Azərbaycanca

Erməni psixologiyası və siyasəti

28.01.2013 | 17:54

1359381299_1440_armenia-grungy-flagTarixi sənədləri də araşdırsaq qədim erməni dili kimi təqdim olunan Qraporda və müasir erməni dili Anixaroparda arasında da oxşarlığın olmadığını görmək olar. Anixaroparda V əsrdən etibarən türk dili və folklorunun mənimsənilməsinin nəticəsində yaranıb. Saxta erməni konsepsiyasına görə tarixdə onların dənizdən-dənizə uzanan “böyük əraziləri” olmuşdur. Onlar dünyanın “ən sivilizasiyası” xalqı olmuşdular. Məhz bu səbəbdən də Samxetiya-haykların ölkəsində erasi (gürcü), barbar türklər cücəribsə, bu onların günahı ucbatından olub. Buna görə də erasilər və türklər onlarca “nəyə” sahə tutublar”. Dövləti olmayanın həyat tərzi, psixologiyası, fiziki, fizioloji, bioloji xarakteristikaları natamam olur. Onlarda həmişə həyatdan narazılıq, başqasına şər atmaq, onda olanı qapmaq və sair kimi eybəcərliklər genə işləyir. Bu gün müşahidə edilənlər bunu tam təsdiq edir. Ona görə də ermənilər tarixdən qorxurlar və daim başqasının malik olduğu müsbət keyfiyyətlərə iddia edirlər. Onlar bu psixoloji sindromdan hələ də qurtula bilmirlər. Anlayırlar ki, reallıqda o keyfiyyətlərin heç biri onlarda yoxdur və bunu dünya bilir. Odur ki, qonşularında, məsələn, azərbaycanlılarda musiqi, mədəniyyət, kişilik, dövlətçilik və sair keyfiyyətləri görüb, özlərinə aid etməyə və özlərinə məxsus eybəcərlikləri də qonşulara sırımağa çalışırlar.

XII əsrdə yazılan  “Qabusnamə”də deyilir: “ermənilərin eybi bədfel-kündəbədən, oğru,gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hayküy salan,vəfasız, riyakar, söyüş söyən, ürəyi xiltli, ağasına düşmənçilikdir. Onlar başdan ayağa müsbətdən çox mənfiyə yaxındır”

Yalan, riyakarlıq, yaltaqlıq, qorxaqlıq, çörəyini yediyi adama arxadan zərbə vurmaq, vəhşilik, barbarlıq, əxlaqsızlıq “erməni xəstəliyi”nin simptomlarıdır. Bu xəstəliyə tutulmuş erməni yazarlarının psixologiyasında nekrolfiya daha geniş yayılmışdır. İşğal etdikləri torpaqlarımızda əzabla öldürdükləri, burunlarını, qulaqlarını, dilini, qollarını, qıçlarını kəsdikləri, gözlərini çıxardıqları, diri-diri yandırdıqları qocaların, uşaqların, qadınların barəsində çəkdikləri video və foto lentlərini dünya ictimaiyyətinə bizim əməllərimiz kimi qələmə verməklə öz vəhşiliklərini qondarma təbliğatları ilə ört-basdır etmək istəyirlər.

Vaxtı ilə Mayevski bu saxta təbliğat haqqında yazırdı: “Həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən diqqətlə, düşünülmüş şəkildə səylə qaçırlar. Onlarda hər şey faktların şişirdilməsi əsasında qurulmuşdur. Onların bütün fəaliyyəti ağlasığmaz, görünməmiş və eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslanmışdır ki, başqalarında ermənilərə rəğbət, türklərə isə nifrət hissi yaransın. Ancaq bütün bunlar ermənilərə qarşı maraq və rəğbət əvəzinə yalnız nifrət hissi doğurur”

Erməni diasporunun tarixi formalaşma və mühacirət prosesində onların xristian dinini qəbul etməsi böyük rol oynadı. Buna qədər atəşpərəst olan emrənilər farslar kimi eyni dinə etiqad edir, mədəni baxımdan da onlara bağlı idilər.

Erməni və farslar arasında münaqişələr baş verdiyindən Ərdəşir və Xosrov erməniləri zamanla öz ərazilərindən uzaqlaşdıraraq başqa yerə sürgün etməli oldular. Xristianlığın qəbulundan sonra Bizans tərkibində yaşayan ermənilər də məhzəb baxımdan bizanslılarla münaqişədə idilər.

