Azərbaycanca

“Erməni məsələsi” beynəlxalq miqyasda gündəmə çıxarılanadək ermənilərin vəziyyəti

02.06.2014 | 08:39

1401706136_yazi-fotoXristian dünyası tərəfindən süni sürətdə atılmış «erməni məsələsi» beynəlxalq konfransların gündəliyinə və barış sazişlərinin maddələrinə daxil edilməzdən öncə bu qalmaqallı toplumun-erməni xalqının yaşamı, öz milli – dini dəyərlərini mühafizə edib-etməmə durumu, iqtisadi vəziyyəti və s. istər-istəməz hər bir oxucuda maraq doğurur. Doğrudandamı ermənilər tarixən «vəhşi» türklərdən saysız-hesabsız zülmlər, işgəncələr görmüş, dini inancları milli gələnəkləri (adət-ənənələri) və mədəniyyətləri assimlyasiya (özgələşmə) təhlükəsi ilə üzləşmişdi. Bugünkü erməni təbliğatına, o cümlədən 1000-dən artıq erməni saytlarındakı iftira və hədyanlara cavab vermək üçün nəinki alimlərimiz, hətta hər bir ziyalımız, Azərbaycan vətənpərvəri və sadə həyat tərzi yaşayan orta təhsilli yurddaşımız da bu sualların cavablarında aciz qalmamalıdır. Bu məqsədlə də hər şeydən öncə oxucularımıza ermənilərin türklərlə münaqişədən əvvəlki durumunu əks etdirən bir neçə vacib məqamı, dünyanın ən müxtəlif dinlərinə və millətlərinə mənsub olan müəlliflərin (həmçinin erməni müəlliflərin) dilindən (şərh vermədən) çatdırmaq istərdik: «Erməni etnosu Qafqazın hüdudlarından kənarda formalaşıb.» (İ.M. Dyakonov). «Ermənilər işğalçılar kimi gəlmiş və yerli əhalini əsarət altına almışlar.» (R. Hovannisyan).

 

«…Ermənilər İsveçrədən gəliblər.» (R. Kiriyan) – (Yuxarıdakı sitatlar üçün bax: İsrafil Məmmədov. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002., s. 259-260). *** «Ermənilər səkkiz əsr ərzində əvvəlcədən Səlcuq, sonra isə Osmanlı hökmranlığını məmnuniyyətlə qəbul etmiş, idarə sistemindən qətiyyən şikayət etmədən, öz dininə asudə itaətlə məşğul olmuş, dövlətdə mühüm vəzifələr tutmuş və ticarətdə hakim mövqeyə nail olmuşlar. Faktlar belədir.» (Fransız alimi, jurnalisti və hüquqşünası Jorj de Malevil) – (Жорж де Малевил. Армянская трагедия 1915-го года. Баку, 1990., с. 17 ). *** «Biz həyatımız boyu türk millətinə borcluyuq, türklər olmasaydı, bu gün nə erməni milləti olardı, nə də erməni mədəniyyəti.» (Erməni yazıçısı Torkum Stepanyan) – (Ə.M.Quliyev, A.Ə.Quliyev. Türk oğlu,…17-ci hücuma hazır ol!, Bakı, 2003., s. 3). *** «Türkləri hər hansı bir vəhşilikdə necə ittiham edirlər etsinlər, yalnız bunu deyə bilərəm: Türkiyənin müxtəlif şəhərlərində erməni-müsəlman toqquşmaları haqqında şəxsən bütün mənə məlum olanlardan belə qənaətə gəlirəm ki, qanlı işlər hər yerdə məhz ermənilərin öz təşəbbüsü ilə başlanmışdır.

