İdeologiya bəzən “obyektiv olmayan bir düşüncə məhsulu” olaraq tanıdılır. Bu ideologiya ilə yüklənmiş adamalar və millətlər bəzən insanı səhvlərə aparar, bir hadisə və məsələni qiymətləndirərkən yanlış yola düşməyə də sövq edə bilər, fikirlər də yanlış ifadə edilər. Çünki həmin toplum dediyimiz idealogiyanın əsirinə çevrilmişdir. Bu mənada ideologiya yanıltıcı xüsusiyyət də daşıya bilər. Başından bəri erməni ideolojiləri başqa birini alçaltmaq xüsusiyyəti ifadə etdiyinə görə erməni toplumunu yanlış yola sürükləmişdir. Bu səbəbdən də xalqın özü pis vəziyyətdə qalmış, düşdüyü duruma görə isə kimlərisə günahlandırmağa çalışmışdır. Erməni xalqının bədbəxtliklərindən biri ondan ibarətdir ki, malik olduğu idelogiyalar bəşəri olmamışdır. Öz- özünə vurğunluq, özünü başqalarından fərqləndirmə, hətta yalandan özlərini ari irqlərə aid etmə vəb. xüsusiyyətlər onları bəşəri dəyərlərdən uzaqlaşdırması bir yana , həm də onların öz içində də adam öldürməyə, terrora meyl yaratmışdır. Erməni ideoloji cərəyanlarına diqqət etsək görəcəyik ki, onların hamısının mayasında başqa xalqlara yuxarıdan aşağı baxma var. Bu isə durumu hər zaman münaqişələrə götürmüşdür. Münaqişələr, savaşlar isə bu ideolojiyə sahib olan millətin xeyrinə nəticələnə bilməz. Çünki onun kökündə qeyri- insani nə desən var Erməni üçün bu ,”doğru düşünmə elmi ” olaraq düşünülməz.
Bəzi ideologiyalar onu təyin etmə, ona yanaşmanın istiqamət və tərzinə görə
dəyişməkdədir. Amma erməni ideologiyası dəyişməmişdir. Bu ondan irəli gəlmir ki, təməli möhkəmdir. Ermənilərin milliyyətçi ideologiyası müəyyən bir sinif və ya qrupa xas inanclar sistemi olaraq keçmişə söykəndiyinə görə dəyişmir, Biz onların bir neçəsindən bəhs edəcəyik.
Erməni milliyyətçiliyinin fikir atası – Artsruni
Erməni millətçiliyinin əsas nəzəriyyəçilərindən biri Artsrunidir.
Erməni milliyyətçiliyinin fikir atası Artsruni hesab olunur. 1915-ci il hadisələrinin nədən baş verməsini anlamaq üçün erməni milliyyətçi nəzəriyyələrin və onların əsas teorisyenlərinin kimlər olduğunu aydınlaşdırmağın çox əhəmiyyəti vardır. Həmin dövrün sənədləri, erməni millətçiliyinin Qərbin və Çar Rusiyasının, xüsusilə 19-cu əsrdə başlayan erməniləri üsyanlarının , onların Türkiyəyə qarşı istifadə etmək planlarının kökündə məhz bu dayanır . Erməni milliyyətçiliyi – bu isə şovinizm və irqçiliyə söykənir. Erməni ideologlarının həmin illərdə nəşrlərində rast gəldiyimiz nəşrlərində erməni millətçiliyinin işbirlikçi, fanatik və təcavüzkar kökləri dəqiq bir şəkildə ortaya qoyur. Bu mənada erməni millətçiliyinin ilk nəzəriyyəçilərindən olan Grigori Yeremeyeviç Artsruninin fikirləri mövzumuzun aydınlaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Tiflisdə nəşr etdirdiyi “Mşak”( Rəncbər) adlı qəzetində Osmanlı rəhbərliyindəki erməniləri üsyana səsləyirdi. Yazdığı məqalə və kitablarında Artsruni Türkləri, Kürdləri və müsəlmanları alçaldır, ələ salır .
