Azərbaycanca

“Erməni qıpçaqcası”

06.05.2013 | 11:36

1367824995_1287859626_kitablarGörkəmli türkoloq Aleksandr Qarkavetsin tədqiqatları sayəsində belə məlum olur ki, hazırda Avropanın bir çox ölkəsində, eləcə də Ermənistanda albanlara aid çox sayda əlyazma qorunmaqdadır. Onların böyük əksəriyyəti XIV – XV əsrlərdə bugünkü Ukrayna və Polşa ərazisinə köçmüş albanların nəsillərinin əsasən XV-XVII əsrlərdə ərsəyə gətirdikləri ədəbi, fəlsəfi nümunələr və tərcümə əsərləridir. Fəqət onların içərisində Qafqaz Albaniyasında, yəni Azərbaycanda yaradılan və sonradan üzü dəfələrlə köçürülərək çoxaldılan ədəbi – fəlsəfi əsərlərə, müxtəlif dua mətnlərinə, müqəddəs kitablardan alban dilinə edilmiş tərcümə əsərlərinə də rast gəlinməkdədir. Bir çox əsərin isə kim tərəfindən və nə zaman ərsəyə gətirildiyini müəyyən etmək çətindir.

Sözügedən əlyazmalardan bir qismi Avstriyada qorunmaqdadır. Avstriyadakı əlyazmalar Vyanada yerləşən Mxitaristlər Təşkilatında və eyni şəhərdə yerləşən Avstriya Milli Kitabxanasında saxlanılır.

 

Avstriya Milli Kitabxanasında “Cod. Arm. 3” şifrəsi altında qorunmaqda olan 106 səhifəlik erməni – alban (qıpçaq – qarqar) dili lüğətinin nə zaman və kim tərəfindən qələmə alındığı məlum deyil. Lüğət əlifba sırası ilə tərtib edilmişdir. Əlyazmaya sonradan onu satın almış (1669–cu ildə) Nerses Holub oğlu tərəfindən alban dilində aşağıdakı qeyd əlavə edilmişdir:

 

 “Men, der Nerses Holub oğlu, aldım satun bu parkkirkni pan Bağçə şvagerimdən, der Asducѕadur oğlu, pevnı sumaqğ tvağan1087 yunvar 10 tş, xaysın ol Olax veliyatına alayje satun alıp edi 6 levkovıy talərgə.” (Mən keşiş Nerses Holub oğlu bu lüğəti 1638–ci ilin yanvar ayınn 10-da bacanağımdan – keşiş Asuacsadurun oğlu Bağçadan müəyyən bir məbləğə satın aldım. O da öz növbəsində onu 6 levkovıy talar məbləğinə Olax vilayətində  almışdı). Əlyazmanın mətni tərcüməsi ilə birlikdə E.Tryjarski tərəfindən nəşr edilib: Tryjarski E.Dictionnaire armeno-kiptchak d’aprestrois manuscrits des collections viennoises. Warszawa, 1968-1972. T. 1, f. 1-4.

Eyni kitabxanada “Cod. Arm. 13” şifrəsi altında qorunmaqda olan əlyazma 1580–ci ildə Ukraynann Lvov şəhərində qələmə alınıb. 213 səhifədən ibarətdir. Həzrət Davudun “Zəbur”unun alban dilindəki daha qədim əlyazmasının Lusiq tərəfindən üzü köçürülmüş variantıdır. Belə hesab edilir ki, Lusiq həm də “Zəbur”un tərcüməçisidir. Əsər müxtəlif dövrlərdə parçalar və ya tam şəkildə bir neçə dəfə nəşr edilmişdir:

 

Kraelitz-Greifenhorst F. von. Sprachprobe eines armenischtatarischen Dialektes in Polen // Wiener Zeitschrift für die Kunde des Morgenlandes. 1912. Bd. 26. S. 307-324;

Tryjarski E. A Fragment of the Apochryphal Psalm 151 in its Armeno-Kipchak Version // Journal of Semitic Studies. 1983. V. 28, f. 2. 297-302 pp;

[Garkavets A., Khurshudian E.] Armenian-Qypchaq Psalter written by deacon Lussig from Lviv / Ed. by A. Garkavets, E. Khurshudian. Almaty: Desht-i Qypchaq, 2001. 656 pp;

Dubinska Z. Z badan nad psalterzami ormianskimi w jezyku kipczackim // Przeglad Orientalistyczny. 1961. T. 2 (38). Str. 203-214.

Əlyazmada yeni alban dilində bu kolofonlar da yer alır:

 

“Yazdırğan sarnağan bilə birləngəylər yazuçı bilə da anqlğaylar Tenqri alnına menqi uçmaxına, amen. Tvağan 1029.” (Bunu yazmağı buyuran da, oxuyan da yazanla birlikdə əbədi Cənnətdə Tanrı tərəfindən daim yad edilsin! Amin!)

