Azərbaycanca

Erməni qadınların kişi həsrəti

17.12.2014 | 17:03

ermeni qadinlarFransalı fotojurnalist Julyen Pebrele Ermənistandakı ağır iqtisadi-sosial durumu əks etdirən silsilə fotolar çəkib. Ermənistan mətbuatı xəbər verir ki, 2 həftə ərzində Zəngəzurda yerləşən Lçak kəndində yaşayan Pebrele kənd sakinlərinin 90 faizinin qadınlardan və qocalardan ibarət olduğunu, yetkinlik yaşına çatan bütün kişilərin Rusiyaya qazanc dalınca getdiyini fotolarla əks etdirib.


Ərləri Rusiyada işləyən Anuş və Syuzanna adlı iki gənc qadını danışdıran fotoqraf kənddəki səfalətin şahidi olub.

 
“Belə yerlərdə qış ayları bayram hesab olunur. İlin sonunda kişilər kəndə qayıdırlar və çoxlu toy, şənlik baş tutur. Ailələri ilə qovuşan kişilər qış ayları bitdikdən sonra yenidən öz çemodanlarını götürüb daha 1 il işləmək üçün Rusiyaya yola düşürlər”, – erməni qadın Anuş deyib.

 
Lçak kəndində çəkilən fotolar ABŞ-ın “CNN” telekanalının saytında da yerləşdirilib.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

17.12.2014 17:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*