Azərbaycanca

Erməni ordusunda itki

03.03.2015 | 13:45

56338

20 yaşlı əsgər Azərbaycanın işğal edilmiş torpaqlarında ölüb

 

 

 

 

 

 

Azərbaycanın işğal edilmiş torpaqlarında erməni əsgər ölüb.  “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə  istinadən verdiyi məlumata görə, 20 yaşlı Arsen Karapetyan döyüş postunda ölümcül yara alıb.

 

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 66 dəfə pozduğu bildirilirdi.

 

Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Sarıcalı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

 

 

“KarabakhİNFO.com”

 

 

 

03.03.2015 13:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*