“Yazıxlı Lusiq sarğavaknı anqgaysen, necə sarnasanq, bir «Atamız ki, köktəsen» bilə.” (Hər oxuduğunuzda günahkar Lusiqi də “Atamız bizim ki, göydəsən” duası ilə birlikdə yad edin).

 “Men, Lusiq sarğavak, yazdım, sarnağan yazuçı bilə anqlğay Krisdosnunq alnına.” (Mən, dyakon Lusiq qələmə aldım. Qoy Məsihin nəzərləri yazanla birlikdə oxuyanın da üstündən əskik olmasın).

“Yazıxlı Lusikni anqğın” (Günahkar Lusiqi anın).

 “Lusiq sarğavaknı anqğın” (Dyakon Lusiqi anın).

 “Yazdırğan sarnağan bilə yazuçı bilə birləngəy, Krisdosnunq yarğu könünə anqılgaylar bir yerdə” (Qoy sifarişçinin, mirzənin və oxuyanın adları Məşhər günü Məsihin yadına düşsün).

Vyanadakı Erməni Mxitaristləri Təşkilatında saxlanılan 84 № – li əlyazma daha qədim əlyazmanın 1613–cü ildə Zadiq Boqdan oğlu tərəfindən üzü köçürülmüş variantıdır ki, bu haqda erməni dilində yazılmış kolofon məlumat verir. Əlyazmada iki fərqli erməni – alban (qıpçaq – qarqar) lüğəti yer alır. Eyni mətnə bəzi Venesiya və Lvov əlyazmalarında da rastlanmışdır. Lüğət əsasən qrammatik terminləri əhatə edir. Orijinalın nə zaman, harada və kim tərəfindən tərtib edildiyi məlum deyil. 178 səhifədən ibarətdir. 155 və 178–ci səhifələr boşdur. Əlyazmanın mətni bir neçə dəfə dərc edilib:

Dashian Ja. Catalog der armenischen Handschriften in der Mechitaristen Bibliothek zu Wien.– Wien. 1895.

Tryjarski E. Dictionnaire armeno-kiptchak d’aprestrois manuscrits des collections viennoises. Warszawa, 1968 – 1972. T. 1, f. 1-4.

Eyni yerdə saxlanılan 143 №-li əlyazmanın yazıldığı yer və tarix məlum deyil. Daha qədim əlyazmadan üzünü köçürən mirzənin Mığırdiç Lazar oğlu olduğu məlumdur. Bu aşağıdakı kolofondan görünməkdədir:

 

“Da yazıxlı yazuçnı Mığırdiçni Lazar oğlun ari alğışınqdan unutmagın“ (Öz müqəddəs dualarında günahkar mirzə Mğırdiç Lazar oğlunu da xatırlatmağı unutma).

Əlyazma 283 səhifədən ibarətdir. 122–ci səhifə boşdur. Əvvəlli və sonu yoxdur. 1– 256–cı səhifələr alban dilində yazılmış müxtəlif duaları əhatə edir. 257– 283–cü səhifələr bakirə qadın, müqəddəs Mariyananın (Marqaritanın) həyatından bəhs edən hekayədir. Əlyazma 1989–cu ildə E. Tryjaski tərəfindən ingilis dilinə tərcüməsi ilə birlikdə nəşr edilib:

Tryjarski E. The Story of Holy Mariane in the Kipchak Language of the Polish Armenians // Journal of Turkish Studies, v. 13.– Harvard University, 1989.– 205-236 pp.).

Eyni təşkilatda qorunan 311 №-li əlyazma 301 səhifəlik erməni – alban (qıpçaq – qarqar) lüğətidir. Yazılma yeri, vaxtı və mirzə məlum deyil. 1-12 və 301–ci səhifələr təmizdir. Əlyazmanın əvvəlində onun sahiblərindən biri olmuş şəxsə aid kolofon yer alır:

 

 “Der Yovanes Mikolayoviç Ivaşko oğlundan xalgan manqa bu bitik” (Bu kitab mənə İvaşkonun oğlu keşiş Yovanes Mikolayoviçdən qalıb).

13–cü səhifədəki ermənicə yazılmış kolofondan isə kitabın sonrakı sahibinin Lvov qıpçaqlarının arxiyepiskopu Niqola Torosoviç olduğu məlum olur:

Dashian Ja. Catalog der armenischen Handschriften in der Mechitaristen Bibliothek zu Wien.– Wien. 1895.

Eyni təşkilat. 440 №-li əlyazma. 120 səhifə. Lvov erməni arxiyepiskopluğuna aid yaş kağızları ilə bağlı qeydlər (1636 – 1732– ci illər). Qeydlər erməni, polyak və alban dillərində edilmişdir.

Ətraflı məlumat üçün bax:

 

Dashian Ja. Catalog der armenischen Handschriften in der Mechitaristen Bibliothek zu Wien.– Wien. 1895.