Artsruni, 1845-ci ildə Moskvada anadan olub. Babası 1813-cü ildə Vandan Cənubi Qafqaza göçmüştü, atası isə rus ordusunda generaldı. Mənşəyinin qədim bir erməni şahzadəliyindən gəldiyi deyilən ailəsi zəngin idi, böyük mal varlıqlarına sahib idi. Artsruni uşaqlığında ailə təhsilini rus və fransız əsaslı aldı, erməni dilini isə bilmirdi. Ali təhsilini Moskva, Peterburq və sonra da Tsürix, Cenevrə və Heidelberqde tamamlamışdı. Erməni milliyyətçilərinin ilk beşiyində – Venediktdə o erməni liberalizmini mənimsəmişdi, Mihitarist Erməni monastırında öyrəndi.Vatikanın Yaxın Şərqdəki missioner fəaliyyətini yürütmək üçün Qafqaza gəlir. 1872-ci ildə Tiflisdə erməni millətçiliyinin ən əhəmiyyətli və təsirli nəşri olacaq “Mşak”ı (Rəncbər) çıxarmağa başladı. Mşak’ın əhəmiyyətli məqsədləri arasında Türkiyə və Rusiya ermənilərini bir-birlərinə yaxınlaşdırmaq və erməniləri Avropaya tanıtmaq idi. Artsruni daha sonra Taşnakizmin proqramının milliyyətçi təməlini meydana gətirəcək əsas müddəaları məşhur qəzetin səhifələrində işləməyə başladı, beləcə Daşnaksütyunun da fikir atası oldu. Daşnaklar da Grigori Artsrunini öz ideoloqlarından biri olaraq gördüklərini hər zaman vurğulamışlar. ( “Daşnaklar və onların rəhbərləri” kitabı (ermənicə- 1904, Tiflis)
Artsruni elə də savadlı adam deyildi, erməni həqiqətinin nədən ibarət olmasını , onun konkret şərtlərini yaxşı bilmirdi; Türkiyə erməniləri məsələsində tutduğu məvqe də aydın deyildi , bulanıq bir təsəvvürə sahib idi, yazılarında çox kobud bir dil işlədirdi, lakin bu “xüsusiyyətlərinə” baxmayaraq Artsruni 1880-90-cı illərin erməni “mədəni” cəmiyyətinin “rəhbəri”, “qəhrəmanı” və ” yönləndiricisi” olmağı bacardı. 19 dekabr 1892-ci ildə Tiflisdə ölən Artsruni’nin dəfn mərasimi, Tbilisi şəhərinin bütün ermənilərin və erməni xalq kütlələrinin geniş iştirakı milli bir matəm gününə çevrildi.
Ona bu sevgi hardan qaynaqlanmışdı, Artsrunini geniş kütlələri arxasınca sürükləyəcək və erməni millətçiliyinin təməllərini atan fikirləri nə idi, erməniləri “xilasetmə” nələrdən ibarət idi?
Artsruni 1876-ci ildə Tiflisdə “Şərq Problemi” başlığı ilə çıxan bir broşurasında ona qədər olan və həmin dövrə xas olan erməni millətçi ziyalılarının fanatik və irqçi istiqamətini bir daha dəqiq bir şəkildə ortaya qoyur. Mxitaristlərin Venesiyada başlatdıqları təlimi davam etdirərək kitabalar və qəzetlər nəşr etdirərək erməniləri bu ideyalarla yükləmək əsas məqsəd hesab edərək bu işin də memarına çevrilir. Qərb ölkələri Osmanlı dövlətini parçalamaq üçün ortaya bir “Şərq məsələsi deyilən qondarma problem atmışdılar. Artsruni, Şərq probleminin mədəni və mədəni irqlərin barbar irqlərə qarşı mübarizəsi, arı və semit boyların turan nəsillərinə qarşı döyüşü kimi qələmə verərək ermənilərlə türklərin, kürdlərin bölgədə problemi olduğunu ifadə etməkdədir. Bu xətti davam etdirməklə erməni millətinin azad olunması məsələsini gündəmə gətirməyi hədəfləmişdir. O Şərq Problemi dedikdə burada yaşayan slavyanlarin, ermənilərin, yunanların, aysorlular, gürcülərin və yəhudilərin haqq və hüquqlarının müdafiəçisi kimi çıxış edərək onları da öz ideolojisinə ortaq etmək istəyir.Onları əzənlərə Monqol hökmranlığına (Türk anlamında) qarşı mübarizəsinin qaçılmaz olduğunu meydana atır. Bu Avropaya bir anlamda mesaj olaraq verilir və ermənilərin yerli imperiyaya qarşı olayan bir qarşıdurmasınadan bəhs edərək onları buna inandırmağa çalışır ki, ermənilər bu imperiyasnın parçalanmasına gücləri çatacak səviyyədə bir millətdirlər və onlar bu işi bacaracaqlar Qərbə də lazım olan budur. O yazır ki,”Türkiyə iqtidarı altındakı ari və semit mənşəli boylar, Osmanlı İmperatorluğunda əhalinin böyük əksəriyyətini təşkil edir. Avropanı bu cəfəng təbliğata inandırmaq üçün hətta Azərbaycan əhalisini də bu cərgəya aid edir. Onlar zorla müsəlman edilmişlər. Monqolların( türklərin) barbar təzyiqləri altında müsəlmanlığı qəbul etmiş olan müsəlman slavlar, müsəlman yanalar (rumlar), müsəlman ermənilər , müsəlman gürcülər və hətta kürdlər və semit irqlər hesab edilməlidir: O cümlədən müsəlman yəhudilər və müsəlman aysorlar. Bu boylar, bir ovuc Türk-Səlcuq boylarıyla müqayisə Türkiyədə çox böyük bir əksəriyyət təşkil edir”.
