Azərbaycanca

Erməni qəzeti Xocalı faciəsini etiraf edib

02.12.2014 | 12:20

9573_1Türkiyədə erməni dilində nəşr edilən “Aqos” qəzetinin baş redaktoru Robert Koptaş erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.


Koptaş “Aqos”da dərc edilmiş “Xocalıya görə məsuliyyət” adlı məqaləsində Xocalı soyqırımı haqqında ətraflı məlumat verib və hadisəni insanlıq faciəsi adlandırıb.

 
Müəllif yazıb ki, 21 il əvvəl Xocalıda baş vermiş hadisələr dəhşətli faciədir və Türkiyədə yaşayan ermənilər bu cinayət haqqında hələ çox şey öyrənməlidir: “Bu faciəli hadisəni müharibənin “qaranlıq tərəfləri”nə aid etmək olardı, lakin əgər ermənilər özlərini soyqırıma məruz qalmış millət hesab edirlərsə, onlar susmamalı və məsuliyyətdən qaçmamalıdır”.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

02.12.2014 12:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*