Eyni təşkilat. 441 №-li əlyazma. 362 səhifə. Lvovdakı monofizit məhkəməsinin erməni, polyak və alban dilində yazılmış sənədləri.

Eyni təşkilat. 444 №-li əlyazma. 80–cisi təmiz olmaqla, 80 səhifə. Lvovdakı monofizit məhkəməsinin erməni, polyak və alban dilində yazılmış sənədləri.

Eyni təşkilat. 446 №-li əlyazma. 177 səhifə. Lvovdakı monofizit məhkəməsinin erməni, polyak və alban dilində yazılmış sənədləri.

Eyni təşkilat. 447 №-li əlyazma. 470 səhifə. Lvovdakı monofizit məhkəməsinin erməni, polyak və alban dilində yazılmış sənədləri.

Eyni təşkilat. 452 №-li əlyazma. 140 səhifə. Lvovdakı monofizit məhkəməsinin erməni, polyak və alban dilində yazılmış sənədləri.

Eyni təşkilat. 468 №-li əlyazma. 140 səhifə. 1575 – 1655–ci illərdə Kamenets – Podolskiy şəhərində qələmə alınıb. Mirzə: Xaçeres Oksent oğlu. Sifarişçi Sərqis Tamğaçının oğlu Krikor. Əlyazmanın sahibi: Yaqop Butax oğlu. Üst – üstə 130 vərəqdən ibarətdir. Əlyazmaya Mxitar Qoşun “Törə bitki”, ona XVI əsrdə əlvə edilmiş 99 orijinal qanun, alban dilinə tərcümə edilmiş 124 maddəlik erməni Qanunnaməsi, Xaçeres Oksent oğlunun yazdığı giriş sözü və alban dilində yazılmış xristian məzmunlu didaktik hekayələr daxildir.

 

Eyni təşkilat. 479, 480, 481 №-li əlyazmalar. Tarix: 1660 – 1661–ci illər. Onlardan birincisində Vardapet Antonun alban dilində 47, ikincisində 31, üçüncüsündə isə 30 moizəsi yer alır. 479 № li əlyazma 216, 480 №-li əlyazma 239, 481 №-li əlyazma isə 152 vərəqdən ibarətdir.

Eyni təşkilat. 525 №-li əlyazma. 1618–ci ildə daha qədim əlyazmalar əsasında tərtib edilib 203 vərəqdən ibarətdir. Bir neçə vərəq çatmır. 146 – 152–ci vərəqlər təmizdir. Burada alban dilində müxtəlif dualar, xristian məzmunlu hekayələr və Bibliya mətnləri toplanıb.

Eyni təşkilat. 559 №-li əlyazma. Suçava sakini Donavakın yerli xristian kilsəsinə pul bağışı haqqında sənəd. 1583–cü il.

Polşada qorunmaqda olan albandilli əlyazmalar Varşavadakı Qədim Sənədlər Baş Arxivində, Varşavadakı Polşa Elmlər Akademiyasının Tarix İnstitutunda, Vrotslavda yerləşən Ossolinskilər adına Milli İnstitutun kitabxanasında, Milli Muzeyin kitabxanasının Krakovdakı Çartorı şöbəsində, Krakovda yerləşən Yaqello Universitetinin kitabxanası və Krakovda, Z.Abrahamoviçin şəxsi kolleksiyasında saxlanılır. Bunlardan birincisində qorunan material əsasən mühacir albanların XVI əsrə aid nigah sənədlərindən ibarətdir.

Polşa Elmlər Akademiyasının Tarix İnstitutunda qorunan 6 №- li əlyazma 1657–ci ilə aiddir. Yazıldığı yer və mirzənin adı məlum deyil. 101 vərəqdən ibarət olan bu əlyazmada vardaped Antonun 26 moizəsi yer almaqdadır. Əlyazma və onun məzmunu barədə ətraflı məlumatı Tryjarskinin aşağıdakı kitablarından almaq mümkündür:

Tryjarski E. A Fragment of an Unknown Armeno-Kipchak Text from Polish Collections // Rocznik Orientalistyczny.– 1976a.– T. 38.– 291-302 pp.

Tryjarski E. An Armeno-Kipchak Sermon by Anton Vartabed from the 17th Century // Tractata Altaica. Wiesbaden, 1976b. 647-674 pp.

Tryjarski E. The Confession of Anton Vartabed // Studia Orientalia. 1977. V. 47. 271-279 pp.

Vrotslavda yerləşən Ossolinskilər adına Milli İnstitutun kitabxanasında qorunan 1916/ll №-li əlyazma 1523 – 1572–ci illər arasında Polşada tərtib edilmişdir. Əlyazmada Mxitar Qoşun “Törə bitiki” və ona XVI əsrdə edilmiş əlavələr, o cünlədən 124 maddəlik erməni “Qanunnamə”sinin alban dilinə tərcüməsi yer alır. 343 vərəqdən ibarətdir.

