Azərbaycanca

Erməni separatizmində bəşəriyyəti hədələyən təhlükə nədən ibarətdir?…

06.01.2015 | 17:48

10492431_804200869671465_5867244118200143463_n

 

Cənubi Qafqazda terror-separatizmin əsas daşıyıcıları “Daşnaksütyun” və “ASALA”-dır

 

 
KarabakhİNFO.com xəbər verir ki,  Qarabağ ermənilərinin özmüqəddaratını təyin etmə hüququ dünya birliyi tərəyindən qəbul edilərsə onda XXI əsrdə dünyanın siyasi xaritəsinə minimum 200-300 yeni dövlət çıxacaq, bu isə ilk növbədə çoxsaylı xalqların yaşadığı böyük dövlətlərin parçalanması hesabına olacaqdır. Belə ki, ABŞ – anqlo-saks, afrikalı, meksikalı, erməni və s., Rusiya – tatar, başqırd, Dağıstan, çeçen, erməni, Fransa – fransız, ərəb, erməni və s. dövlətlərinə parçalanacaq, eyni tale Hindistan, Çin, İran və s. ölkələri də hədələyəcəkdir.

 

 

 

Yada salmağına dəyər ki, keçən əsrin 90-cı illərin ortalarında Avropa İttifaqı Robert Badinterin rəhbərliyi altında Konstitusiya hüququna dair xüsusi komissiya yaratmışdı ki, həmin komissiya «öz müqəddəratını təyin etmə hüququnu» «insanın fərdi hüquqlarının müdafiəsi» prinsipi kimi qiymətləndirmişdi. Bu isə erməni bəşabəla nəzəriyəçilərinin təqdim etdiyi və beynəlxalq hüquq normalarına yad olan ikinci dəfə öz müqəddaratını təyin etmək – yəni müstəqil dövlət yaratmaq demək deyildir.

 
Müasir şəraitdə terrorizm separatizmlə qovuşaraq rəqiblərə qarşı siyasi, ideoloji, dini təzyiq üsullarının müntəzam olaraq tətbiq edilməsi ilə səciyyələnir. Bu, qəti, zorakılaq, təxribat, sabotaj, boykot, sui-qəsd və s. deməkdir.

 
Erməni terrorçu-separatçıları öz gündəlik «iş»ində mətbuat, televiziya, radio, internet, videofilmlər, disketlər, vərəqələr, çoxsaylı nəşrlər vasitəsilə yayılan təbliğat materiallarından istifadə edirlər. Bütün bunlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı məqsədilə aparılmış təbliğat müharibəsində öz əksini tapmışdır.

 

 

Təbliğat müharibəsi Daşnaksütyun Partiyasının yaradılması ilə, yeni təxminən yüz ildir başlamış, ötən əsrin 70-ci illərindən etibarən qızıl şəkildə şiddətlənmiş, 80-cı illərdə isə artıq açıq formaya keçmişdir. SSRİ-də habelə, ABŞ-da, Fransada, Yunanıstanda, İtaliyada çoxsaylı nəşrlər peyda olmuşdur. Bütün bu nəşrlərdə əsan məqsəd Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq idi. Vaxtilə Rusiya Dövlət Dumasının sabiq vitse-spikeri S.Baburin Bakı Dövlət Ukniversitetinin professor-müəllim heyəti və tələbələri ilə görüş zamanı deyirdi ki, «ermənilər Rusiya kütləvi informasiya vasitələrində antiazərbaycan xarakterli materiallar çap etdirmək üçün böyük miqdarda vəsait xərcləyirlər».

 
Erməni terrorizmi siyasi məqsədlər naminə dövlət separatizmidir. Dağlıq Qarabağda başlamış bu hərəkat Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı və digər bölgələrdə yayılmışdır.

 
Cənubi Qafqazda terror-separatizmin əsas daşıyıcıları ermənilərdir. Başlıca terrorçu-separatçı təşkilatlar isə ikidir. Daşnaksütyun və ASALA («Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu»).
Erməni terrorçuları Amerikada, Fransada, Rusiyada və digər ölkələrdə özlərini cəzasız hiss etməsəydilər, bütün bunlar da olmazdı. Məsələ ABŞ ərazisində vəhşi aktlar törətmiş terrorçuların milliyətində deyil, terrorizmin mahiyyətindədir, çünki bütün cinayətkarlar kimi terrorçuların da milliyəti olmur. Beynəlxalq terrorizmin yuvalarından birinin Ermənistan olduğu hamıya məlumdur.Amma Qərb Ermənistanı terrorçu dövlətlər siyahısına daxil etməkdən israrla imtina edir. Ermənistan parlamentində spikerin, baş nazirin və nazirlərin güllələnməsi, qətillərin isə cəzalandırılmaması, Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terroraktları bu gün Rusiyada, Avropa və ABŞ-da terrorizmin meydan sulamasının səbəblərindəndir. Bəlkə indi Qərbdə, xüsusilə ABŞ-da başa düşərlər ki, özgənin dərdinə biganəlik olmamalıdır.

 

 

Bəlkə indi ABŞ-dakı bəzi siyasətçilər və konqresmenlər başa düşərlər ki, Dağlıq Qarabağdakı terrorçu-separatçı hərəkat region və bütün dünya üçün nə deməkdir.

 

 

 

 

 

 

Aynur Tağıyeva

 AMEA-nın əməkdaşı

 “KarabakhİNFO.com”

 

 

06.01.2015 17:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*