 

Türklər Asiyanın nəinki müsəlman, həm də başqa xalqlarının ən yaxşı hissəsidir.» (Çar Rusiyasının Van və Ərzurumdakı baş konsulu Mayevski) – (Rusiyanın Van və Ərzurumdakı baş konsulu Mayevskinin xatirələri. Bakı, 1994., s. 30). *** «Türkiyə tarixi keçən yüzillikdə ermənilərin kütləvi təqibi haqqında heç bir fakt bilmir. Əksinə, onlardan çoxu 1915-ci il faciəsinə qədər yük­sək dövləti vəzifələr tutmuşdu. Toqquşma nəticəsində tələfat isə hər iki tərəfdən döyüş əməliyyatının qanunauyğun nəticəsidir ki, soyqırım hesab edilə bilməz.» (Strasburqdakı Şərq Tədqiqatları İnstitutunun direktoru Pyer Dyümon) – (Ə.M.Quliyev, A.Ə.Quliyev. Türk oğlu,…17-ci hücuma hazır ol!, Bakı, 2003., s. 3). *** «Ermənilər indiki dövrdə milli varlıqlarına görə həqiqətən Səlcuq və Osmanlı türklərinə borcludurlar. Bizanslıların və ya digər Avropalıların əlində qalsaydı, erməni adı bu gün sadəcə olaraq tarix kitablarında saxlanılan bir ad ola bilərdi.» (Levon Dabağyan) – (Süleyman Kocabaş. Ermeni Meselesi Nedir Ve Ne Deyildir. İstanbul, 1958., s. 17). *** «Erməni milləti (Bizans imperiyasının tərkibində ikən –X.İ.) zülm – əsarət altında qalmışdı. Bütün məmləkətimiz qan içindəydi. Bu qanlar vətənimizin bir ucundan o biri ucunadək dərya kimi aşıb-daşırdı»… «(Bizans hökmranlığı altında ikən –X.İ.) məzhəbini dəyişmək istəməyən ermənilərin boğazına əridilmiş qurğuşun tökərək, ən faciəli ölümlərə mübtəla edirdilər…» (Qədim erməni tarixçisi Urfalı Matevos) «Erməni kralı Qaqiqin əl-qolunu bağlatdırıb (bizanslılar) köpəklərə parçalatdırmışdılar…» (Yuxarıdakı sitatlar üçün bax: Süleyman Kocabaş. Ermeni Meselesi Nedir Ve Ne Deyildir. İstanbul, 1958., s. 17). *** «Urartu dili və xalqı ilə erməni dili və xalqının heç bir qohumluğu yoxdur. Ermənilər Urartuya e.ə VI əsrdə gəlmişlər. Urartululardan bəhs edən mixi yazılar isə e.ə IX əsrə aiddir.» (Fransız alimi Fransua Lenorman) – (Ленорманъ. Ассириологические письма. Серия 1-ая, письмо 2-ое., с. 124-129). ***

 