 

Ətraflı məlumat üçün bax:

Гаркавец А.Н., Сапаргалиев Г. Кыпчакско-польская версия Армянского Судебника и Армяно-кыпчакский Процессуаль ный кодекс. Алматы: Дешт-и-Кыпчак, 2002 (в печ.).

Vrotslavda yerləşən Ossolinskilər adına Milli İnstitutun kitabxanasında qorunan 1359/ll №-li əlyazmada erməni – alban məhkəməsinin sənədləri toplanıb. Tarix: 1681 – 1689–cu illər. 476 vərəq.

Milli Muzeyin kitabxanasının Krakovdakı (Çartorı) şöbəsində qorunan 1412 №-li əlyazma 1575–ci ilə aid edilir. Lvovda daha qədim əlyazmalar əsasında tərtib edilib. 426 səhifədən ibarətdir. Erməni və alban dillərində yazılmış müxtəlif dua mətnləri toplanıb. Əlyazmann ilk və son səhifələri yoxdur. Alban mətnləri aşağıdakı səhifələri əhatə edir: 1-104; 105-107; 111-117; 119-127; 129-149; 165-287; 344-426.

 

Bu əlyazma bir çox məşhur albanın əsərinin bulunması baxımında qiymətlidir.

Milli Muzeyin kitabxanasının Krakovdakı (Çartorı) şöbəsində qorunan 2546/lll №-li əlyazma 1575–ci ilə aid edilir. Lvovda tərtib edildiyi bildirilir. Mirzənin adı məlum deyil. Sifarişçinin Stepan Lazar oğlu olduğu məlumdur. 260 vərəqdən ibarət bu əlyazmada “Zəbur”un erməni və alban variantları verilib.

Yaqellon Universitetinin Kitabxanasında (Krakov) qorunmaqda olan 3342 №-li əlyazmanın 1592–ci ildə daha qədim əlyazmalar əsasında tərtib edildiyi bildirilir. 173 vərəqdən ibarətdir. 500 ili əhatə edən təqvimdən söhbət açılır. Mətn erməni və alban dillərindədir. Ehtimal ki, burada söhbət böyük alban alimi  vardapet Yəhya (Yovhannes) Sarğavağın tərtib etdiyi təqvimdən gedir.

 

 Ətraflı məlumat üçün bax:

Tryjarski E. Zodyak bölge burclarіnіn bir ermenikipçak listesi // XI. Türk Dil Kurultayіnda Okunan Bilimsel Bildirilerden Ayrі Basіmі.– Ankara, 1968. 127-152 ss.

Z.Abrahamoviçin şəxsi kolleksiyasında saxlanılan, 1625–1630–cu illərdə Lvovda tərtib edilən 480 vərəqlik əlyazmada monofizit məhkəməsinin sənədləri əks olunub. Burada alban dilində tərtib edilmiş 140 sənəd əks olunub. Rumıniyada sadəcə bir əlyazma olub və o da Gerladakı yerli Tarix Muzeyində qorunmaqda idi. Bu ölkənin 2001–ci ildə  Qazaxıstandakı səfiri olmuş cənab Martin Steneskunun bildirdiyinə görə, həmin əlyazma müəmmalı şəkildə yoxa çıxmışdır. Sözügedən əlyazmanın 1638–ci ildə keşiş Krikor Avakereçin oğlu Aksent tərəfindən daha qədim əlyazmalar əsasında tərtib edildiyi məlumdur. Həcmi bilinmir. Əlyazmada böyük alban alimi vardapet Yəhya (Yovhannes) Sarğavağın bəstələdiyi alban kilsə nəğmələri, eləcə də eyni müəllifin tərtib etdiyi 500 illik astronomik təqvim yer almaqda idi. Söhbət alban təqvimindən gedir. İndi sadəcə bir vaxt bu əlyazmanın üzünü köçürmüş keşiş Krikor Avakereçin olu Aksentin alban dilində yazdığı aşağıdakı qeydlərin məzmunu məlumdur:

 

 “Bu barzadumar asrı matovlu, kerəklidir da körklü, da hər yılda bolğannı ne ki bar kendində tapılıyır, da barça neməni açı körgüzüyür. Evtnerreağdan baslanïr, frank aylar bilə işlənir Cnunt Parğentakına dirə, yıl tügənlənir, yənə baştan başlanır. İmasdunklar yasap tüzüptürlər, inci kibik, buzuvsuz, ça Biy Tenqrininq kelgəninə dirə menqi menqilik.  Kim ki ullanğay da işlətkəy bunu yazğannı da yazdırğannı anqmağa arzani etkəy bir «Hajr mer yergins» bilə. A Biy Tenqri də anı kendi yarlığamaxı bilə anqğay, amen. Yazıxlı yazğan bu bitikni Aksent der Krikor Avakereç oğlu. Yazldı tvağannınq 1087-sinə”.

