Azərbaycanca

Erməni separatizmi

26.11.2014 | 15:13

ermeni separatizmiErməni separatizmində bəşəriyyəti hədələyən təhlükə nədən ibarətdir?… Əgər Qarabağ ermənilərinin öz müqəddaratını təyinetmə hüququ dünya birliyi tərəyindən qəbul edilərsə onda XXI əsrdə dünyanın siyasi xaritəsinə minimum 200-300 yeni dövlət çıxacaq, bu isə ilk növbədə çoxsaylı xalqların yaşadığı böyük dövlətlərin parçalanması hesabına olacaqdır. Beləki, ABŞ – anqlo-saks, afrikalı, meksikalı, erməni və s., Rusiya – tatar, başqırd, Dağıstan, çeçen, erməni, Fransa – fransız, ərəb, erməni və s. dövlətlərinə parçalanacaq, eyni tale Hindistan, Çin, İran və s. ölkələri də hədələyəcəkdir.

 

Yada salmağına dəyər ki, keçən əsrin 90-cı illərinin ortalarında Avropa İttifaqı Robert Badinterin rəhbərliyi altında Konstitusiya hüququna dair xüsusi komissiya yaratmışdı ki, həmin komissiya «öz müqəddəratını təyin etmə hüququnu» «insanın fərdi hüquqlarının müdafiəsi» prinsipi kimi qiymətləndirmişdi. Bu isə erməni bəşabəla nəzəriyyəçilərinin təqdim etdiyi və beynəlxalq hüquq normalarına yad olan ikinci dəfə öz müqəddaratını təyin etmək – yəni müstəqil dövlət yaratmaq demək deyildir.

 

 

Müasir şəraitdə terrorizm separatizmlə qovuşaraq rəqiblərə qarşı siyasi, ideoloji, dini təzyiq üsullarının müntəzəm olaraq tətbiq edilməsi ilə səciyyələnir. Bu, qətl, zorakılaq, təxribat, sabotaj, boykot, sui-qəsd və s. deməkdir.

 

 

Erməni terrorçu-separatçıları öz gündəlik «iş»ində mətbuat, televiziya, radio, internet, videofilmlər, disketlər, vərəqələr, çoxsaylı nəşrlər vasitəsilə yayılan təbliğat materiallarından istifadə edirlər. Bütün bunlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı məqsədilə aparılmış təbliğat müharibəsində öz əksini tapmışdır. Təbliğat müharibəsi Daşnaksütyun Partiyasının yaradılması ilə başlamış, ötən əsrin 70-ci illərindən etibarən qızğın şəkildə şiddətlənmiş, 80-cı illərdə isə artıq açıq formaya keçmişdir. SSRİ-də habelə, ABŞ-da, Fransada, Yunanıstanda, İtaliyada çoxsaylı nəşrlər peyda olmuşdur. Bütün bu nəşrlərdə əsas məqsəd Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq idi. Vaxtilə Rusiya Dövlət Dumasının sabiq vitse-spikeri S.Baburin Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüş zamanı deyirdi ki, «ermənilər Rusiya kütləvi informasiya vasitələrində antiazərbaycan xarakterli materiallar çap etdirmək üçün böyük miqdarda vəsait xərcləyirlər».

 

 

Erməni terrorizmi siyasi məqsədlər naminə dövlət separatizmidir. Dağlıq Qarabağda başlamış bu hərəkat Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı və digər bölgələrdə yayılmışdır.

 

 

Aynur Tağıyeva
“KarabakhİNFO.com”

 

 

26.11.2014 15:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*