«Ermənilər Frikyadan gəlmədirlər. Onlar tədricən Frikyadan şərqdə yerləşən yüksəkliklərə yiyələnib, oradan qədim urartuluları sıxışdırıb, onların adına, dilinə və rəvayətlərinə yiyələnib, özlərininki ilə əvəz etdilər.» (Bu fikrin də müəllifi Lenormandır. O, bu qənaəti söylərkən Henrik Raulsonun ermənilər haqqında dediyi mülahizələri də təsdiq edir. İ.Q.Çavçavadze də Lenormanın fikirlərini yüksək qiymətləndirib.) – (Ленорманъ. Ассириологические письма. Серия 1-ая, письмо 2-ое., с. 124-129; И.Г.Чавчавадзе. Армянские ученые и вопиющие камни. Тифлис, 1902 – Баку, 1990., с. 33-35, 92). *** Ermənilər… friqlərlə birlikdə Qərbdən e.ə. 7- 6-cı əsrlərdə Şərqə gəlmişlər (N. Pastermacyan) – (İsrafil Məmmədov. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002., s. 260). *** “Ermənilərin əcdadları Çarox çayı hövzəsindən gəlmişlər” (История древного мира., изд. «Просвещение», 1979., с. 220). *** “Ermənilər həmişə yaşadıqları yerlərin yaramaz sahibləri olublar, öz yaxınlarını sataraq, həmişə güclü qonşularına məharətlə qulluq ediblər.” (Akademik Kerop Patkanyan) – («Министерство Народного Просвещения», 1875, № 175., с. 5). *** Dünya xanımlarının bir qismi erməni qadınının bir qayda olaraq öz ərinə xəyanət etmə təcrübəsini, başıpapaqlısının həmin əməldən hali olmaması incəsənətini mənimsəməyə cəhd göstərsələr də, azları buna nail ola bilir. Yeniyetmə erməni qızları öz bakirəliklərindən elə erkən, elə həvəslə imtina edirlər ki, sanki onlar namus çəpərlərinin bütövlüyünü qorumurlar, üstlərinə qonmuş tozu çırpırlar.” (K.Marks, F. Engels) – (K.Marks, F. Engels. Əsərləri, III c., Bakı., s.131). *** “Ermənilərin alçaqlığı və əclaflığı təbii xarakterlərindən, bir növ genlərindən gəlir”. (İngilis hərbçisi Dikson) – (Məhərrəm Zaman, Nəbi Xudiyev. Sonsuz erməni vandalizminin iç üzü., Bakı, 2007., s.13). *** “…aclıq illərində ermənilər bir-birini öldürür, oğul-uşaqlarını qızardıb yeyirdilər. Ər arvadını, arvad ərini, bir-birini öldürür, yeyir, doymurdular…” (Foma Metsonmski, erməni keşiş) – (Ramazan Hüseynov. Qərbi Azərbaycan Mühacir Hökuməti: ideyadan gerçəkliyə., Bakı, 2006., s.116). *** “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o, buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur.” (Manuk Abeqyan) – (Manuk Abeqyan. Erməni ədəbiyyatı tarixi., İrəvan, 1975., s.11). *** “Kilikiyadan Qafqaza qədər uzanan ərazilər heç vaxt erməni xalqına məxsus olmayıb”. (Riçard Hovanisyan) – (Джумшуд Нуриев, Шабнам Нуриева. Тайны истории фальсификации.,Баку, 2009., с.29). ***

 

“Əgər Movses Xorenatsinin (Musa Xorenli –X.İ.) qədim Ermənistanı var idisə, onda mənə heç olmasa bunu təsdiq edən bir arxeoloji obyekt göstərin”. (Akademik Piotrovski) – (Yenə orada, s.29). *** “İndiki Ermənistan ərazisində ilk dövlət qurumu Sak çarlığı – qədim türk mənşəli dövlət idi”. (Erməni tarixçisi Q.Kapantsyan, “Hayasa”). – (Yenə orada, s.34). *** “Bizim ikiüzlülüyümüz ana bətnindən peyda olur”. (Erməni şairi Yeğişe Çarens – (Yenə orada, s.42). *** «Ulu şahım… Beynənnəhreyndən (Mesopotamiyadan) Van gölü sahillərinə, oradan da Qafa ( Qafqaza ) oğuz-türk torpaqlarına 5-5, 10-10 gələn ermənilər saziş şərtlərinə görə sənətkarlıqla məşğul olmaq əvəzinə, məskunlaşmağa can atır, ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradırlar ki, bu da istiqbalda nəsillərimizə baş ağrısı verəcək… Bu işləri indi Ağkilsə (Əçmiədzin) kəndində əyləşən dünya ermənilərinin katolikosu II Qriqori maliyyələşdirir… Qarışıq nigahlar məni qorxudur, Şahım! Mənə səlahiyyət ver, cəmi 15 min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım Vətənin dışarına. Sənin qulun Rəvan Xan.» (İrəvan əyalətinin icmal dəftəri, 1519. İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə məktubundan) – (İrəvan əyalətinin icmal dəftəri, 1519. – Bakı, 1996.; “Xalq qəzeti”, Bakı, 24 dekabr 1997-ci il.; Əziz Ələkbərli. Qərbi Azərbaycan, II c., Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları (Zəngibasar, Qəmərli və Ellər rayonları)., Bakı, 2002., s.5-6). *** Qarabağ erməni əhalisinin diş sisteminin analizi göstərmişdir ki, bu ərazidəki əsl ermənilər gəlmədirlər. Əvvəlki Qarabağ erməniləri isə albanlardan dönmədirlər. (Məşhur akademiklər İ.Orbeli, S.Usremyan və b. erməni alimlərinin arasdırmalarından) – («Kommunist» qəzeti, Bakı, 08.06.1989) . *** “Erməni xalqı öz dövlətçiliyindən çox tez – bizim eranın V əsrində məhrum olmusdur, həm də Qafqazda yox, Mesopotamiyada”. (Tarix elmləri doktoru Fəridə Məmmədovanın akademik A.Saxarovla dialoqundan) – (Ю.Помпеев. Кровавый омут Карабаха., Баку, 1992., с.83). *** “Bir çox illər bundan öncə Yerevanda, səs-küylü, qafqazaxas gecədə, arağın təsiri ilə ağırlaşmış bir erməni ilə qızğın diskussiyaya (müzakirə, mübahisə –X.İ.) urcah oldum, hansı ki, məni ciddi şəkildə inandırmağa çalışırdı, İsa Məsih yarıermənidir. – Axı necə ola bilər? Hansı yarısı? –deyə mən təəccübləndim. – Bəllidir ki, Məsihin anası yəhudidir, atası isə – Cənab Allahdır. Belə çıxır ki, Allah ermənidir? – Başqa necə ola bilər? – deyə tamamillə ciddi şəkildə (erməni) müsahibim cavab verdi.” (“Komsomolskaya Pravda” qəzetinin əməkdaşı Darya Aslamova) – (Дарья Асламова. Россия и Армения –зачем мы нужны друг-другу? «Комсомольская Правда», Москва, 16.06.2009.; Джумшуд Нуриев, Шабнам Нуриева. Тайны истории фальсификации.,Баку, 2009., с. 40-41). *** İndi isə, ermənilərlə əlaqəli tarixi mənbələrdən məlum olan bu iqtibasları sadaladıqdan sonra onlar haqda bəzi zəruri məqamlara diqqəti cəlb edək.