 

Hazırda Ukraynanın Kiyev və Lvovdakı dövlət tarix arxivlərində erməni – alban məhkəmələrinin alban dilində yazılmış çox sayda sənədi saxlanılır. Bunlar XVI əsrə aid sənədlərdir ki, Ukrayna və Polşada yaşayan mühacir albanlar tərəfindən qələmə alınmışlar. Bu əlyazmaların şifrələri bunlardır:

 

Kiyev şəhəri.  ф. 39, оп. I, ед. хр. 8 (4390); ф. 39, оп. І, ед. хр. 11 (4392); ф. 39, оп. I, ед. хр. 12 (4393); ф. 39, оп. I, ед. хр. 14 (4394); ф. 39, оп. I, ед. хр. 15 (4397); ф. 39, оп. I, ед. хр. 17 (4402); ф. 39, оп. I, ед. хр. 19a (4405);  ф. 39, оп. I, ед. хр. 20 (4406); ф. 39, оп. I, ед. хр. 22 (4407); ф. 39, оп. I, ед. хр. 24 (4409); ф. 39, оп. I, ед. хр. 25 (4410); ф. 39, оп. I, ед. хр. 26 (4412); ф. 39, оп. I, ед. хр. 27 (4413); 39, оп. I, ед. хр. 28 (4414); ф. 39, оп. I, ед. хр. 29 (4415); ф. 39, оп. I, ед. хр. 30 (4416); ф. 39, оп. I, ед. хр. 31 (4417); 39, оп. I, ед. хр. 32 (4418); ф. 39, оп. I, ед. хр. 33 (4419); ф. 39, оп. I, ед. хр. 34 (4432); ф. 39, оп. I, ед. хр. 157 (4383); ф. 39, оп. I, ед. хр. 35 (4320); ф. 39, оп. I, ед. хр. 36 (4321); ф. 39, оп. I, ед. хр. 37 (4322); ф. 39, оп. I, ед. хр. 40 (4326); ф. 39, оп. I, ед. хр. 158 (4327); ф. 39, оп. I, ед. хр. 41 (4328); ф. 39, оп. I, ед. хр. 42 (4428); ф. 250, оп. 3, ед. хр. 32 (əvəllər – ф. 228, оп. 1, ед. хр. 89).

 

Lvov şəhəri. ф. 9, оп. I, ед. хр. 381, səh. 1901-1906; ф. 52, оп. I, ед. хр. 136, vərəq 421-423; ф. 52, оп. I, ед. хр. 136, л. 426; ф. 52, оп. I, ед. хр. 863, л. 2; ф. 52, оп. I, ед. хр. 863, л. 3; ф. 52, оп. I, ед. хр. 863, л. 4; ф. 52, оп. I, ед. хр. 863, л. 5-6; ф. 52, оп. I, ед. хр. 863, л. 7; ф. 52, оп. I, ед. хр. 863, л. 8-9; ф. 52, оп. I, ед. хр. 863, л.10; ф. 52, оп. I, ед. хр. 863, л.11 52, оп. I, ед. хр. 889, л.15: ф. 52, оп. I, ед. хр. 889, л.22; ф. 52, оп. 2, ед. хр. 177, səh. 229; ф. 52, оп. 2, ед. хр. 177, səh. 1196-1198; ф. 52, оп. 2, ед. хр. 545, səh. 357-360; ф. 52, оп. 2, ед. хр. 545, səh. 357-360; ф. 52, оп. 2, ед. хр. 546, səh. 374-375; ф. 52, оп. 2, ед. хр. 546, səh. 1099-1102; ф. 52, оп. 2, ед. хр. 546, səh. 1186-1187;  ф. 52, оп. 2, ед. хр. 546, səh. 1194-1197; ф. 52, оп. 2, ед. хр. 548, səh. 101-104.

 

Ukrayna MEA – nın Lvovdakı Elmi Kitabxanası, Bavorov Fondu. əlyazma. 1660 III, л. 6-9; əlyazma. 1658 II, лл. 11-12.

Lvov Dövlət Universiteti, Elmi Kitabxana, Əlyazmalar Fondu. Əlyazma. вірм. 51 I.

 Lvov Dövlət Tarix Muzeyi. ед. хр. Д 435/1.

 

İtaliyada qorunan bütün albandilli əlyazmalar Venesiyanın Müqəddəs Lazar adasında yerləşən Mxitaristlər Təşkilatında saxlanılır. Onların yalnız çox cüzi bir hissəsi elm adamlarının üzünə açıqdır. Burada qorunan 11 №-li əlyazma. 1629 – 1632–ci illərdə müqəddəs ata Zəkəriyyənin oğlu Murad tərəfindən daha qədim “Zəbur” əlyazmalarının üzü köçürülərək bir qədər redaktə edilmiş variantıdır. Ehtimal ki, Lusiqin üzünü köçürdüyü əlyazmadan köçürülüb. Əlyazmaya sonradan erməni dilində edilmiş kiçik bir qeyddə bildirilir ki, bu əlyazma “Zəbur”un erməni dilindən tatar dilinə tərcüməsidir.  Əlyazma 316 vərəqdən ibarətdir. Sonda bir neçə vərəq çatmır.

