Azərbaycanca

Erməni qadın özünü və oğlunu maliyyə probleminə görə yandırıb

10.02.2015 | 11:12

yandirdi_qiz_o_1zunu

Yerevanın 4-cü Nor-Norka massivində özünü və 9 yaşlı oğlunu yaşadığı mənzildə yandıran 47 yaşlı Anna Badalyan bu addımı ailə və maliyyə problemindən atıb

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı  Modern.az- a istinadən bildirir ki, qadın bundan əvvəl də bir neçə dəfə intihara cəhd etsə də, qonşuları qarşısını alıblar. Qonşuların sözlərinə görə, Annanın əri pul qazanmaq üçün Rusiyaya gedib. Onun mağazalara borcu olub, uşağını saxlaya bilməyib, əri isə pul göndərməyib.

 

 


“Biz bir neçə dəfə pul toplamışıq, ərzaq yardımı etmişik. Onlara məktəbdən də yardım ediblər, amma o, bütün bunlarla razılaşmayıb. Son aylar ruhi cəhətdən də pozuntuları meydana gəlib. Bir neçə dəfə benzin alıb, hətta mən yanacaqdoldurma məntəqəsində işləyənlərə ona benzin satmamaları ilə bağlı xəbərdarlıq da etmişdim”, – Annanın qonşusu Yuri Farsyan deyib.

 

 

Qonşuların ehtimalına görə, Anna bir neçə aydır Rusiyada olan ərinin Ermənistana qayıdacağı barədə xəbəri eşidəndən sonra bu vəziyyətə düşüb. Qonşular onu da deyiblər ki, qadının əri də əsəbidir, bir neçə dəfə onu döyüb. Tibb bacısı olsa da, Anna ərinin qorxusundan işləməyib.

 

 

Bu gün səhər 9 yaşlı oğlan yanıq xəsarətləri ilə “Surb Qriqor Lusaroviç” tibb mərkəzinə gətirilib. Onun üzərində əməliyyat aparıldıqdan sonra reanimasiyaya yerləşdirilib. Başından zədə almaqla yanaşı, bədəni də yanıb. Erməni qadın özü də hadisə zamanı yanıq xəsarətləri alıb.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

10.02.2015 11:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*