 

Ermənilərin tarixində ən vacib dönüş nöqtəsi heç şübhəsiz ki, onların xristian dinini qəbul etmələri sayıla bilər. Bu, 301-ci ildə knyaz Trdatın fərmanı ilə baş verdi. Ermənilərin iddiasına görə, guya baş patriarx Eçmiədzində (əsl adı müxtəlif dövrlərdə Ağkilsə və Üçkilsə olduğu bildirilir; elə «Eçmiədzin»-»Üç müəzzin» də türkcədən alınma sözdür) otururmuş. VI əsrdə Roma kilsəsindən ayrılan ermənilər Qüds şəhərində yeni bir patriarxlıq yaratdılar. Məzhəblərin zidd gəlməsi və dava ilə nəticələnməsindən sonra 993-994-cü illərdə Roma ordusu böyük qüvvə ilə ermənilərin üzərinə hücuma keçərək onları qılıncdan keçirdi, qalanlarını isə əsarət altına aldı. Erməni kilsəsi və onların dini lideri olan erməni katolikosu öz xalqını ölümcül təhlükədən xilas etmək üçün Səlcuq hökmdarı Sultan Alp Arslana (hökmdarlıq tarixi: 1063-1072-ci illər olmuşdu – X.İ.) müraciət etdi. 26 avqust 1071-ci ildə Malazgirt döyüşəndə Bizans İmperatoru Roman Diogeni məğlub etmiş ünlü Səlcuq Sultanı Alp Arslan erməniləri himayə edərək, onları Bizans zülmündən qurtarmışdı. 1091-ci ilin fevralın 26-da erməni katolikosu Ba­rsesin müraciətindən sonra isə türk Sultanı Məlikşah erməni kilsəsi və monastırlarının, erməni din xadimlərinin vəziyyətini yaxşılaşdırmağa dair sərəncam imzaladı. Bir qədər əvvəl ermənilərin dəfələrlə bizanslılarla birləşərək döyüş meydanında türklərə qarşı vuruşduqlarına baxmayaraq, Səlcuq və Osmanlı imperatorluqlarında onların dini inanclarına, gələnəklərinə, milli dəyərlərinə nəinki zərər gəlmir, hətta aciz, kiçik bir xalq kimi onlar hərtərəfli himayə edilirdi. Belə ki, o tarixi dövr və Sultan Məlikşahın rəftarı haqqındakı qeydlərində erməni katolikosu Vasil yazırdı: «O ( yəni Məlikşah ) hər tərəfdən barış və hakimanə bir idarə qurmuşdu… Bildiklərimizin hamısından adil olduğuna görə heç bir insana kədər ver­mədi… Hərb və zorakılıqla deyil, könüllərə yol tapmaqla indiyədək heç bir hökmdarın əldə edə bilmədiyi məmləkətlərə sahib oldu» (İsrafil Məmmədov. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002., s. 261-262). Qədim erməni tarixçisi Urfalı Matevos da Sultan Məlikşahın xalqlara ədalətli bir hami olması haqda yazırdı: «Məlikşahın səltənəti Allahın lütfünə nəsib oldu.