446 №-li əlyazma. 1562–ci ildə keşiş Mikayıl Kosta oğlu tərəfindən daha qədim alban əlyazmasından köçürülmüşdür. Burada Əhdi – Cədidə daxil olan həvvari Pavelin məktublarının tam külliyatı yer alır.

 

 Ətraflı məlumat üçün bax:

Tryjarski E. Der zweite Brief des Paulus an die Korinther in armeno-kiptschakischer Version und seine Sprache // Altaica Collecta. Wiesbaden, 1976c. 267-344 pp.

1126 №-li əlyazma. Əlyazmanın yazıldığı yer və zaman, eləcə

də mirzənin adı məlum deyil. 239 səhifəlik dua kitabıdır. 1-10, 23-41, 66-78, 95-100, 170-175, 238–ci səhifələr erməni dilində, 11-22, 42-66, 78-95, 100-169, 175-237–ci səhifələr isə alban (qıpçaq – qarqar) dilindədir.

 

 Ətraflı məlumat üçün bax:

Deny J., Tryjarski E. La litterature armeno-kiptchak // Philologiae Turcicae Fundamenta.– Wiesbaden, 1964b. Bd. 2. S. 805-806. Dodatek Tygodniowy przy Gaziecie Lwуwskiej. 1857, N 44, Str. 182; N 45, Str. 186; N 46, Str. 190.

1270 №-li əlyazma. Gizli saxlanılır. Erməni “Bibliya”sı (?) olduğu iddia edilir.Bu barədə bəzi məlumatları aşağıdakı mənbədən almaq olar:

Deny J., Tryjarski E. La litterature armeno-kiptchak // Philologiae Turcicae Fundamenta.– Wiesbaden, 1964b. Bd. 2. S. 805-806. Dodatek Tygodniowy przy Gaziecie Lwуwskiej. 1857, N 44, Str. 182; N 45, Str. 186; N 46, Str. 190.

1700 №-li əlyazma. 1610-1652–ci illər. Kamenets – Podolsk. Əlyazmanın 1 – 88–ci səhifələri gizli saxlanılır. 7-73–cü səhifələrin erməni dilində olduğu iddia edilir. Fəqət Q. Alişan əlyazmanın 68 – 110–cu səhifələrini nəşr etdirib. Onlar alban (qıpçaq – qarqar) dilindədirlər. 89–169–ci səhifələr yerli albanların tərəfindən yaradılmış orijinal əsərdir. XVII əsrdə Avropada baş vermiş tarixi hadisələrin salnaməsidir (Kamenets salnaməsi). Hansısa başqa bir salnamənin davamı kimi qələmə alınıb. Məlumat üçün bax:

Schütz E. An Armeno-Kipchak Chronicle on the Polish-Turkish Wars in 1620 1621. Budapest, 1968.

Vasary S. Armeno-Kipchak Parts from the Kamenets Chronicle // Acta Orientalia Hungarica. 1969. T. 22, fasc. 2. 139-189 pp.

1750 №-li əlyazma. 1630–cu ildə tərtib edilib. Mirzə məlum deyil. 149 vərəqdən ibarətdir. Alban və qismən də erməni dilində dualar toplanıb. 35-40, 45-48, 57-58, 65-78, 113-114, 144-148–ci vərəqlər boşdur. 1-29 və 41-112–ci vərəqlərin hər iki üzü alban (qıpçaq – qarqar), 51-54–cü vərəqlər isə erməni dilindədir. Alban dilində tərtib edilmiş imanın əsaslarına aid bilgilər və dini hekayələr böyük maraq kəsb edir. Bu əlyazmanın dəyəri həm də ondadır ki, orada müəllifin adı çəkilməsə də, Kirakos Gəncəlinin “Tarix” kitabının II fəslinin alban variantı da yer almaqdadır.

 

Ətraflı məlumat üçün bax:

Deny J., Tryjarski E. La litterature armeno-kiptchak // Philologiae Turcicae Fundamenta.– Wiesbaden, 1964b. Bd. 2. S. 805-806. Dodatek Tygodniowy przy Gaziecie Lwуwskiej. 1857, N 44, Str. 182; N 45, Str. 186; N 46, Str. 190.