Səlcuqlar tərəfindən ermənilər nəzarətə götürüləndən sonra onlar millət kimi yenidən dirçəldilər. Bizanslılar tərəfindən tam assimliasiya olunan ermənilərin din və dil baxımından özlərini qoruyub saxlamasında səlcuqların rolu böyük olmuşdur. Bundan sonra erməni Apostal kilsəsi (həmçinin erməni ortodoksal kilsəsi kimi də tanınır) erməni milləti arasında milli kimliklərini qoru-nub saxlanılması ideologiyasını təbliğ eləməyə başladı.

Diasporun maliyyə, təbliğat və hərtərəfli dəstəklənməsi işinə baxan kilsə ümumdünya erməni hərəkatına istiqamət verir. Ermənistanın daxili və xarici siyasətinin nəzarətdə saxlamaqla terrorizm, lobbiçilik, ideoloci işləri dəstəkləyir. Diasporun bütün tədbirlərinə kilsə sədrliyi özü edir.

Ermənilərdə diqqətə alınan ikinci böyük məsələ onların dünyaya səpələnərək yaşamasıdır. Armenian hay da- “hər yerdə erməni var” yazan Vöhram Mavyanın əsərində ermənilərin məskunlaşdıqları ölkələrdə yaşam tərzinin erməni işinə xidmət etdiyini qeyd edir.

Yəhudi-yəhudidir, qaraçı-qaraçıdır, erməni isə tam erməni deyil. Onlar assimilyasiya olunur, başqa millətlərdən xüsusiyyətlər mənimsəyirlər. Əsasən aparıcı xalqlar olan türklər, ərəblər, yunan, yəhudilərlə qarışıq nikaha girən ermənilərin övladları türk, yunan, yəhudi, fransız, ərəb millətləri soyadların, adların daşımalarına, başqa mühitdə böyümələrinə rəğmən öz erməni xislətini unutmurlar. Buna onların beşikdə ikən beyinlərinin doldurulması kömək edir.

Ermənilərdə diqqət çəkən daha bir məqam onların ortaq uğurlar və ortaq əzablar ətrafında sıx birləşməsidir. Ermənilər özləri yaxşı bilirlər ki, onların tarixi yalan üzərində qurulub və erməni mədəniyyəti, ədəbiyyatı, dili və digər xüsusiyyətlər oğurluqdur. Bütün bunlara baxmayaraq, onlar “oğurluqlarını” ustalıqla gizlədir və ümummilli məsələlərdə səfərbər olurlar.

Atəşpərəstlik dövründə farsların, xristianlıq illəridə bizanslılar və hal-hazırda digər xristian məzhəbləri tərəfindən yaxına buraxılmayan ermənilər hər vasitə ilə özlərini müdafiə edirlər. 1915-ci il hadisələrini isə ümumerməni işinin ən önəmli məsələsinə çevirən ermənilər uydurma soyqırımı tanıdılması və Türkiyənin təzminat ödəməyə məcbur edilməsin ölüm-qalım məsələsinə çevriliblər. Bu gün erməni özünü bu məsələdə erməni kimi hiss edir. Əgər onların bütün tələbləri həyata keçərsə onlar sadəcə olaraq bir millət kimi əriyib digər millətlər içərisində itəcəklər. Məhz bu səbəbdən də erməni ideoloqları bu məsələdə ehtiyatlı olurlar və prosesləri çox zaman özləri əngəlləyirlər.

“Erməni soyqırımı” onların birliyinin əsas səbəbidir və birliyin qorunması üçün isə bu məsələ daim qüvvədə saxlanılır, lakin tanınması üçün isə qəti addımlar atılmır.

1878-ci ildən başlayaraq Osmanlı imperiyasının zəifləməsi nəticəsində ermənilər buradan mühacirət etməyə başladılar. Qalan ermənilər isə rus və ingilis təbliğatının nəticəsi olaraq Osmanlı dövlətindən ərazi tələb etməyə başladılar. Bu işdə isə əsas rolu Rusiyada, İngiltərədə, Fransada yaşayan ermənilər oynayırdılar. Məhz erməni diasporunun fəaliyyəti nəticəsində “xristian bacı və qardaşların köməyinə ehtiyacı olan kiçik qardaş imicini iri dövlətlərdə formalaşdıra bildilər.