 

Hakimiyyəti uzaq ölkələrə qədər yayıldı və ermənilərə sakitlik verdi… Qəlbi xristianlara qarşı şəfqətlə dolu idi. Keçdiyi ölkələrin xalqları ilə ata kimi rəftar edirdi» (Atamoğlan Məmmədli. Ermənilərin gerçək tarixi. Bakı, 2005., s. 63-64). Erməni tarixinin həmin dövrünə münasibətdə çağdaş erməni müəllifi Ter Çersisyanın 1972-ci ildə qələmə aldığı mülahizələr də qədim türk dünyasının ədalətindən xəbər verir: «Ermənilər Bizansın öldürücü ilhaq siyasətinin xeyli davam etdiyi və ermənilərə qarşı düşmənçiliyin artdığı bir vaxtda Şərqdə Səlcuq türklərinin zühur etdiyi göründü… Bizansın Malaskert (Malazgirt-X. İ.) fəlakətinə uğramağı üzündən bütün ermənilər 1071-ci ildə Səlcuqların idarəsinə keçdilər… Səlcuqların köməyi ilə hürriyyət qazanan ermənilər Qriqoryan idarəsində tərəqqi etdilər» (İsrafil Məmmədov. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002., s. 262)… *** Səlcuqlardan sonra Osmanlılar da ermənilərin barış, rifah və tərəqqi şərtlərilə yaşamasına imkan yaratmışdılar. 1326-cı ildə Orxan bəy Bursanı fəth etdi və müəyyən bir müddət ərzində Bursa türklərin baş şəhəri oldu. Bu zaman Orxan bəy ermənilərin də Bizans təhlükəsindən birdəfəlik qurtulması üçün onların Anadoluda məskunlaşmasına icazə verdi. Onun şəfqəti nəticəsində erməni patriarxlığı da Bursaya köçürüldü. İstanbulun fəthindən sonra, 1461-ci ildə Fateh Sultan Mehmet Bursanın baş yepiskopu Hovakimi bütün ermənilərin patriarxı kimi tanımışdı və onu iki yüz erməni ailəsi ilə birlikdə İstanbula köçürdü. Sultan Mehmetin əmri ilə patriarxlığa və erməni ailələrinə münasib yerlər ayrıldı, bununla da İstanbulda güclü bir erməni icması yarandı (Yenə orada). (Heç də təsadüfi deyil ki, erməni kilsəsinin rəsmi saytında deyilir: «Erməni kilsəsi tarix boyu erməni xalqı ilə o qədər yaxın olmuşdur ki, indi onları bir-birindən ayrı düşünmək mümkün deyil. Millət və kilsə məfhumları o qədər qaynayıb-qarışmışdır ki, sanki «milli kilsə» termini məhz ermənilər tərəfindən məxsusi düşünülmüşdür».) *** Türkiyə ermənilərinin sonradan xristian havadarlarının meydana çıxması prosesi isə öz təməlini 1536-cı il tarixindən başladı, desək, yanılmarıq. 1536-cı ildə Osmanlı hökumətinin Fransa ilə bağladığı müqavilə əsasında fransızlar bütün Osmanlı torpaqlarında ticarət hüququ əldə etdilər. Fransızlara həm də tam dini azadlıq bəxş edildi. Bundan başqa, həmin sənədin imzalanması nəticəsində Osmanlı ərazilərindəki katoliklər üzərində fransızların protektoratının fəaliyyətinə qeyri-məhdud imkan yarandı. Türk tarixçiləri, o sıradan Kamuran Gürün Osmanlı İmperiyasının durğunluq dövrünü 1579-cu ildən – Mehmet Paşa Sokulunun ölüm tarixindən, düşmə dönəminin başlanğıcını isə 1699-cu ildən – Karlovits sazişindən hesablayırlar. 1774-ci ildə Küçükqaynarca müqaviləsi isə Osmanlı İmperiyasının böyüklüyünə və güclülüyünə son qoydu (Кямуран Гюрюн. Армянское досье. Баку, 1993., с. 67)… 1831-ci ildə Fransız səfirliyinin xahişi ilə Sultan II Mahmud ermənilərin dilinin, adət-ənənələrinin qorunması üçün «erməni icması»nın qeydə alınması haqda əqd imzaladı (Atamoğlan Məmmədli. Ermənilərin gerçək tarixi. Bakı, 2005., s. 96, 105). Və 1878-ci ilədək Osmanlı ərazisində yaşayan ermənilərin Anadolu türklərilə münasibətlərində çox ciddi bir pozuntular hiss olunmamışdı, desək, yanılmarıq (İsrafil Məmmədov. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002., s. 264)… «Bu erməni icması türklərin gündəlik həyatının fəaliyyətini təmin edirdi. Qədim zamanlardan daha çox idarə etməyə öyrənmiş türklər, sənayenin bütün sahələrini ermənilərə buraxmışdılar. Nəticədə Türkiyədə bütün bankirlər (bank yiyələri), tacirlər və mexaniklər ermənilərdən ibarət idi. Bundan başqa, ermənilərlə müsəlmanların psixoloji uyqarlığı və maraq eyniliyi də yaranmışdı… Çətin ki, elə bir paşa və yüksək rütbəli (türk) çinovnik tapılsın ki, ermənilərdən borc almasın. Hətta imkansız türk kəndlisi əkinə toxum almaq üçün ermənilərə borc xahişilə müraciət etməli olurdu. Osmanlı hətta bir gün belə ermənisiz yaşaya bilməzdi. Bu (həqiqət) o dərəcədə aydın idi ki, Türkiyəni məhv etmək istəyən ruslar, ilk öncə oradakı erməni icmasını öz tərəfinə çəkməyə başladılar.

