Azərbaycanca

Erməni mer Kəlbəcərdə minaya düşdü

22.07.2014 | 09:01

minaErmənistan Ordusunun işğalı altında olan Azərbaycanın Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.

APA xəbər verir ki, Ermənistanın Armavir şəhərinin merinin «Villis» markalı maşını bu gün Kəlbəcər rayonunun şimalında minaya düşüb. İlkin məlumatlara görə, mina partlayışı nəticəsində avtomobilin sürücüsü ölüb. Müxtəlif qəlpə yaraları almış Armavirin meri Ruben Xlqatyan və daha iki nəfər isə helikopterlə İrəvana aparılıb.

Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan hökumətinin iclasında Kəlbəcərdə Azərbaycan «diversantlarının» hərəkətini məhdudlaşdırmaq üçün bütün yolların minalanması istiqamətində işlər apardıqlarını açıqlamışdı.

“Dağlıq Qarabağ ordusu hazırda Kəlbəcərə aparan bütün mümkün yolların müəyyənləşdirilməsi və həmin yolların minalanması üçün tədbirlər görür”, – deyə Ohanyan bildirib.

“KarabakhİNFO.com”

22.07.2014 09:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*