Başqa bir yazısında “Əgər Avropa, inkişafa açıq və mədəniyyətə sahib bu mədəni irqləri…yenidən mədəniyyətə qovuşdurmaq, yenidən insanlığa qaytarmaq istəyirsə, turan olmayan bütün irqləri turan hökmranlığından xilas etməsi lazımdır.” (M. Y. Alaverdyants, İdeoloq Osvobojdeniya Turetskix armyan, Petrograd, 1915, s. 19 vd )
Türkləri Avropadan Anadoluya qovmaq! Osmanlının gec-tez bu qitəni nəzarəti altına alacağından qorxan Avropada belə bir tendensiya mövcud idi. Avropadakı belə bir siaysətin yanlış olduğunu deyən erməni ideoloq bu siyasətin Şərq problemini əsla həll etməyəsəyini iddia edərək diqqəti Kiçik Asiyada yaşayan milyonlarla Hind-Avropa irqinin məhv olacağından narahatlığını gizlətmir. Avropanı ittiham edir ki, onları Monqol irqinin əlinə verir, ifadəyə fikir verin: ” onları Kiçik Asiya çəyirtkə sürüsü türklərəmi tərk edəcəksiniz?” O silahlanmağı və türk hakimiyyətinə qarşı vuruşmağı yeganə yol hesab edir. Və türkləri Avropadan qovmaqla kifayətlənmək olmaz.
Çünki dövlətçilik , idarəçilik bacarığı olan ari və semit irqlər bacarıqsız türklərin hakimiyyəti altında inildəyirlər. Bu baxımdan slavyan irqlərlə Kiçik Asiya tayfaları arasında Avropa mədəniyyətinin yayılmasına mane olan türk iqtidarı ortadan qaldırılmalıdır.
Artsruni Türkləri və kürdləri hər addımda təhqir edir.
11 May 1879 tarixində Tiflisdə iş adamları klubunda çıxışında
O qədər geniş mədəni qabiliyyətləri olan ermənilər nə üçün özündən min qat geri barbar boylar üzərində hakimiyyətinə nail olmamışdır?” sualıyla başlayır və sonra deyir ki, ermənilər, qonşu millətlərin hamısından , hətta xristian olan millətlərdən tamamilə fərqlidir və mədəni qabiliyyətləriylə seçilməkdədir. Digər millətlər sonda o qənaətə gələrək erməniləri özlərinə rəhbər seçəcəklər.Çünki erməni ağlı və qabiliyyəti ilə onların hamısından üstündür.
Ermənilərin xarici güclər tərəfindən Türk hökmranlığından qurtarılması lazımdır. Avropa bunu anlamalıdır.
Türkləri və kürdləri qiymətləndirərkən Artsruni yazır ki, “…nə türklərin nə də vəhşi kürdlərin keçmişi, tarixi, ədəbiyyatı, məktəbləri, iqtisadi istehsal ruhu və iş qabiliyyəti vardır. Təbiət, bütün xalqlara eyni cür qabiliyyətlərə sahib beyin verməmişdir. Türklərin və kürdlərin mədəniyyətə və sənətə meylləri yoxdur. Dilləri vardır, ancaq çox geri və primitivdir. Bu dillərdə ən yaxşı ehtimalla orta məktəb təhsili verilə bilər.
Artsruninin “mədəni ari və semit irqləri” sırasında olan ermənilər Kiçik Asiyada bu xüsusiyyətlərinə görə qəsdən barbarların yönətimi altına verilmişdir. Avropa səhvini düzəltməlidir.
Artsruni, erməni millətçiliyinin ideoloji təməllərini qoyduğu kitablarında kürdlərin ən əhəmiyyətli məşğuliyyətlərinin oğurluq, talançılıq olduğunu ifadə edir. Ermənilərlə birlikdə yaşayan kürdlər, hər zaman onların xidmətində çalışmış, hətta birlikdə erməni kilsəsində ermənilərlə müsəlman olsalar da anlamazlıqlarından dualar etmişlər. Kürdlər üçün din anlayışı yoxdur deyir Artsruni . Kürdlər, ermənilərin ən etibarlı əlaltısı olmuşdur, ancaq əllərinə fürsət düşən kimi xidmət elədiyi ağasının , sahibinin evini yağmalamış, onu öldürmüş, həyat yoldaşına, qızlarına təcavüz etmiş, mallarını oğurlamış, evini yerlə bir etmiş, mal- mülkünü yandırmışdır.