 

Onlar 1828-ci ildə Ərzurumu işğal edib erməniləri də öz cəza tədbirlərinə cəlb etmişdilər ki, ruslar geri çəkiləndə ermənilər öz torpaqlarını qoyub getməli oldular» (F.Valvi. Revolutions in İslam. London, 1925., p. 81-82). F.Valvinin «İslamda inqilablar» kitabından alınmış bu sitatı xatırladan professor Sabir Əsədov yazırdı ki, həmin iqtibas 1857-ci ildə Nyu-York mətbuatında dərc edilmişdir. Yəni o zamankı qərblilər ermənilərin Osmanlıdakı durumuna ancaq qibtə ilə yanaşa bilərdilər, vəssalam. Osmanlını süquta uğratmaq üçünsə iqtisadi-siyasi planlardan başqa, daxildə təfriqə yaratmaq planı da lazım gəlirdi (Сабир Асадов. Миф о « Великой Армении». Баку, 1999., с. 203-204). (Ardı var) İndiki İran ərazisindəki Güney Azərbaycandan ermənilərin (hərçənd oraya da gəlmədirlər –X.İ.) İrəvan və Naxçıvan vilayətlərinə köçürülməsi ilə bağlı Rusiya arxiv sənədlərindən biri («Армянский вопрос на Кавказе (По материалам российских архивов и изданий)». Санкт-Петербург, 2011, издательство «Академия исследования культуры», в 3-х томах., 1-й том., с.102)

 

Xaqani İsmayıl

“KarabakhİNFO.com” 

02.06.2014 08:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*