Erməni milli hərəkatı boyu üç siyasi təşkilatın rolu daha böyük olmuşdur. Hnçak, Armenakan və Daşnaksütun siyasi təşkilatlarının hər birinin ayrı-ayrı nizamnamələri olsa da, hər üçü Böyük Ermənistan yaratmaq üçün mübarizə aparırdı. Xəritə üzərində Böyük Ermənistanın üç dənizə çıxışı olması nəzərdə tutulurdu. Ancaq bunlardan, Aralıq dənizi və xəzər dəniziləri daha böyük önəmə sahib idi. Böyük Ermənistan muasir Ermənistan ərazilərindən başqa, daha 3 dövlətin ərazilərini əhatə edirdi. Türkiyə, Gürcüstan və Azərbaycan torpaqları hesabına yaradılması planlaşdırılan dövlətin yaradılması üçün ilk öncə Armenakan təşkilatı fəaliyyətə başlamışdır. Armenakan təşkilatı 1885-ci ildə Osmanlı imperiyasında müəllim işləyən Mıxtariç Portukalyan tərəfindən yaradılmışdır. Təşkilatın qəbul olunan bəyannaməsində Qan tökmədən müstəqillik əldə etmək mümkün deyil şuarı yazılmışdır. Bununla da təşkilat siyasi danışıqlar vasitəsi ilə dövlət yaratmağın mümkün olmadığını bəyan etmişdir.

 

“Soyqırım əfsanəsi” ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla, erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir

“Soyqırım əfsanəsi” ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla, erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir

ABŞ – Türkiyə və paralel olaraq ABŞ – Azərbaycan münasibətlərində ciddi dəyişikliklər yarada biləcək uydurma soyqırımın əsl mahiyyəti nədən ibarətdir? Gəlin, bu suala cavab axtarmağa çalışaq. Dünya ermənilərinin milli kimliyi, birliyi üçün xristian dinindən də önəmli olan uydurma soyqırımı iddiaları “erməni məsələsi”nin bir qoludur. Bu məsələ əsasən erməni diasporu arasında ideoloqları tərəfindən ciddi təbliğ edilir. Çoxsaylı təşkilatların, siyasi partiyaların və hərəkatların təmsil olunduğu erməni diasporunu türk tədqiqatçısı Erdal İlter altı qrupa bölür. Bu qruplara özləri və ya valideynləri bir və daha çox ölkədə yaşamalı olanlar, ana vətənləri ilə əlaqəli ortaq bir xatirə, mifoloji anım daşıyıcıları, məskunlaşdıqları ölkələrin ictimaiyyəti tərəfindən tam olaraq qəbul edilməyənlər, ana vətənlərini əsas yurd kimi qəbul edib, müvafiq zamanda oraya qayıtmağı düşünənlər, müxtəlif vasitələrlə vətənlə əlaqə quraraq, öz köməkliklərini göstərənlər, geri dönmək istəməyərək vətənə nostalji hisslərlə bağlananlar. Bu altı qrupu səciyyələndirən cəhətlər erməni diasporu nümayəndələrinə xas olan əsas xüsusiyyətlər olmaqla onların iç üzlərini, məkrli məqsədlərini gizlətmək üçün əlverişli variantdır. Məhz diasporda uydurma soyqırımın təbliğ edilməsində erməni ideoloqlarının xüsusi maraqları var. “Soyqırım əfsanəsi” ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir. ABŞ, Rusiya, Avropa və Asiya ölkələrində güclü təsiri olan “soyqırım əfsanəsi” buradakı ermənilərin fəaliyyətini, bir növ, tənzimləyir. Ermənilərin yaşadıqları hər yerdə “soyqırım”la əlaqəli bir çox “xatirələr” var. Bunu onların sahib olduqları ticari xidmət, şəxsi biznes obyektlərində də görmək olar. Ermənilər dükanlarına, köşklərinə, yeməkxanalarına, məktəbə, kilsəyə və digər yerlərə “Genosid”, “Ararat”, “Ermənistan” adları verirlər.