1788 №-li əlyazma. Lvovdakı erməni – alban məhkəməsinə aid sənədlər. Alban və polyak dillərində. 180 səhifədir. 1817 №-li əlyazma. 1581–ci il. Lusiq trəfindən daha qədim əlyazmalardan üzü köçüülmüş “Zəbur”un surətlərindən biri. Ermənistanda albandilli əlyazmalar Matedaranda – Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır. Sayları məlum deyil. Qazaxıstanla Ermənistanın xarici işlər nazirlikləri arasında əldə edilmiş razılğa görə onların bir qisminin surəti Qazaxıstana verilib. Ulaşa bildiyimiz əlyazmalar aşağıdakılardr:

“eд. хр. 1232” şifrəli əlyazma. 263 səhifədən ibarət və erməni dilində olan bu əlyazmada alban dilində 12 illik türk dövri təqviminə daxil olan illərin adı verilib. Əlyazmanın 1620–ci ildə Qüdsdə (Yerusəlimdə) tərtib edildiyi bildirilir. Mirzənin adı: İskəndərdir.

“ед. хр. 1763” şifrəsi altında saxlanılan əlyazmanın 1611 – 1613–cü ildə Kamenetsk – Podolskda tərtib edildiyi bildirilir. Əlyazma erməni dilindədir (252 vərəq), fəqət 144–cü səhifədə alban dilində kiçik bir qeyd var:

“Bu yılnınq okosdos ayınınq 15-inə orus vankınınq yuxövininq bir yanın da taslarnı da dardağan etti yuxöv içinə kecə 3 sahatta kiçaynakün, xaysı ki Biy Tenqri hayufsunsun. Tvakannınq 1062 julis 18 yıxkün kecəgi alğış zamanında ulu hrad keldi yağmur bilə birgə çetlevüktən ulu, bar edi özgəsi xoz kibik”

“ед. хр. 2267” şifrəsi altında saxlanılan, 189 səhifədən ibarət əlyazmanın alban və erməni dillərində olduğu söylənilir. Burada erməni – alban lüğəti, Lusiqin “Zəbur”undan bir parça, Matta “İncil”indən kiçik bir fraqment, xristian məzmunlu digər mətnlər, ən əsası isə Mxitar Qoşun şagirdi, tanınmış alban ilahiyyatçısı vardapet Vanağanın (Vanakanın) alban dilində əsərindən bir neçə cümlə və s. yer alır. Əlyazmann 1580 – 1581–ci ildə Lvovda tərtib edildiyi söylənir.

42–ci səhifədə erməni dilində belə bir qeyd var:

 

“Badmutiun haji ew xıpçax lezui megneal Lusiq…” (Lusiqin erməni və qıpçaq dillərində nəql etdiyi hekayə).

Bu qeydin ardınca alban (qıpçaq – qaqar) dilində belə bir qeyd edilib:

 

“Sanlıdır er, xaysı ki barmadı kengəşinə xırsızlarnınq da yoluna yazıxlılarnınq ol olturmadı” (Şanldr o adam ki, oğruların toplantısına getmədi və günahkarların yolu ilə addımlamadı).

Növbəti, 43–cü vərəqdə alban dilində belə bir kolofon var:

 

 “Tvağannınq 1030 abril 12 ceramp Lusiq sarğavaki xolu aşıra” (1581–ci ilin 12 aprelində dyakon Lusiqin əli ilə yazılıb.)

Bu cümlənin ardınca ermənilər tərəfindən sonradan erməni hərfləri ilə latın dilində (?!) bu sözlər əlavə edilib: “Lusiq dyakonus armenus”. (Lusiq – dyakon, erməni)

Qoşun şagirdi Vanağanın mozəsindən bir neçə cümlə isə 131– ci səhifədədir.

 

 “Nedir manisi xıtım kecəsi ki, saruyağ yeyirbiz bolsun Bayramnınq, alay Cnuntnunq? Yazıyır bunun üçün künü Gureğ Ağeksantraçin Teotos padşahğa bayram xıtımu üçün da aytıyır ki, ne üçün kecədən çeziliyirbiz: anınq üçün ki, Krisdos kecədən turdu…”

 

“ед. хр. 2403” şifrəli əlyazma. Üzərində 8 iyun 1626–cı il tarixi qeyd edilmiş bu “Alğış bitiki” (dua kitabı) Murad oğlu Misko tərəfindən Lvovda baron Aqopşann qızı Zofiya üçün Vartanın sifarişi ilə qələmə alınmışdır. 211 vərəqdən ibarətdir. Kitab Alban miniatürləri stilində bəzədilmişdir. Əlyazmanı bizim üçün önəmli edən təkcə burada, müəllifinin adı çəkilməsə də və “Havadov xosdovanim tatarca” başlığı altında verilsə də, alban katalikosu Nersesin 24 bəndlik əsərinin, eləcə də, yenə də müəlliflərinin adı çəkilməsə də, Mxitar Qoş və şagirdi Vanağanın tərtib etdiklri duaların yer alması deyil. Hətta adı çəkilməklə Yohannes Karneçinin əsərinə rast gəlinməsi də deyil. Bu əsərlər digər əlyazmalarda da var. Ən önəmli məsələ bir kolofonda qeyd edilmiş aşağıdakı cümlələrdir:

