Azərbaycanca

Erməni mayor: “Danışıqlar Azərbaycanın xeyrinə gedir”

19.07.2014 | 06:44

mensoyanMaykl Mensoyan: “Minsk qrupunun tərkibindəki təmsilçilərinin vasitəsi ilə ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənən bu prinsiplər Azərbaycanın iradlarına yüksək önəm verərək vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub”

Massaçusets Universitetinin fəxri professoru, hüquq doktoru, ABŞ ordusunun ehtiyatda olan mayoru Maykl Mensoyanın “The Armenian Weekly” nəşrində məqaləsi dərc edilib. Mensoyan məqaləsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar tam şəkildə Azərbaycanın xeyrinə gedir.

Onun sözlərinə görə, lap əvvəldən münaqişənin həlli üçün hazırlanan Madrid prinsipləri Ermənistanın maraqlarının əleyhinə idi: “Danışıqlara nəzarət edən Minsk qrupunun tərkibindəki təmsilçilərinin vasitəsi ilə ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənən bu prinsiplər Azərbaycanın iradlarına yüksək önəm verərək vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub. Bu yanaşma böyük ölçüdə bizim günahımızın nəticəsidir. Azərbaycan Dağlıq Qarabağ ermənilərinin müstəqillik əldə etmək prosesini axıra çatdırmağa imkan vermədi. Elə o vaxtdan biz Azərbaycana nəinki problemi, eləcə də onun həllini müəyyən etməyə imkan vermişik. Bu isə Azərbaycan və Minsk qrupuna Dağlıq Qarabağın müstəqilliyini və onların nümayəndələrinin danışıqlar prosesində iştirakını rədd etməyə imkan verib. Xarici dövlətlərin liderləri və onların liderləri Qarabağ məsələsindən danışarkən mütləq münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər. Görünür bu, hərbi yolla həldən üstündür. Digər tərəfdən bu, Azərbaycana sərf edən qərardır. 1991-ci il sərhədlərinə qaytaran bu həll Azərbaycanın xeyrinədir, onun ərazi bütövlüyünün bərpa edilməsi üzrə tələblərini dəstəkləyir. Bizim silahlı qüvvələrimiz Dağlıq Qarabağdan çıxan kimi, onlar qeyri-effektiv beynəlxalq sülh qüvvələri ilə əvəz ediləcək. Həmin an İlham Əliyev qələbəsini elan edib işğal edilmiş əraziləri öz nəzarətinə qaytardığını bəyan edə bilər. Təəssüf ki, bizi sıfır variantı həlli gözləyir: Azərbaycan öz ərazisini bərpa edir, Qarabağ erməniləri müstəqillikdən əl üzürlər. Ondan sonra danışıqları davam etdirməyə ehtiyac qalmayacaq. Çünki daha danışıqlardan söhbət gedə bilməz. Təəssüf ki, bizə heç nə qalmayacaq: Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, Qarabağ müstəqilliyini itirəcək. Sıfır nəticədə qızıl orta və kompromis variantı olmur. Madrid prinsiplərinə əsasən danışıqların sonunda Qarabağda referendum keçirilməlidir. Proses elə istiqamətdə gedir ki, referendum keçirilən vaxta qədər Qarabağ azərbaycanlılar tərəfindən dolacaq. Təəssüf ki, Ermənistanın siyasi və iqtisadi hakimiyyəti çox məhduddur”. Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffren “Lragir”ə müsahibəsində bildirib ki, Dağlıq Qarabağın son statusu tərəflər arasında və xalqların öz istəyi ilə müəyyən olunacaq: “Buna qədər isə dəhliz istisna olmaqla 7 rayon Azərbaycana qaytarılmalıdır: “Təhlükəsizlik təminatı, sülhməramlılar da olacaq. Amma razılaşmanın əsası odur ki, son statusu müəyyənləşdirməklə yanaşı 7 rayon Azərbaycana qaytarılmalıdır. Tərəflərdən biri bu təkliflərdən imtina etsə, konflikt hələ çox çəkəcək”.

“KarabakhİNFO.com”

19.07.2014 06:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*