Erməni ideoloqları diasporda təbliğatı gücləndirməklə, ermənilərin qüdrətli xalqlar tərəfindən assimilyasiya olunmasının qarşısını almağa çalışırlar. Onlar gözəl başa düşürlər ki, Ermənistanda yaşayan bir ovuc erməni ümumi işin davamçısı ola bilməz. Bu səbəbdən də diasporda erməniləri ortaq əzablar və ortaq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq, “soyqırım əfsanəsindən” məharətlə istifadə edirlər. Diasporda saxta bir tarix təbliğ edən erməni ideoloqları onları qədim və sivil xalqın nümayəndələri olduqlarına inandırırlar. Ermənilərin tarixən əzabkeş xalq kimi bir çox təzyiqlərə məruz qalması barədə uydurma konsepsiya hazırlayan erməni ideoloqları özləri də bunun yalan olduğunu qəbul edirlər. Bu bir növdə əvvəlcə fərqli imperatorluqların və böyük dövlətlərin təsiri altında yaşamış olmalarına, onların böyük əziyyət görməklərinə və acılar yaşamalarına baxmayaraq ermənilərin xüsusilə türk düşmənçiliyini yaymaq və aktiv saxlamaq istədiklərini görmək lazımdır. Erməni tarixinin atası olaraq bilinən Horenatsinin “Hər türkü anadan olduğu anda ölümə məhkum edin. Onlara doğulma şansı verməyin. Çünki doğulmuş hər türk bizə faciə gətirir” sözü, eyni zamanda erməni yazıçı Silva Kaputikyanın 1988-ci ildə İrəvanda keçirilən bir mitinqdə etdiyi çıxışda söylədiyi”… yeni doğulan hər erməni uşağının qulağına – “Ey Aram! Türklər sənin düşmənindir” demək lazımdır ki, düşməninin kim olduğunu tanısın” ifadəsi, yenə yaxın keçmişdə türk diplomatlarını öldürən qatillərin ermənilər tərəfindən bir qəhrəman olaraq görülməsi və buna bənzər daha bir çox xüsusiyyətlər ermənilərdəki türk düşmənliyinin çox bariz işarəsidir.

Ermənilərin psixologiyasında qan tökmə, günahsız insanları öldürmək bir milli iş kimi durur və onlar illər boyu türklərlər yanaşı gürcü, rus, fransız və digər millətlərlə yanaşı öz ermənilərini belə öldürmək halları çoxsaylıdır. Qeyd edim ki, Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, ermənilər terrorçuluq fəaliyyətlərini Avropa və ABŞ-la yanaşı, SSRİ ərazisinə də keçirdilər. Əslində buna səbəb SSRİ xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən və istiqamətləndirilən erməni terrorçularından bəzi Qərb ölkələrinin analoji şəkildə ruslara qarşı istifadə etməsi oldu. Çünki Qərb ölkələrinin xüsusi xidmət orqanları ASALA, PKK və digər terrorçu təşkilatların SSRİ xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilməsindən xəbər tutmuşdular. Onlar ələ keçirilən bəzi erməni terrorçularını öz tərəflərinə cəlb edə və onları SSRİ-də analoji addımlar atmağa razı sala bildilər. SSRİ-də ilk terorun müəlliflərindən biri olan Stepan Zatikyan onun işi üzərində qurulan məhkəmə prosesinin özü üçün hər hansı bir əhəmiyyətə malik olmadığını vurğulamışdı. O: “ Sizin vəkilinizin məni müdafiə etməsinə ehtiyac duymuram. Mən müttəhim deyiləm, mühakimə edənəm. Sizin məni mühakimə etməyə haqqınız belə yoxdur. Çünki xalqları əsarət altında saxlayan imperiya hüquqi dövlət deyil. Bunu heç vaxt yadınızdan çıxarmayın”,-demişdi.

Ermənilər, bölgədə xarici böyük güclərə daha çox möhtac hala gəlmişdir. Soyqırımın dünyanın gözü qarşısında cərəyan etməsinin və soyqırıma dəstək verilməsinin arxasında erməniləri və Ermənistanı özlərinə daha çox möhtac hala gətirmək məqsədi vardır. Onlar bunu millətin yox olmamağı üçün etdiklərini boyunlarına alırlar. Bu barədə Türkiyənin nüfuzlu “Stratejik Analiz” jurnalında geniş məlumat verilməklə, onların siyasətləri tam olaraq açıqlanır. Jurnaldan diqqətçəkən bir məqamı oxucuların diqqətinə çatdırırıq: “Haqqında danışılan hadisələri bir əfsanə halına gətirən erməni ideoloqları bir-birindən fərqli milyonlarca insanı bir amal ətrafında və işləyib hazırladıqları ortaq dəyərlərlə yaxınlaşdıraraq erməni millətinin gələcəyinin təhlükəsizliyinə çalışırlar”. Jurnaldakı fikirlərdən belə bir nəticəyə gəlmək olar ki, erməni ideoloqları ilk növbədə erməni gənclərini “soyqırım əfsanəsi”nə inandırırlar. Ardınca içərilərində yaşadıqları cəmiyyəti, ən sonda da bütün dünyanı buna inandırmağın yollarını arayırlar. Bunu bir “missiya”, hətta bir varlanma və var olma vasitəsi kimi görən erməni ideoloqlarının təbliğatı indi də bütün gücü ilə davam etməkdədir. Təkcə informasiya işinə ildə 100 milyon dollar maliyyə sərf edilir. Uydurma soyqırım iddialarını bütün dünya ölkələrinin qanunvericilik məclislərinə çıxaran erməni diasporu yalnız Fransada onun tanınmasına nail olub. Almaniya, Slovakiya, Belçika, İsveç, İran, İtaliya, Böyük Britaniya, İsveçrə, Kanada, Livan, Avstraliya, Argentina, Hollandiya və Avstriyada uydurma “soyqırımı” gündəmə gətirən erməni diasporu Fransadan başqa adları sadalanan dövlətlərdə onun rəsmən tanınmasına nail ola bilməyib. Bəzi dövlətlər müvafiq qətnamə qəbul etməsinə baxmayaraq, onların heç bir hüquqi qüvvəsi yoxdur. Erməni diasporu superdövlət olan ABŞ-da uydurma soyqırımın tanıdılması üçün əsasən 1965-ci ildən bəri intensiv iş aparır. Dəfələrlə ABŞ-ın qanunverici orqanına layihələr hazırlayıb müraciət edən erməni diasporu məğlubiyyətlə üzləşib. Amerika erməniləri hələlik 30-a yaxın ştatda layihəni tanıtmaqla Konqresi “fakt” qarşısında qoymağa çalışırlar.