 

 “Tügəlləndi alğış bitiki tavağankınq ermeni hisabinə 1075-sində mayisninq 19-unda, padşahlıxına Nemiç ulusununq üçünçi Ziğmundnunq, ğatuğiqoslu ğuna Yapetağan cınsınınq Eçmiyacinninq atorunda der Melkiset ğatuğiqosnunq, xaysı ki bu zamanda kendi xartlıxı bilə keldi xutlu Ilov şəhərinə 5 axpaş bilə, 2 hapeqa bilə tavağanknınq 1075-sində, xaysı ulu sövünçlük bilə barça kahanalıx, da sarğavaklar bilə, da joğovurt, barı igitlər bilə xarşısına çıxıp xabul ettilər…” (Tamamlandı dua kitabı tvağanqın – erməni təqviminin 1075–ci ilinin19 mayında (8 iyun 1626–cı il) Polşa ölkəsində III Sziqmundun padşahlığı və Eçimədzin taxtının sahibi, Yafəs cinsindən – soyundan olan müqəddəs ata, katalikos Meliksetin dövründə, hansı ki qoca vaxtında 2 ikona, 5 keşiş ilə xoşbəxt Lvov şəhərinə gəlmiş və burada kilsə başçıları, dyakonlar və gənclər tərəfindən sevinclə qarşılanmışdır …)

 

Burada diqqəti çəkən məqam Eçimədzindən gələn katalikosun erməni katalikosu kimi deyil, məhz Yafəs soyundan olan, yəni türk katalikosu kimi təqdim edilməsidir ki, bu da təbiidir.

“ед. хр. 3521” şifrəli əlyazma. 1609 – 1079–cu illər. Müəllif Ceriq Niqola oğlu. 240 səhifə. Əlyazma erməni dilindədir. Alban (qıpçaq – qarqar) dilində Xalkidon hadisəsi və təriqəti barədə kiçik bir mətn də yer almaqdadır.

“ед. хр. 3522” şifrəli əlyazma. 1634–cü il. Lvov. Erməni – qıpçaq (alban) – polyak lüğəti, erməni – alban danışıq kitabı. Kosmologiyaya dair kiçik bir mətn də var.

“ед. хр. 3883” şifrəli əlyazma. 1630–cu il. Erməni – alban lüğəti.

“ед. хр. 5985” şifrəli əlyazma. Erməni dilində. 152 vərəq. Alban dilində qısa kolofon var.

 

Fransa Milli Kitabxanası, Paris:

“Arm 5” şifrəli əlyazma. 202 vərəq. Əvvəli yoxdur. Mirzə Zəkəriyyə oğlu Qaspar. Həzrət Davudun (ə) “Zəbur”u.

“Arm. 176.” 1568–ci il. Kamenets – Podolsk. 113 vərəq. Mxitar Qoşun “Törə bitiki”. Mirzə: Steçko Holub oğlu.

“Arm. 194.” 67 vərəq. Xristian məzmunlu hekayələr, Kaments və Polşa salnamələri. Bu əlyazmanın mövzumuz baxımından birinci önəmi ondadır ki, burada həftənin günlərinin alban dilindəki adlarına rast gəlirik: yıxkün (bazar güvü), yıxpaşkün (bazar ertəsi), nögərikün (çərşənbə axşamı), xankün (çərşənbə), kiçiaynakün (cümə axşamı), aynakün (cümə), şapat (yəhudilərin “şabat” sözündən, şənbə). Bu əlyazmanın digər önəmi isə onun albanların ilin başlanğıcını hansı gündən hesablamaları barədə məlumatı əks etdirməsidir. Burada həm də albanların bürclər və planetlər haqqında təsəvvürləri də əksini tapmışdır.

 

Rusiya. M.E. Saltıkov – Şedrin adına Dövlət Kütləvi Kitabxanası, Sankt – Peterburq, Əlyazmalar Şöbəsi:

“Arm 2.” şifrəli, 610 səhifəlik ermənidilli əlyazma. Albanca yazılmış kiçik bir kolofon var.

“Arm 8.” Şifrəli əlyazma. 280 səhifə. Erməni – alban lüğəti. “Dorn 636.” Şifrəli əlyazma. 306 vərəq. Erməni dilindədir. Alban dilindən erməni dilinə tərcümədir. Bir neçə yerdə albanca qeydlər var.

 

1618–ci ildə Lvovda alban dilində çap edilən və hazırda Niderlandın Leyden şəhərində qorunan “Alğış bitiki” kitabının sonuncu səhifəsi. Yuxarıda alban dilində yazılıb:

“Atına Biy Tenqrininq başlandı da haybatına anınq tügənləndi, xaysı ki bolsun haybat ari Errortutiunğa menqi menqilik, amen.”

 

 

Bəxtiyar Tuncay
KarabakhİNFO.com

 

 

06.05.2013 11:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*