Türklərə gəlincə, Artsruniyə görə, onlar tənbəl, kütbeyindirlər, ermənilərin hesabına ayaqda dururlar, həyatlarını davam etdirməkdədirlər. Kasıb və ya varlı- fərqi yoxdur, türk qadını kişilərinin ehtiraslarını təmin etmək və hərəmlərini bəzəmək üçün doğulmuşlar. Müsəlmanlar arasında nə bir usta var, nə də seçilən fəhlə. Ermənilər çalışqan bir xalqdır, müsəlmanlar isə bunun tam tərsidir. Göründüyü kimi, ermənilər, bir tərəfdən, quldur kürdlərlə, digər tərəfdən ağılsız, tənbəl, rüşvətxor türklərlə əhatə olunmuşdur.( Grigori Artsruni, Ekonomiçeskoe Polojenie Turetskix armyan, Tipografiya A. Gatsuka, Moskva, 1880).
Artsrunini irəli sürdüyü ideyalar sonralar daşnakizmin də əsasını təşkil etmişdir. Daşnakizmin “Əsas İncili” ( Karinyan ) olaraq xarakterizə etdiyi bu kitabı qiymətləndirərkən artıq təcavüzkar erməni millətçiliyinin ortaya çıxdığının şahidi oluruq.. Artsruninin “Ekonomiçeskoe Polojenie Turetskix armyan” ( Türkiyə ermənilərinin ekonomik durumu) kitabının yazılmasının əsas vəzifəsinin, dünyanın, xüsusən Rusiyanın diqqətini Türkiyə ermənilərinin yaşadığı bölgənin təbii zənginliklərinə və böyük iqtisadi potensialına çəkmək olmuşdur. Bu isə o deməkdir ki, burada yaxşı gəlir götürmək olar.Bu kitabla Artsruni ermənilərin özünü de bu sərvətlərə sahib olmaq üçün üsyana təşviq etmişdir. Kitabda “zalım müsəlmanlara qarşı qisas duyğularını oyandırmaq məqsədi qoyulmuşdur”. (A. B. Karinyan, Erməni Milliyyətçi axınları, Kaynak Yayınları, İstanbul, 2007)
Grigori Artsruni, nəşr etdirdiyi “Mşak” qəzetini də bu ideologiyanın yayılmasında əhəmiyyətli bir vasitə olaraq istifadə etmişdir. O bu qəzetə öz həmfikirlər olan Raffini, Arpiar Arpiaryanı, Leonu, Mkrtıç Portukalyanı, Mikael Varandyanı cəlb edərək onların da yazılarından faydalanmışdır. 1880- ci illərdə erməni fikrində önəkli rol oynayan bütün milliyyətçilər bu qəzetə yazılar göndərirdilər.
“Mşak” qəzetinin 1876-ci il 24-cü sayında “Ermənilərin bir millət olaraq insan sifətini daşımağa haqqı yoxdur” deyərkən onu nəzərdə tuturdu ki, Türkiyə erməniləri türklərə qarşı mübarizədə qətiyyətli deyillər, hətta . Artsruni’nin Qərb və Çar diplomatiyasını da bu məsələdə qərarlı olmamaqda günahlandırıdı Türklərlə əməkdaşlıq edən erməniləri fiziki cəhətdən yox etmək kimi düşüncə də Artsrunudən gəlirdi. Onun ideolojisindən qidalanan erməni fədayiləri, terrorçu qruplar erməni millətindən olan adamlara belə acımır, onları da öldürməkdən çəkinmirdilər. Artsruni deyirdi ki, bu başqalarına dərs olacaq. Onun firincə ermənilərin qurtuluşu, Türkiyədə yaşayan bütün xalqların qurtuluşuna bağlıdır – deyərkən “digər xalqlar” olaraq kürdləri, suryaniləri, aysorları və b. Avropa Türkiyəsində xristian topluluqlarını nəzərdə tuturdu.
Ermənilərin qurtuluşu ideyasını irqçi fikirlərlə möhkəmləndirən ermənilərin millyyətçiliyinin fikir babası yeni dövrdə erməni milliyyətçiliyinin əsasını qoymuşdur. Hnçak, Daşnaktsütyun partiylarının yaradılmasında onun əməyi olmuşdur. Ondan sonra gələnlər armenakançılar, daşnaklar, hnçakçılar, daha sonra erməni dövlətini yaratmaq üçün mübarizə yoluna çıxan digər siyasi təşkilat və erməni ziyalıları Artsrunini milli ideoloq olaraq qəbul etmişlər. Bu ideologiya indi də davam etdirilməkdədir.
Qafar Çaxmaqlı
KarabakhİNFO.com