Azərbaycanca

Erməni şərhçi Akop Badalyan: “Ermənistan hərbçilərini öldürmək əmrini məhz Rusiya verib”

08.01.2015 | 11:55

cebhe_xett_i_ateshkes1

Rusiya xarici işlər naziri Sergey Lavrovun yanvarın 2-də Ermənistanı  Avrasiya İttifaqına girməsi münasibəti ilə təbrik etməsindən bir neçə saat sonra Azərbaycan ordusu Qarabağda 2 erməni hərbçisini qətlə yetirdi.

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı ANS PRESS—ə istinadən xəbər verir ki, bu fikri yazdığı məqaləsində qeyd edən erməni şərhçi Akop Badalyan iddia edib ki, Azərbaycan ordusuna Qarabağda Ermənistan hərbçilərini öldürmək əmrini məhz Rusiya verib.

 

 

Bu iddiasını hardan götürdüyünü izah etməyən Akop Badalyan daha sonra Ermənistanın təhlükəsizlik səviyyəsinin aşağı düşməsindən gileylənib. “Avrasiya İttifaqına daxil olmaqla Ermənistanın təhlükəsizlik səviyyəsi artmalı idi. Amma təhlükəsizlik səviyyəsi aşağı düşür və Ermənistan tərəfinin itkilərinin sayı artır”,- deyə Badalyan vurğulayır.

 

 

Amma erməni şərhçi Qarabağda yeni müharibənin hələ ki, başlamayacağını iddia edib. Onun sözlərinə görə, bu məsələdə Moskva ilə Bakı hələ ki, razılığa gələ bilməyib. “Moskva Bakıya təklif edir ki, bir sıra rayonların geri qaytarılmasının əvəzinə, Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşməsinə icazə versin. Hələ ki, bu məsələdə razılıq əldə edilməyib” deyən Akop Badalyanın fikrincə, bu məsələdə razılıq əldə edilən kimi Azərbaycan öz ərazilərini müharibə ilə azad edəcək.

 

 

“KarabakhİNFO.com”

 

 

08.01.2015 11:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*