Konqresdə uydurma soyqırımın tanıdılması ilə erməni diasporu Türkiyəyə ermənilərin guya soyqırıma məruz qaldığını qəbul etdirmək, saxta qanbahası əvəzinə maddi və torpaq təzminatı almaq, bu ölkənin Van, Qars, Ərdəhan, Arvin, Trabzon, Rizə, Bitlis, Gümüşhanə, Baybuş və Ərzurum vilayətlərini ələ keçirmək məqsədləri güdür. Kapitoli zirvəsində diasporun maraqlarını təmsil edən erməni işçi qrup konqresmenlər içərisindən özlərinə tərəfdar toplamaq, hüquqi sənədlər hazırlamaq, lobbiçilik etmək və digər işlərlə fəal şəkildə məşğuldur. İşçi qrupun hazırladığı sənədlərin yenidən Amerika Senatının müzakirəsinə çıxarılmasını politoloqlar bir neçə səbəblə əlaqələndirirlər. Bəziləri hesab edirlər ki, uydurma soyqırımın İraq əməliyyatlarından sonra gündəmə gətirilməsi Amerika siyasiləri tərəfindən bilərəkdən atılan addımdır. Bu siyasət İraqın türkmanlar yaşayan ərazilərində Türkiyə təsirinin azaldılmasına xidmət edir. Türkiyənin başını bu yolla qatmağa çalışan Amerika siyasi dairələri kürdlərin türkmanlar yaşayan ərazilərdə mövqeyini və rolunu gücləndirmək istəyirlər. Başqa bir qrup analitik düşünür ki, Türkiyənin yeni hökuməti ilə Amerikanın prinsipial məsələlərdə fikirlərinin üst-üstə düşməməyi erməni diasporu üçün əlverişli şərait yaradıb.

ABŞ-la Türkiyə arasında yaranmış soyuqluqdan bəhrələnməyə çalışan ermənilər öz məqsədlərinə çatmaq istəyirlər. Bəzi politoloqlar isə ermənilərin BMT-nin Soyqırım Razılaşmasının 15-ci ildönümünün keçirilməsindən istifadə etdiklərini bildirirlər. Erməni diasporu artıq Senatda özünə xeyli tərəfdar toplaya bilib. Senatın 100 üzvündən 30-u uydurma soyqırımın müzakirəsi zamanı onu dəstəkləyəcəklərini bildirir. Bu senatorların əksəriyyəti Demokrat Partiyasının təmsilçiləri və tərəfdarlarıdır. Erməni diasporunun fəallaşmasına və ətrafına çoxsaylı tərəfdar toplamasına baxmayaraq, uydurma soyqırımın Amerika Senatında və başqa nüfuzlu dövlətlərin qanunverici orqanlarında tanınacağı real görünmür. Əvvəla ona görə ki, Birləşmiş Ştatların bölgədə nüfuzunun zəifləməsinə aparıb çıxara biləcək bu addım ilk növbədə bu ölkənin öz maraqlarına ağır zərbə olardı. Başqa bir tərəfdən, Türkiyə siyasətçilərinin “Tarixi verək tarixçilərin ixtiyarına, belə məsələlərlə siyasətçilər deyil, alimlər məşğul olmalıdırlar” fikrini Amerika rəsmi dairələrində də dəstəkləyənlər az deyil.

 

Zaur Əliyev

AMEA – nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar Mərkəzinin sədri,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

“KarabakhINFO.com”

 

28.01.2013 17:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*