyam təşkilatlarını müdafiə etmək üçün bir vasitə və xalqı əzənlərin və alçaqların hərəkətlərinə qarşı cəza tədbiri kimi istifadə etmək.

– Hökumət əsgərlərinin və ya tayfaların hücumlarına qarşı xalqı qorumaq üçün, əlində silah olan hazır bir güc formalaşdırmaq; axınçı alayları qurmaq. Bu alaylar, çıxacaq hər hansı bir üsyanda liderlik vəzifəsini icra edəcəklər.

Bir-birinə bağlı, tam bir birlik və həmrəylik formasında ortaq hədəfə gedən, eyni taktikanı tətbiq edən, bir mərkəzdən idarə olunan nizamlı və bir çox qruplardan ibarət olan ümumi qiyam təşkilatı qurulmalıdır. Türkiyədəki təşkilatların bütün güc və səlahiyyətləri, Hınçak Komitəsinin hədəf və fəaliyyətlərini göstərən bir nizamnamədə müəyyən edilmişdir.

– Təşkil edilən bir üsyanı həyata keçirmək üçün hadisələr törətmək

– Hər hansı bir dövlətin Türkiyəyə qarşı müharibəyə başlaması baş verə biləcək üsyanın müvəffəqiyyətlə başa çatması üçün ən uyğun bir zamandır.

– Ermənilər ilə eyni qədərə sahib olan və eyni bölgədə yaşayan digər azlıqları öz tərəfimizə çəkmək, onlarla birlikdə müştərək düşmənimiz olan Türk Hökumətinə qarşı döyüşmək.

Hınçak Komitəsinin ən böyük məqsədi, Şərq Anadoludakı bütün digər azlıqlarla birlikdə, Osmanlı dövlətinin əsarətindən xilas olaraq İsveçrədə olduğu kimi bir federasiya qurmaqdır.

Bu siyasi proqrama uyğun olan çalışan Hınçak Komitəsi, xüsusilə işçi sinfinə çox uyğun gələn Marksizm təbliğatını uğurla qurmuşdur. Qarışıqlıqlar çıxarmaq və qiyam etmək üçün, gənclər, dini liderlər, avanturistlər və işsizlər komitəyə girməyə və buralarda işləməyə can atmış; Komitə idarəçiləri də, sinif əsası üzərində çalışaraq bir Erməni Proleteryasını yaratmaq istəmişdilər.

Ermənilərin hərəkətə keçmələri, məmləkətdə baş verə biləcək çox ağır və aradan qaldırılması qeyri-mümkün olan qanlı hadisələrin baş verməsinə şərait yaratmışdır. Hınçak komitəsinin təşkilatlarını qurmaq üçün Cenevrədən Tiflisli Şimavon, İrandan S. Danielyan, Trabzondan Rus vətəndaşı Ruben Hanazat, Batamdan H. Megavoryan gəldilər. Uzun sürən müzakirələrdən sonra, İstanbul Hınçak Mərkəzi Komitəsi yaradıldı. Bu təşkilata, İstanbulda 1890-cı ildən əvvəl qurulmuş olan digər qiyamçı təşkilatlar da qatıldılar.

Belə məlum olur ki, Türkiyədəki ermənilərin taleyi əsasən rus vətəndaşı olan ermənilərin əlində olmuşdur. Bu vaxt komitəyə girməyənlər və pul köməkliyi etməyənlər, təzyiqlərə məruz qalmış və ya qətlə yetirilmişdilər. Beləliklə, Hınçaq böyük sürətlə Anadoludakı vilayətlərə də yayılmağa başladı.

 

Hazırladı: Oktay Hacımusalı

 

25.05.2012 15:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*